Böyük Britaniyada iş üçün rəqəmsal şəxsiyyət vəsiqəsi məcburi olacaq
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
London, 26 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkədə yeni rəqəmsal şəxsiyyət vəsiqəsi (ID) sisteminin tətbiq olunacağını təsdiqləyib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Baş nazir qanunsuz miqrasiyaya qarşı mübarizə və sərhədlərin daha etibarlı olması üçün bu addımın atıldığını deyib. Onun sözlərinə görə, rəqəmsal şəxsiyyət vəsiqəsi olmayan şəxslərin Böyük Britaniyada işləməsi mümkün olmayacaq. “Bu, sadədir: rəqəmsal ID yoxdursa, Böyük Britaniyada işləmək mümkün olmayacaq. Problemlərin köklü səbəblərinə toxunmadan onları həll edə bilmərik”, - deyə Starmer Londonda keçirilən konfransda çıxışında vurğulayıb.
Müxalifət partiyaları isə məsələyə fərqli yanaşma nümayiş etdiriblər. Mühafizəkarların lideri Kemi Badenok bu təşəbbüsü ümidsiz addım adlandırıb, Liberal Demokratlar isə insanların məcburi şəkildə şəxsi məlumatlarını təqdim etməli olacağından narahatlıq ifadə ediblər. K.Starmer isə hesab edir ki, rəqəmsal ID sistemi həm miqrasiya siyasətində, həm də siyasi rəqabətdə yeni istiqamət açacaq.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 26 Sentyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















