Icma.az
close
up
RU
Böyük ağacın kölgəsi və meyvəsi… IV YAZI

Böyük ağacın kölgəsi və meyvəsi… IV YAZI

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

(Kulturoloji yorumı)

Türk (TürkDünyası və ya Turan) mədəniyyəti, heç quşqusuz, tarixin ən güclü və təsirli mədəniyyətlərindən biri olub, bu gün belə bilirik, gələcəkdə də belə olması istəyindəyik. Ancaq “böyük ağacın kölgəsinin meyvəsindən çox olması” metaforasını tətbiq edərkən bir neçə əsas məqamı da diqqətdən qaçırmamaq gərəkdir:

Türk mədəniyyəti təkcə etnik və siyasi çərçivədə deyil, həm də dil, mifologiya, fəlsəfi dünyagörüşü və dövlətçilik gələnəkləri baxımından geniş coğrafiyaya yayılıb. Bu təsirin elementlərini bir çox sahədə görmək mümkündür.

Dövlətçilik və idarəetmə gələnəkləri:

Qədim Hun, Göytürk, Xəzər, Səlcuq, Osmanlı, Qaraqoyunlu, Ağqoyunlu, Teymurilər, Səfəvi və b. türk dövlətləri yalnız hərbi gücləri ilə deyil, həm də mərkəzləşmiş yönətim modelləri, qanunvericilik və siyasi fəlsəfələri baxımından dünya tarixində önəmli rol oynayıb. Örnəyi, Osmanlı dövlətçilik sistemi Batı Avropaya da təsir göstərib;

Dil və yazı mədəniyyəti:

Türk dilləri geniş bir coğrafiyada yayılsa da, uzun yüzillər içində sistemli şəkil alan ərəb-fars təsiri sonucunda bir çox türk xalqı öz qədim yazı gələnəklərindən bəlli həddə uzaq düşüb. Bununla belə, OrxonYenisey yazıları, Uyğur əlifbası, Osmanlı-Türk dili kimi mədəni miraslar dünya tarixində önəmli yer tutur;

Mifologiya və fəlsəfi təsirlər:

Türk mədəniyyəti şamanizmdən sufizmə, oradan isə klassik İslam fəlsəfəsinə keçid edərək müxtəlif mənəvi dünyagörüşlərini özündə toplayıb. Özəlliklə “Dədəm Qorqud”, “Qutadqu Bilik”, “Divanü Lüğət-it-Türk”, eləcə də, Əhməd Yəsəvi, Nəsimi, Yunus Əmrə, Füzuli, Mövlana və digər şəxsiyyətlərin irsi türk mədəniyyətinin ideya və mənəvi kölgəsini formalaşdırıb;

Musiqi və incəsənət:

Türk xalqları musiqi və sənətdə də önəmli izlər qoyub. Türküstan musiqisindən Osmanlı məqam (muğam) sisteminə, muğamdan türk rok və pop türlərinədək geniş bir spektr vardır. Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Müslüm Maqomayev, Barış Manço, Polad Bülbüloğlu, Fərrux Zakirov, Əzizə Mustafazadə, Dimaş və b. musiqiçilər ümumtürk mədəniyyətinin dünya miqyasında kölgəsini daha da genişləndirib və kimisi irsən, kimisi bilavasitə bu işi davam etdirməkdədir...

Türk mədəniyyətinin meyvələri – konkret uğurlar

Əgər kölgə genişdirsə, bəs konkret meyvələr hansılardır?

Bəzi tarixi dönəmlərdə türk mədəniyyətinin meyvələri yetərincə güclü olub. Özəlliklə Səlcuqlu dönəmində (XI-XIII yüzillər), Osmanlı İmperiyasının altun dönəmində (XVI-XVII yüzillər) və çağdaş Azərbaycan-Türkiyə-Türküstan inteqrasiyasında türk mədəniyyətinin gerçək təsiri müşahidə olunur.

Elm və texnologiya alanında da önəmli adlar vardır:

Örnəyi, Əli Quşçu, Biruni, Cəzəri, Fərabi, Hazini, Xarəzmu, İbni Firnas, İbni Xaldun, İbni Xeysəm, İbn Sina, Katib Çələbi, Uluqbəy, Kaşğarlı Mahmud, Tusi, Piri Rəis və b. elmə böyük xidmətlər göstərib. Çağdaş dönəmdə isə mərhum bilginlər - Lütfizadə, Azad Mirzəcanzadə, Osman Sinanoğlu, eləcə də, Nobel ödüllü Əziz Sancar və texnoloji yeniliklərdə rol oynayan Elyaz Babayev, Səlcuq Bayraqdar kimi simalar bu mədəniyyətin (necə deyərlər) yeni meyvələri hesab oluna bilər;

Çağdaş dönəmdə yeni inkişaf dalğası:

Türk dünyasının birləşməsi və yeni institutların qurulması (TDT – Türk Dövlətləri Təşkilatı və s.), ortaq televiziya platformalarının yaradılması (TRT-Avaz, Türk dünyası festivalları və s.), birgə iqtisadi layihələrin həyata keçirilməsi Türk dünyasının yeni dönəmdə gerçək(çi) meyvələr vermək potensialını göstərir.

Kölgənin meyvədən böyük olmasının nədənləri

Türk mədəniyyətinin kölgəsinin geniş, lakin meyvələrinin bəzən az görünməsinin bir neçə səbəbi var. -

Mərkəzsizləşmə və parçalanma:

Tarix boyu türk mədəniyyətinin daşıyıcıları çox fərqli coğrafiyalara yayılıb və müxtəlif siyasi sistemlər altında inkişaf edib. Bu isə birgə fəaliyyətin və inteqrasiyanın çətin olmasına səbəb olub;

Dış təsirlərin dominantlığı:

Fars, ərəb, rus və Avropa təsirləri türk mədəniyyətinin bəlli dönəmlərdə öz mahiyyətini tam ifadə etməsinə əngəl olub. Osmanlı dönəmində ərəb-fars təsiri, Sovet dönəmində isə rus-sovet ideologiyası türk kimliyinin təcallalarını bəlli həddə məhdudlaşdırıb;

Keçmişə həddindən artıq bağlılıq:

Bəzi hallarda türk mədəniyyətinin intellektual mühiti keçmişin şanlı mirasına həddindən artıq bağlanaraq yeni meyvələr yetişdirməkdə çətinlik çəkib…

Çağdaş mədəniyyət ürətimində rəqabət zəifliyi:

Batı dünyası çağdaş dönəmdə kütləvi mədəniyyət və pop-kultura alanında dominant olduğu üçün Türk dünyası bir qədər geri planda qalıb. Lakin son dönəmlərdə türk serialları, musiqisi və kinoları bu tendensiyanı dəyişməyə başlayır.

Bəli, Türk dünyası mədəniyyətinin kölgəsi meyvəsindən daha böyük olub, çünki onun təsiri yalnız konkret uğurlardan deyil, böyük bir sivilizasiya fenomeni kimi yayılmasından ibarətdir. Lakin son dönəmlərdə meyvələrin yenidən yetişməsi sürəci güncəl fazaya keçir.

Bəs ən əsas sual nədir? - Sual budur:

Türk mədəniyyəti yalnız kölgəsi ilə yaşamağa davam edəcək, yoxsa yeni meyvələr yetişdirmək üçün özünü çağdaş dönəmə uyğun şəkildə inkişaf etdirəcək? Cavab, əlbəttə, yeni texnologiyalar, elmi uğurlar və mədəniyyətin uyğunlaşma, uyğunlaşdırma və keçid yetənəyindən asılı olacaq...
 

Əkbər QOŞALI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Fevral 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri