Icma.az
close
up
RU
“Boşanmasına görə onu günahkar bilirdi” Anasını öldürən oğlanın atası danışdı

“Boşanmasına görə onu günahkar bilirdi” Anasını öldürən oğlanın atası danışdı

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Bakıda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Kamran Şükürzadənin cinayət işində zərərçəkmişlər dindirilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Etibar Şükürzadə ifadə verib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxsin atasıdır:

"Səhər saatlarında durub işə getdim. Mənə qonşular zəng edib hadisə barədə məlumat verdilər. Hadisənin baş verməsi məni şoka saldı. Çünki hər şey qaydasında idi. Yeməyi içməyi vaxtı vaxtında idi. Düzü, oğlum yoldaşı ilə boşanmışdı. Bu amil də təbii ki, onun səhhətinə və psixologiyasına mənfi təsir göstərdi. Onun yoldaşı qardaşının əsgərlikdən gəldiyini bəhanə edərək rayona getdi və qayıtmadı. Bu cinayətə əl atmasına səbəb öz boşanma məsələsində anasını günahkar bilməsidir. Oğlumdan epilepsiyanın bir növü var idi".

Daha sonra təqsirləndirilən şəxsin bacısı Nigar Şükürzadə zərərçəkmiş qismində dindirilib. O, qısa ifadə verərək, qardaşından heç bir şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin edilib.

Qeyd edək ki, istintaqla müəyyən edilib ki, Kamran Şükürzadə ötən ilin iyulunda paytaxtın Qaradağ rayonu, Ümid qəsəbəsində birlikdə yaşadığı anası Aybəniz Şükürova ilə ailədaxili münaqişə yaşayır. Anası oğluna təhqir dolu, eləcə də onun tüfeyli həyat tərzi yaşamasına irad bildirir. Kamran Şükürzadə bu münaqişədən hiddətlənərək anasını xüsusi amansızlıqla öldürmək qərarına gəlir.

Belə ki, o, evin həyətində təmizlik işləri görən anasına yaxınlaşıb ümumilikdə 25 bıçaq zərbəsi vuraraq onu xüsusi amansızlıqla qətlə yetirir.

Daha sonra Kamran Şükürzadə könüllü şəkildə polisə təslim olub və o, şübhəli şəxs qismində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Yanvar 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri