Icma.az
close
up
RU
Botulizm xəstəliyi

Botulizm xəstəliyi

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ev şəraitində hazırlanan və çox sevilən müxtəlif turşular, mürəbbələr və kompotlar bəzən ağır zəhərlənmələrə səbəb olurlar.

Bəzən isə bu məhsulların qəbul edilməsi insanın həyatına son qoya bilər. Bu xüsusən botulizm xəstəliyinə aiddir.

Botulizmi törədən bakteriya Clostridium botulinum adlandırılır. Bu bakteriyalar insan orqanizmi üçün təhlükəli deyil. Lakin bakteriyalar   tərəfindən "hazırlanan" toksin - botulotoksin - dünyada ən güclü bioloji zəhərlərdən sayılır.

Clostridium botulinum bakteriysı torpaqda yaşayır. Oradan bu bakteriyalar tərəvəzlərə, meyvələrə, suya düşür. Əgər ev şəraitində hazırlanan turşular, tərəvəz salatları, kompotlar, mürəbbələr və s. üçün hazırlanan meyvə və tərəvəzlər kifayyət qədər yaxşı təmizlənmir və yuyulmur, düzgün sterilizasiya olunmur və daha sonra isə uyğun olmayan şəraitdə saxlanılırsa, bu zaman insan botulizm xəstəliyinə tutula bilər. Məsələ burasındadır ki, Clostridium botulinum bakteriyası oksigen olmayan yerlərdə daha fəal şəkildə çoxalır və məhz burada botulotoksin ifraz edir. Havası olmayan konserv bankaları bu bakteriyalar üçün ən "əlverişli" mühitdir.

Botulotoksin insan orqanizminə düşdükdə tez bir zamanda qanın axını ilə bütün orqanizmə yayılır və müxtəlif qrup əzələlərdə ifliclərə səbəb olur. Adətən 10-12 saatdan sonra xəstədə qəflətən urəkbulanması, qusma, ishal, sonra isə güclü qəbizlik kimi əlamətlər meydana çıxır. Daha sonra insanda görmənin pozulması (gözlər önündə duman, tor, əşyaların konturlarının yayğın olması və s.), göz qapaqların aşağı enməsi, səsin xırıltılı olması, bəzən səsin tam tutulması, udma refleksin pozulması (insan heç bir qidanı uda bilmir), nəfəsalmanın pozulması (təngnəfəslik), bütün əzələlərin zəifləməsi, yerişin pozulması və s. ağır simptomlar inkişaf edir. Bu zaman xəstəyə lazım olan ixtisaslaşmış tibbi yardım göstərilməsə, o həlak olur. Bu səbəbdən sadaladığımız simptomları (və onların hər hansılarını) hiss etdikdə, tez bir zamanda həkimə müraciət edin və ya "təcili yardım" çağırın. Nəzərinizə çatdıraq ki, botulizm yalnız xəstəxana şəraitində müalicə oluna bilər.

Özünü botulizm xəstəliyindən sığortalamaq üçün bu qaydalara riayət edin:

- Ev şəraitində turşuları, mürəbbələri və s. konservləri yalnız təzə və keyfiyyətli meyvə və tərəvəzlərdən hazırlayın. Xarab, yetişməmiş və s. meyvə və tərəvəzlərdən istifadə etməyin.

- Ev şəraitində turşuları, mürəbbələri və s. konservləri hazırladıqda meyvə və tərəvəzləri çox diqqətlə xüsusi şotkanın köməyilə axar suda yuyun. Daha yaxşı olardı ki, meyvə və tərəvəzlər onlar üçün nəzərdə tutulmuş xüsusi vasitələrin "iştrakı" ilə yuyulsun (belə vasitələr dükanlarda satılır).

- Konservlər 1 saatdan az olmayaraq sterilizasiya olunmalıdırlar. Daha yaxşı olardı ki, konservləri 30 dəqiqə ərzində olmaqla bir neçə dəfə sterilizasiya edəsiniz.

- Konservləri mütləq soyuq yerdə saxlamaq lazımdır (soyuducu, eyvan, zirzəmi).

- Heç vaxt bazarlarda və s. yerlərdə əhali tərəfindən ev şəraitində hazırlanan turşuları və s. konservləri almayın! Bu çox təhlükəlidir!

- Əgər hər hansı turşu və s. bankasının qapağı "şişibsə", belə məhsulu ya tullayın (məhsulun iyi, rəngi və s. dəyişildikdə) və ya yaxşı qaynadın və daha sonra soyuducuda saxlayın.

- Ev şəraitində hazırlanan konservləri istifadə etdikdən əvvəl 15-20 dəq. ərzində bağlı vəziyyətdə su ilə olan qazanda qaynadın. Bu halda botulotoksin tam məhv olunacaq.

- Nəzərinizə çatdıraq ki, yalnız ev şəraitində hazırlanan konservləri deyil, dükanlarda satılan sənaye konservləri də botulizm xəstəliyinə səbəb ola bilər. Bu səbəbdən dükanlarda tərəvəz, balıq, ət və s. konservləri aldıqda qablaşmaya fikir verin - məhsul təzə olmalı (yararlıq müddətinə fikir verin), qapağı "şişməməli", dəmirdən olan konserv bankanın üzərində batıq yerləri olmamalıdır. Çalışın belə məhsulları yalnız iri supermarketlərdən alasınız.

- Dəmir bankalarda olan balıq və ət konservləri açdıqdan dərhal sonra digər qaba qoymaq lazımdır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Yığmaya rəhbərlik edən məşqçilər arasında ən zəif nəticələrdən biri

29 Sentyabr 2026 00:20see142

Monteneqrodan son dəqiqə şoku: Ermənistan məğlub oldu

29 Sentyabr 2026 00:07see141

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Qazaxıstanlı atlet Asiya Oyunlarının qızıl medalından məhrum edildi

29 Sentyabr 2026 00:32see139

Tramp təsdiqlədi: İranla yeni təmaslar qurulub

29 Sentyabr 2026 01:01see138

“İbrahim, çölə” şüarından sonra meydanı tərk etdi Video

29 Sentyabr 2026 00:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri