Icma.az
close
up
RU
Boşboğazların mənasız xəyalı Xanımlar və cənablar, SSRİ “dirilməyəcək”

Boşboğazların mənasız xəyalı Xanımlar və cənablar, SSRİ “dirilməyəcək”

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nazim Cəfərsoy: “Bir ölünün dirilməsi nə qədər mümkündürsə, SSRİ-nin də bərpası o qədər mümkündür”

Rusiyada SSRİ-nin bərpa edilməsi məsələsi yenidən gündəmə gətirilib. Mövzu zaman-zaman rusiyalı analitiklər, ayrı-ayrı ideoloqlar tərəfindən müzakirəyə çıxarılırdı. Hətta bu günün özündə də, SSRİ nostalgiyasında yaşayan insanlar var ki, “bəlkə də qaytardılar” düşüncəsindədirlər. Bu dəfə isə Rusiyalı rəsmi sayılacaq şəxslər “ölmüş” imperiyanın “dirildilməsindən” danışırlar. Rusiya Prezidenti Vladimir Putin bir neçə ilə əvvəl SSRİ-nin bərpası ilə bağlı suala bu imperiyanın dağılmasından təəssüfləndiyi cavabını versə də, demişdi ki, bərpa qeyri-realdır. Görünür ki, rusiyalı bəzi rəsmilər bu fikirlə razı deyillər.

Bir neçə gün əvvəl Rusiya Prezidentin müşaviri Anton Kobyakov Peterburq Beynəlxalq Hüquq Forumunun yekun mətbuat konfransında çıxış edərək deyib ki, SSRİ-nin dağılması zamanı “hüquqi prosedur pozulub” və bu da guya SSRİ-nin “hüquqi baxımdan hələ də mövcud olduğu” anlamına gəlir. Kobyakov bildirib ki, SSRİ Xalq Deputatları Qurultayının qərarı ilə yaradılıb və buna görə də yalnız həmin orqanın qərarı ilə ləğv edilə bilərdi: “Əgər hüquqi prosedur pozulubsa, bu halda hüquqi baxımdan SSRİ mövcuddur. Bunu konstitusiya hüququ üzrə mütəxəssislər də deyirlər. Əgər SSRİ ləğv edilməyibsə, bu zaman hüquqi baxımdan Ukrayna böhranı daxili proses sayılır”.

Bu çıxışdan bir gün sonra isə Rusiya Federasiyası Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Dövlət Dumasının komitə rəhbəri Nina Ostanina TASS-a açıqlamasında deyib ki, “SSRİ-nin dağılması qanunsuz olub və onun hüquqi statusunun nəzərdən keçirilməsinə ehtiyac var. Deputatın sözlərinə görə, həmkarları bu məsələni gündəmə gətirməyə hazırdır.

Ostanina bu fikirləri Rusiya Federasiyası Prezidentinin müşaviri Kobyakovun fikirlərini şərh edərkən vurğulayıb ki, 1991-ci ildə keçirilmiş referendumda vətəndaşların əksəriyyəti SSRİ-nin qorunub saxlanmasının lehinə səs verib: “Yəni hüquqi, siyasi və insani baxımdan SSRİ-nin mövcudluğunun dayandırılması əslində qanunsuz olub. Çünki nə Şuşkeviçə, nə Yeltsinə, nə də Kravçuka məşhur Belovej sazişlərini imzalamaq səlahiyyəti verilməmişdi. Bu sənəd bu günə qədər də hüquqi baxımdan mübahisəlidir”.

“Mən Prezidentin müşaviri ilə tamamilə razıyam. Biz bu gün istintaq işinin başladılmasını təşkil etməliyik. Əgər bu mövqe artıq Prezidentin müşaviri tərəfindən səsləndirilibsə, məncə, bu işi davam etdirmək bizim borcumuzdur. Bu barədə Dövlət Dumasında danışmağa və siyasi qərar qəbul etməyə hazırıq”, – deyə o bildirib.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoy deyib ki, Rusiyada bəzi müşavirlərin, təyinatlı deputatların açıqlamaları tragikomikdir:

- Hesab edirəm ki, onların SSRİ ilə bağlı dedikləri ciddiyə alınacaq məsələ deyil. Bəzən yarı ciddi, yarı zarafat deyim var – “o mənim üçün ölməyib”. SSRİ faktiki olaraq yoxdur. İmperiya idi, 70 il yaşadı, dağıldı, vəssalam. Bir ölünün dirilməsi nə qədər mümkündürsə, SSRİ-nin də bərpası o qədər mümkündür. Bu, çox çətin bir prosesdir. SSRİ-nin bərpa olunmasının mümkünsüz olduğunu Putinin özü 2021-ci ildə səsləndirdi. Düzdür, Rusiya lideri onu da bildirdi ki, “SSRİ-nin dağılması 20-ci əsrin ən böyük geosiyasi faciəsi idi”, amma konkret dedi ki, bu quruluşun bərpası qeyri-realdır. Yəni Rusiya liderinin özü də başa düşür ki, SSRİ-nin bərpası ideyası mənasızdır və alınan deyil.

Bunun bir çox səbəbləri var. Birincisi, SSRİ-nin tərkibində olmuş ölkələr indi müstəqil dövlətlərdir və dünyanın digər gücləri ilə müqavilələri, tərəfdaşlıqları var. İkincisi, bu, həlli mümkün olmayan sosial problemlər yaradacaq. Təkcə sosial və hüquqi problemlər də deyil, geri dönülməsi mümkün olmayan geosiyasi problemlər də bunu mümkünsüz edir. Avstriya-Macarıstan imperiyası, Osmanlı imperiyası, Səfəvilər imperiyası necə ki, bərpa oluna bilməz, SSRİ də bərpa edilə bilməz. Bu səhifə bağlanıb və bu xəyal ilə yaşayan insanların, boşboğaz rusiyalı deputatların, siyasilərin ümidləri puçdur. SSRİ-nin bərpasının nə hüquqi, nə də geosiyasi perspektivi var.

- Bu məsələni gündəmə gətirən insanlar doğrudan da inanırlar ki, SSRİ bərpa oluna bilər, yoxsa alt qatında başqa məqsədlər var?

- Əlbəttə, onların əksəriyyəti başa düşür ki, SSRİ-nin “dirilməsi” mümkün deyil. Düzdür, bəzi adamlar nostalgiyaya qapıla bilər, bunun mümkünlüyünə bəlkə də inananlar var. Amma indi məsələni gündəmə gətirənlər özləri də başa düşürlər ki, imperiyanın bərpası real deyil. Bu zaman sual olunur: bəs niyə? Təbii ki, məqsəd başqadır. SSRİ-nin bərpasının gündəmə gətirilməsində təhlükəli məqam odur ki, SSRİ-nin hələ də var olması iddiası ilə sosioloji, psixoloji, geosiyasi mənada müəyyən nəzəriyyə yaradırlar, ideoloji həmlələr edirlər. Amma bunu mənasız söz-söhbətlər kimi qiymətləndirmək lazımdır. Şəxsən mən bunu fantaziya kimi qəbul edirəm.

- Bu ideyanın ortaya atılmasının Ukrayna müharibəsi ilə əlaqəsi nə qədərdir? Çünki belə fikirlər var ki, Rusiya bu məsələni ortaya atmaqla Ukrayna məsələsinin “daxili məsələ” olması fikrini aşılamaq istəyir...

- Bu təbliğatı aparan rusiyalı analitiklərin əksəriyyəti Kremldən gələn tezislər əsasında danışırlar və cəmiyyətə bu fikri yeritməyə çalışırlar. Rusiya özü rəsmi şəkildə bəyan edirlər, Ukrayna məsələsinin “daxili məsələ” olduğunu dövlət səviyyəsində gizlətmir. Kreml Ukraynanı “süni dövlət” kimi xarakterizə edir. Müharibə aktiv fazaya keçməmişdən qısa müddət əvvəl Putinin Kremlin saytında geniş məqaləsi dərc olunmuşdu. Orada Putin iddia edirdi ki, əslində Ukrayna adlı dövlət yoxdur, Vladimir İliç Lenin tərəfindən yaradılan “süni dövlətdir”. Amma burada paradoksal durum odur ki, Ukraynanın varlığını SSRİ ilə bütünləşdirməyə çalışırlar. Putin deyir ki, Ukrayna yox idi, onu SSRİ yaradıb. Yəni ki, SSRİ varsa, Ukrayna var. SSRİ isə indi yoxdur. Əgər SSRİ bərpa olunarsa, o zaman Ukrayna mövcud olacaq. Paradoks da buradadır. Bəs bu, əvvəlki, “Ukrayna yoxdur, süni-dövlətdir” tezisi ilə uyğunlaşmır axı.

Bilirsiniz, Ukrayna məsələsi sıradan və Rusiyanın iddia etdiyi kimi, “daxili məsələ” deyil, geosiyasi məsələdir. Bu, ABŞ-la Rusiya arasında geosiyasi rəqabət məsələsidir. Ona görə də, Rusiya SSRİ-nin bərpası mövzusunu ortaya atmaqla, müzakirəsini təşkil etməklə  düşünürsə ki, Ukrayna məsələsinin “daxili məsələ” olması fikrini aşılaya biləcək, yanılır. Bu, boşa avar çəkməkdən başqa bir şey deyil.

- SSRİ-nin bərpası məsələsi hansı siyasi nəticələr doğura bilər?

- Bu, sadəcə Rusiyana yaxın bölgələrdə deyil, Rusiyanın özünün daxilində uzun müharibələrə, qarşıdurmalara səbəb ola biləcək, Rusiyanın özünün varlığına təhlükə yarada biləcək məsələdir. SSRİ-nin bərpasına ciddi cəhd real problemlərin ortaya çıxmasına səbəb ola biləcək məsələdir. Bunu Kremldəkilər də anlayırlar. Ona görə də, bu məsələnin perspektivi görünmür. Hesab edirəm ki, qısa müddətdən sonra bu müzakirələr dayanacaq və unudulub gedəcək.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://ayna.az
archiveBu xəbər 26 May 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri