Böyük Britaniya Ukraynaya 35 milyon funtsterlinq ayırıb, Rusiyaya sanksiyalar tətbiq edib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Böyük Britaniyanın Baş naziri Keir Starmer Ukraynaya 35 milyon funt-sterlinq məbləğində maliyyə yardımı və Rusiya əleyhinə yeni sanksiyaları elan edib.
APA xəbər verir ki, bu barədə krallıq hökumətinin rəsmi saytında məlumat yerləşdirilib.
Məhdudiyyətlər Rusiyanın Ukraynanın kritik infrastrukturuna ardıcıl və genişmiqyaslı hücumları ilə izah edilib.
Rəsmi Londonun Ukrayna hökumətinə ayırdığı 35 milyon funt-sterlinq yardıma gəlincə, bu məbləğin 20 milyonu enerji infrastrukturunun bərpasına 15 milyon funt-sterlinq isə humanitar məqsədlərə sərf olunacaq.
Digər tərəfdən 21 min ailənin yaşadığı mənzillərin təmiri və istilik sistemləri ilə təchizatına 10 milyon funt-sterlinq sərf olunacaq. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə isə bu ölkəyə daha 10 milyon funt-sterlinq ayrılacaq.
Məlumatda həmçinin Rusiyanın hasil etdiyi neft və neft məhsullarını daşıyan 20-dən çox tankerinə də şamil olunacaq. Bununla da adıçəkilən ölkənin məhdudiyyətlərlə üzləşən tankerlərinin sayı 100-ə çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 17 Dekabr 2024 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















