Botsvanada çəkisi 1300 karatdan çox olan almaz tapılıb KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Botsvananın şimal-şərqində zərgərlik keyfiyyətinə malik 1 305 karatlıq almaz çıxarılıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın “Lucara Diamond Corporation” mədən şirkətinin rəhbəri Uilyam Lemb məlumat verib.
“Almaz bizim tərəfimizdən Karove mədənində əldə edilib. Bu, həmin mədəndə çıxarılan 1 000 karatdan çox çəkisi olan sayca onuncu almazdır”, – deyə o bildirib.
Almaz süxurdakı iri daşları müəyyən edən “Mega Diamond Recovery” rentgen qurğusunun köməyi ilə aşkar edilib.
Karove mədəni 2012-ci ildə tam istehsal gücünə çatıb. Mədən nəhəngölçülü almazları ilə tanınır. Buradan “Lesedi La Rona” (1 109 karat), “Sewelo” (1 758 karat) və “Motswedi” (2 488 karat) kimi məşhur almazlar çıxarılıb.
Botsvana Afrikanın ən böyük almaz istehsalçısıdır.
Baxış sayı:100
Bu xəbər 15 İyul 2026 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















