Icma.az
close
up
RU
Britaniyada hökumətin rəqəmsal şəxsiyyət vəsiqəsi sisteminin sınağı başlayıb

Britaniyada hökumətin rəqəmsal şəxsiyyət vəsiqəsi sisteminin sınağı başlayıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

London, 17 oktyabr, AZƏRTAC

Böyük Britaniya hökuməti bu həftədən etibarən ölkənin rəqəmsal şəxsiyyət vəsiqəsi (ID) proqramını sınaqdan keçirmək üçün ehtiyatda olan hərbçilərlə yoxlama mərhələsinə start verir.

AZƏRTAC “The Guardian”a istinadla xəbər verir ki, bu gündən etibarən 1,8 milyon ehtiyatda olan hərbi qulluqçuya smartfon vasitəsilə istifadə ediləcək rəqəmsal “veteran kartı” təqdim olunacaq.

Hazırda fiziki formada mövcud olan bu kart hərbçilərə xeyriyyə təşkilatlarına, müəyyən ictimai xidmətlərə və pərakəndə endirimlərə çıxış imkanı verir. Yeni rəqəmsal versiya isə hökumətin gələcəkdə bütün rəsmi sənədləri bir mobil tətbiqdə toplamaq planının ilk addımı sayılır. Rəsmi məlumata görə, ilin sonuna qədər rəqəmsal sürücülük vəsiqələrinin hazırlanmasına başlanılacaq və 2027-ci ilin sonuna qədər dövlət tərəfindən verilən bütün sənədlərin, o cümlədən cinayət keçmişi və təhlükəsizlik yoxlamalarının rəqəmsal versiyaları könüllü şəkildə istifadəyə təqdim olunacaq.

Baş nazir Kir Starmer parlamentin bu çağırış dövrünün sonuna qədər Böyük Britaniyada işləmək hüququnu sübut etmək istəyən şəxslər üçün rəqəmsal şəxsiyyət vəsiqəsini məcburi etməyi planlaşdırır. Lakin bu plan siyasi dairələrdə narazılıq doğurub və 2,9 milyon insan bu təşəbbüsə qarşı petisiyaya imza atıb. Buna cavab olaraq, texnologiya naziri Liz Kendal iddiaları qorxu yaratmaq cəhdi adlandıraraq bildirib ki, rəqəmsal şəxsiyyət vəsiqələri vətəndaşların izlənməsi üçün istifadə edilməyəcək və şəxsi məlumatlar mərkəzləşdirilmiş vahid bazada toplanmayacaq.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri