Icma.az
close
up
RU
Boynundan xaç asan, donuz otaran şeyxin sonu

Boynundan xaç asan, donuz otaran şeyxin sonu

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Azad Qaradərəlinin Hüseyn Cavidin “Şeyx Sənan” faciəsi əsasında hazırlanmış "Sənan-Xumar" tamaşasından qeydlərini təqdim edir.

Dostdan teatra - “Şeyx Sənan” tamaşasına dəvət gələndə heç fikirləşmədən razılıq verdim. Nə işim olur-olsun təxirə salacam – birincisi, Cavidin adı var, ikincisi, Şeyx Sənanın adı, üçüncüsü də dost dəvətidir, geri çevirə bilməzsən...

Hələ iki gün var tamaşaya, amma mən özümü “Şeyx Sənan”la görüşə hazırlayıram elə bil. Dilimin ucunda bir misra yuvasını tapa bilməyən ilan kimi fısıldayır, qıvrılır...

“Zünnar salıb boynuna Sənana dönübdür...”

Ardı gəlmir.

Fikrimi ha cəmləşdirməyə çalışsam da, gəlmir ki, gəlmir. Görünür, yaşdandır. İyirmi il əvvəl olsaydı, kitab-dəftəri, cüngfason dəftərçələrimi qatar-qatışdırar, ardını da yadıma salardım. İndi isə eləcə çevir-tatı, vur-tatıdayam: “Zünnar salıb boynuna.........”

Heç müəllifi də xatırlamıram...

(Qəribədir, elə bil tilsimlənmişəm. Nə var axı indiki texnologiyanın əlində?! Telefonu al, quqla yaz, şeirin ardını, müəllifini tap... Hələ süni intellekt! O ki adamın pişiyini ağaca dırmaşdırır! Ehhhhh... Hamısı “Şeyx Sənan”ın sehrindəndir...)

***

Gənc Tamaşaçılar Teatrının insanı cəzb edən aurasındayıq. İlk dəfə 18 yaşımda, birinci kursda oxuyanda burada Əkrəm Əylislinin “Quşu uçan budaqlar”ına baxmışam...Gör neçə il keçib?! 71 yaşın tamamına bir ay qalmış “Şeyx Sənan”ı seyr edirəm...

Tamaşa başlayıb. Dostlarla telefonu söndürüb tamaşaya köklənmişik. İnanın ki, o misra hələ də dilimdədir. Ardı da yoxdur ki, yoxdur...

Bir balaca səslənmədəki qüsuru nəzərə almasaq, hər şey əladır. Məndən qabaqkı cərgədə oturan xanım dönüb qısıq səslə üzr istəyir: “Bağışlayın önünüzdə əyləşdim.”

Əlimlə “narahat olmayın” işarəsi verirəm.

Şeyx Sənanı dəliyə döndərən mələk – Xumar (Leyli Vəliyeva) xüsusi qurğu ilə “göydən enir.” Daha doğrusu, enmir, hələ ordadır və deyəsən, Şeyxi ora çağırır. Yadıma ulu Cavidin misraları düşür:

Mən, fəqət hüsnü xuda şairiyəm,

Yerə enməm də, səma şairiyəm...

Fəqət bu misralar “Peyğəmbər”dəndir. Qayıdaq tamaşaya.

Gələcəyin böyük şeyxi kimi anılacaq Şeyx Sənan (Şövqü Hüseynov) bir röya görür və o röyada gördüyü mələk şeyxi dəli-divanə edir. Ətrafdakılar ona rişxəndlə baxırlar. Özü belə qadına biganə olan adam, birdən-birə belə hala düşür, təəccüb və heyrət içində deyir:

Sevdiyim yalnız eşqi-ruhani...

Deyim ki, aktyorun oyunu yaxşı idi. Səs ahəngi, Cavid misralarını ürəkdən duyması və tamaşaçıya çatdıra bilməsi sevincimə səbəb oldu.

Füzulinin dilinin anlaşılmazlığını, Cavidin dilinin sintetik dil olduğunu deyənlər gəlib gərək bu tamaşaya baxaydılar. Məncə, Füzulinin də, Cavidin də dilindən çox, onların sənətinin yaratdığı ahəngdir oxucunu (burada tamaşaçını) cəzb edən...

...Birinci hissə başa çatır, işıqlar yanır və qarşımda oturan xanımı yalnız indi görürəm: bu ki bizim xanım yazıçı Samirə Əşrəfmiş!

Məlum olur ki, Samirə xanım kulis.az-dan ayrılandan sonra burada işləyirmiş mətbuat katibi kimi... Bu məkan biz qələm əhlinə bir az da doğmalaşır onun timsalında...

***

Bu eşq dastanında - tamaşada Cavid qələminin şah misraları İkinci Korun (Eyvaz İbrahimov) dilindən bir zamanlar dinlədiyimiz gəncliyimizin səsi olan məşhur mahnı kimi deyil (Hüseyn Cavidə, Fikrət Əmirova, Məmmədəli Əliyevə min rəhmət!), elə misra kimi, qəzəl kimi bizi yaxalayır bu müqəddəs məkanda:

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,

Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı.

Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,

Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.

Gönüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət...

Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı.

Nədir bu xilqəti-bimərhəmət, şu pərdəli hikmət?

Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı.

Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət!

Nə öncə öylə səadət, nə böylə zillət olaydı.

Nəhayət, rejissor Cənnət Səlimovanın yozumunda bu eşq dastanı özünün kulminasiya həddinə yüksəlir: Gürcüstanda Şeyx Sənan Xumarın hüzurunda eşq kürəsində bişmədə - dinindən imtina edir, boynuna xaç salır (“Zünnar salıb boynuna Sənanə dönübdür...”), hətta donuz otarmağa razı olur...

Deyim ki, sonuncunu teatr işçiləri məharətlə düzəldə bilmişdilər – donuz çobanı olan Sənan bu işi məhəbbətinə layiq şəkildə icra edir... Papazın (Kərəm Hadızadə) və Platonun (Qurban İsmayılov) şərtlərini yerinə yetirir... fəqət onların şərtləri icra olunsa da, Xumarı Şeyx Sənana verməməkdə israrlıdırlar...


...Bütün eşqlər kimi “Şeyx Sənan” dastanı da (tamaşası) faciə ilə bitir...

Teatrdan ayrılmış, dostlarla vidalaşmış, şəhərin keçələrini tək-təkana gəzirəm...

Qəfil o tək misranın ardı da yadıma düşür və Abasqulu Ağaya rəhmət oxuya-oxuya, Cavid Əfəndinin ruhuna salavat çevirə-çevirə, o tək misranı dilimin altında vird edə-edə gəncləri ürəyimdə öz doğma teatrlarında o eşq dastanına baxmağa dəvət edirəm:

...Qüdsi ki, dəmi-qüdsi vurub lafi-təvəla,

Tən eylər idi görsə birin valehü-şeyda,

Tərk eyləmiş islamı görüb bunları hala,

İstər ola çarubkeşi-səhni-kəlisa,

Zünnar salıb boynuna, Sənana dönübdür.

...Saat 21-30-dur. Metroya girəndə boş vaqonda saqqallı bir gənclə gözləri alışıb yanan bir qızın şirin gülüşlərinə, xumar baxışlarına mane olduğumçün özümü danladım. Yaxşı ki, mənim telefonda nəyəsə baxdığımı görüb yenə öz aləmlərinə daldılar. Bir “Sənan-Xumar” dastanı da metroda “oynanılırdı...”

02.02.2025

Ombudsman Aparatında Xalq şairi Vahid Əziz ilə görüş keçirildi Yoxa çıxan məşhur inqilabçı belə tapılmışdı - Anı necə dondurmaq olar? İnqilab şairləri bir yaz günü öldülər - Rəvan Cavidin yeni şeirləri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://kulis.az
archiveBu xəbər 03 Fevral 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri