Beynəlxalq turnirdə medal qazanan fiqurlu konkisürənlərimizin ə AÇIQLAMASI + VİDEO
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Azərbaycanı fiqurlu konkisürmənin buz üstündə rəqs növü üzrə təmsil edən Samanta Ritter və Daniel Brikalov dueti Avropa çempionatına başlamazdan əvvəl yerli azarkeşlərə müraciət ediblər.
İdman.Biz üçün xüsusi hazırlanmış videoda idmançılar əvvəlcə Bolqarıstanda keçirilmiş “Sofia Trophy” turnirindəki çıxışlarını şərh ediblər. Həmin turnirdə onlar 171,75 xal toplayaraq bürünc medal qazanıblar.
“Bürünc medal qazandığımız üçün çox sevinirdik və çıxışımız nəticəsində Azərbaycan bayrağının fəxri kürsüdə qaldırılmasını görməkdən hədsiz qürur duyuruq”, - deyə Samanta Ritter bildirib.
Daniel Brikalov qeyd edib ki, hazırda onlar Böyük Britaniyanın Şeffild şəhərində keçirilən Avropa çempionatındadırlar:
“Azərbaycanı dünya idman arenasında təmsil etmək bizim üçün böyük şərəfdir. Hamını bizə azarkeşlik etməyə dəvət edirik”.
Ritter əlavə edib ki, azarkeşlərin dəstəyinə minnətdardır və ümid edir ki, onların Avropa çempionatındakı çıxışı Azərbaycan tamaşaçılarına xoş gələcək.
Qeyd olunmalıdır ki, idmançılar azarkeşləri həm salamlayarkən, həm də sağollaşarkən Azərbaycan dilində danışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 16 Yanvar 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















