Böyük Britaniya və ABŞ İranın nüvə silahına sahib olmasını qətiyyətlə istəmirlər
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, rəsmi təmaslar üçün ABŞ-a səfər edən Lammy "X" sosial şəbəkə hesabında yazdığı bir yazıda İsrailin İrana hücumları ilə başlayan münaqişədən sonra Yaxın Şərqdəki vəziyyətin təhlükəli olaraq davam etdiyini bildirib.
Nazir Lammi: "Biz qərarlıyıq ki, İran heç vaxt nüvə silahına malik olmamalıdır", - deyib. O, Ağ Evdə ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə görüşdüyünü və “bir razılaşmanın münaqişənin dərinləşməsinin qarşısını necə ala biləcəyini” müzakirə etdiklərini bildirib.
Britaniyalı nazir “Yaxın iki həftə ərzində diplomatik həllə nail olmaq üçün fürsət pəncərəsi var” deyib. Lammi Fransa, Almaniya və Avropa İttifaqı (Aİ) həmkarları ilə birlikdə İranın xarici işlər naziri Abbas Ərakçi ilə görüşmək üçün İsveçrənin Cenevrə şəhərinə gedəcəyini açıqlayıb.
Nazir Lammi: “İndi Yaxın Şərqdəki ağır səhnələri dayandırmağın və heç kimə fayda verməyəcək regional eskalasiyanın qarşısını almağın vaxtıdır”, - deyə qeyd edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 20 İyun 2025 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















