Mənzili kirayə vermək üçün 150 manat xərcləmək lazım gələcək SİYAHI
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, yanvarın 1-də mənzillərin kirayə müqaviləsi üzrə vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib.
Ancaq mənizli kirayə vermək heç də ucuz başa gəlmir.
“Cebheinfo.az” xəbər verir ki, sosial şəbəkələrdə mənzili kirayəyə vermək üçün tələb olunan sənədlərlə bağlı məlumat paylaşılıb. Bu sənədlər aşağıdakılardır:
1. Mənzilin çıxarışı
2. Mənzil sahibinin şəxsiyyət vəsiqəsinin surəti
3. Ailəlidirsə nikah şəhadətnaməsinin surəti, nikah pozulubsa bunu təsdiq edən şəhadatnamənin surəti
4. Mənzildə qeydiyyatda olanlarla bağlı arayış
5. Qeydiyyatda olanların razılığı (1 nəfər üçün 6 AZN)
6. Kirayə götürən şəxsin şəxsiyyət vəsiqəsinin surəti
7. VÖEN
8. Forma 1 (46. 40 AZN)
9. Kirayə müqaviləsi (40. 65 AZN)
10. Mənzilin sığortası (50 AZN )
Cəmi: 137.05 AZN
Mənzildə qeydiyyatda olan hər bir şəxsə görə 6 AZN ödəmək lazım olduğunu nəzərə alsaq, bu məbləğin üzərinə orta hesabla 12 AZN əlavə oluna bilər. Deməli, bir şəxs mənzilini kirayəyə vermək üçün 149.05 Azn ödəməlidir.
Qanuna edilən dəyişikliyə görə bundan sonra kirayə müqaviləsi bağlayıb vergi ödəməyən fiziki şəxs vergi orqanı tərəfindən 200 AZN cərimə olunacaq.
Maraqlı məqam ondan ibarətdir ki, kirayə götürən bir aydan sonra mənzili tərk edərsə, kirayə verən yenidən bu sənədləri toplamalı və ildə bir dəfə ödənilən sığorta haqqı xaric bu məbləği ödəməlidir.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 16 Yanvar 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















