Böyrəklərinizi tər təmiz edəcək DƏMLƏMƏ. Resept
Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Saglamolun.az sizə tanınmış jurnalist, tədqiqatçı, sağlam qidalanma və həyat tərzi, məşhur Nişi sisteminin təbliğatçısı, onlarla kitabların müəllifi Maya Qoqulanın (Майя Гогулан) sağlamlıq reseptlərindən birini təqdim edir.
Bu reseptin köməyi ilə böyrəkləri duz və kiçik daşlardan təmizləmək, iltihabı azltmaq, böyrəklərin fəaliyyətini yaxşılaşdırmaq mümkündür.
Dəmləmə istənilən böyrək daşı növü (fosfat, urat və s.) zamanı istifadə oluna bilər.
3 x.q. olmaqla qurudulmuş ayıqulağı, 2 x.q. qatırquyruğu otlarından, 2 x.q. şüyüd toxumu və 3 x.q. kök toxumu götürülür və qarışdırılır. Axşamdan qarışıqdan 1 x.q. götürüb termosda yarım l qaynar suda dəmləyin. Səhər dəmləməni yaxşı süzün, gündə 3 dəfə dəmləmənin 1/3 hissəsi olmaqla yeməkdən yarım saat əvvəl için.
Müalicə kursu - 10 gün.
Belə müalicə kurslarını ildə 2 dəfə etmək olar.
Əgər sizdə hər hansı xroniki xəstəlik və ya pozulma varsa, bu reseptdən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.
Saglamolun.Az
Baxış sayı:71
Bu xəbər 16 Oktyabr 2026 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















