Icma.az
close
up
RU
Böyük bankdan qızılın qiymətilə bağlı proqnoz: 5 min dollar üçün tarix verdi və investorlara xəbərdarlıq etdi

Böyük bankdan qızılın qiymətilə bağlı proqnoz: 5 min dollar üçün tarix verdi və investorlara xəbərdarlıq etdi

Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

Böyük Britaniyanın iri qlobal maliyyə xidmətləri şirkəti HSBC, geosiyasi risklərin davam etməsi, qlobal miqyasda artan dövlət borcu və investorların təhlükəsiz aktivlərə yönəlməsi səbəbindən qızılın qiymətinin 2026-cı ilin ilk yarısında 1 unsiya üçün 5 min dollara qədər yüksələ biləcəyini proqnozlaşdırır. Lakin bank xəbərdarlıq edib ki, bu güclü bahalaşmadan sonra ucuzlaşma riski də nəzərə alınmalıdır.

Qısamüddətli dövrdə bahalaşma və kiçik qiymət düşməsi

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Marja xəbər verir ki, HSBC, mümkün qiymət yüksəlişlərinə baxmayaraq, 2026-cı il üçün qızılın qiyməti üzrə orta qiymət proqnozunu cüzi bir düzəlişlə 4600 dollardan 4587 dollara endirib. Bank qeyd edib ki, güclü "rallilər" adətən düzəliş riskini də (qiymətlərin geriləməsini) özü ilə gətirir.

FED və geosiyasi risklər həlledici olacaq

Hesabatda geosiyasi gərginliklərin azalması və ya ABŞ Mərkəzi Bankı (FED) faiz endirim dövrünü dayandırması halında qızılın yüksəliş tempinin zəifləyə biləcəyi barədə xəbərdarlıq edilib. HSBC, bu qeyri-müəyyənliklər səbəbilə 2026-cı il üçün 3950 – 5050 dollar arasında geniş bir qiymət aralığı proqnozlaşdırır.

Ortamüddətli və uzunmüddətli dövrdə bahalaşacaq

Qısamüddətli risklərə baxmayaraq, HSBC qızılın qiyməti barədə ortamüddətli və uzunmüddətli proqnozlarını yuxarı yönlü olaraq yeniləyib. Bank bildirib ki, struktur amillər – yüksək borclanma, geosiyasi həssaslıqlar və rezerv diversifikasiyası – qızıl tələbinə dəstək verməyə davam edəcək.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Bu çərçivədə HSBC:

2027-ci il üzrə orta qiymət proqnozu: 3950 dollardan 4625 dollara,

2028-ci il üzrə orta qiymət proqnozu: 3630 dollardan 4700 dollara,

2029-cu il üçün isə ilk dəfə 4775 dollar orta hesabla qiymət proqnozu açıqlayıb.

HSBC hesabatında qeyd edib ki, qısamüddətli dalğalanmalara baxmayaraq, qızıl qlobal qeyri-müəyyənlik şəraitində strateji təhlükəsiz aktiv olaraq qalacaq və uzunmüddətdə investor portfellərindəki əhəmiyyətini qoruyacaq.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://marja.az
archiveBu xəbər 09 Yanvar 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri