Parkda sevgi mübahisəsi zorakılıqla nəticələndi: Qadın 30 yaşlı sevgilisini bağışladı
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Pirallahı rayonunda 30 yaşlı kişi sevgi münasibətində olduğu qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Pirallahı qəsəbəsində yerləşən parkda baş verib. Astara rayon sakini, 1996-cı il təvəllüdlü Fəqan aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əli ilə qəsdən tanışı Nüşabənin (adlar şərtidir – red.) bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Fəqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən 1 və ya 2 il əvvəl Pirallahı qəsəbəsində Nüşabə adlı şəxslə tanış olub, onunla yaxın münasibətləri olub: “Lakin son vaxtlar Nüşabəyə zəng vurduqda zənglərimə cavab vermədi. Onun tez-tez Pirallahı qəsəbəsində parkda gəzdiyni bildiyim üçün görüşərək nə üçün zənglərimə cavab vermədiyini soruşmaq məqsədi ilə həmin parka getdim. Parkda gəzərkən Nüşabə və qızı Aynurənin mənimlə üzbə-üz gəldiklərini, Nüşabənin isə telefonda danışdığını gördüm. Yanımdan keçərkən çiynim ilə sərt şəkildə onun sol tərəf qol və çiyin nahiyyəsinə vurdum. Nə üçün zənglərinə və mesajlarıma cavab vermədiyini dedim. Nüşabə isə uca səslə “məni burda biabır edirsən” deyərək qaçdı. Ona görə də oradan uzaqlaşaraq getdim”.
İş üzrə zərərçəkmiş Nüşabənin sözlərinə görə, təxminən 1 il əvvəl Pirallahı qəsəbəsində yerləşən marketdə işlədiyi vaxtlar Fəqan adlı şəxslə tanış olub, onunla yaxın münasibəti olub: “Bu haqda ərim Elsevərin xəbəri olmayıb. Fəqan da münasibətlərimizi gizli saxlaya bilmədi. O, yaşadığım ünvana gəlir, vaxtlı-vaxtsız mənə zəng vurur, narahat edir. Fəqanın bu xasiyyətinə görə son vaxtlar ondan uzaq durmağa çalışmışam. Buna baxmayaraq Fəqan məndən əl çəkməyib, münasibətimizi davam etdirməyəcəyim təqdirdə məni öldürəcəyi ilə hədələdi, telefonuma zəng vurdu, narahat etdi. Ona görə də onunla münasibətlərimi tamamilə kəsdi”.
Zərərçəkmiş şəxs bildirib ki, məlum hadisə günü təxminən saat 20 radələrində 15 yaşlı qızı Aynurə ilə Pirallahı qəsəbəsində yerləşən parkda gəzərkən Fəqan ilə rastlaşıb: “Həmin vaxt Fəqan qarşısımı kəsərək uca səslə zənglərinə və mesajlarına nə üçün cavab vermədiyimi, onu axtarmadığımı deyərək nalayiq ifadələrlə təhqir etməyə başladı. Ona getməsini, məndən əl çəkməsi üçün evə getdikdən sonra ona yazacağımı dedim. Lakin o, əhəmiyyət vermədi, qəflətən yumruqla bədənimə, boğazıma, sifətimə ard-arda bir neçə zərbə vurdu. Fəqan çağırışlarına getməyəcəyim təqdirdə məni daha da pis vəziyyətə salacağını dedi. Bundan sonra qışqıraraq parkda olan tanımadığım şəxslərdən kömək istədim. Onlardan polis çağırmalarını xahiş etdim. Həmin vaxt parkda təxminən 5-6 nəfər qadın olub. Fəqan polis çağırdığımı eşidərək getdi. Fəqan əli ilə mənim əsasən qollarıma və bədənimə vurub, ola bilsin ki, sifətimə də vurub. Lakin sifət nahiyəmdən xəsarət almamışam”.
Bu cinayət işinə Pirallahı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Qadın sevgi münasibətində olduğu 30 yaşlı oğlanı bağışladığını, ona qarşı şikayətini geri götqürdüyünü elan edilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:62 yaşlı qadın parkda öldü
16 May 2025 21:49
Qadın onu döyən sevgilisini məhkəmədə bağışladı
28 Avqust 2025 12:33
Parkda 35 yaşlı kişi sevgilisini döydü TƏFƏRRÜAT
07 Mart 2025 16:15
Oğlunun 30 yaşlı sevgilisini öldürdü
05 Mart 2025 15:10
Kürdəmirdə ailə münaqişəsi zorakılıqla nəticələndi
03 Sentyabr 2025 15:09
Baxış sayı:25
Bu xəbər 16 Yanvar 2026 14:13 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları