Böyük Britaniyada yeni işə başlayanlar üçün rəqəmsal şəxsiyyət vəsiqəsi məcburi olacaq
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Böyük Britaniya yeni işə başlayan vətəndaşlar və rezidentlər üçün rəqəmsal şəxsiyyət vəsiqəsi məcburi olacaq.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya höküməti məlumat yayıb.
Məlumatda deyilir ki, bu addım qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün atılır.
Hökumət nümayəndələri bildirib ki, rəqəmsal şəxsiyyət vəsiqəsi insanların mobil telefonlarında saxlanılacaq və işə götürənlərin işçiləri işə götürərkən yerinə yetirməli olduqları yoxlamaların məcburi tərkib hissəsinə çevriləcək.
Böyük Britaniyanın Baş naziri Kir Starmerin sözlərinə görə, “bu tədbir ölkədə qeyri-qanuni iş imkanlarını çətinləşdirəcək və sərhədlərii daha təhlükəsiz edəcək".
Sorğular göstərir ki, miqrasiya mövzusu Britaniyada seçiciləri ən çox narahat edən mövzudur. Starmer ölkəyə Fransa sahillərindən kiçik qayıqlarla gələn qeyri-qanuni miqrantların qarşısını almaq üçün ciddi təzyiq altındadır.
Amma hökumətin siyasi rəqibləri hesab edir ki, bu yeni tədbir miqrantların qarşısını tamamilə almayacaq və vətəndaş azadlıqlarını məhdudlaşdıra bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 26 Sentyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















