Böyük Britaniyada yeni döyüş dronu təqdim edilib
Icma.az bildirir, Ayna portalına istinadən.
“BAE Systems” şirkəti dronu Böyük Britaniyanın “Storm Fighter” proqramı üçün hazırlayıb
Yeni “Brontanax Wingman” dronu hazırlanıb. Cihazın prototipi “Farnborough Airshow”da təqdim edilib. AYNA.AZ xəbər verir ki, bu barədə “Breaking Defense” məlumat yayıb.
“Hawk” təlim təyyarəsi ölçüsündə olan dronun elektron müharibə və hava və yer hədəflərinin vurulması üçün nəzərdə tutulduğu bildirilib.
“BAE Systems” şirkəti dronu Böyük Britaniyanın “Storm Fighter” proqramı üçün hazırlayıb. “Eurofighter Typhoon” və F-35 qırıcı təyyarələri ilə birlikdə missiyalar yerinə yetirəcək dronların hazırlanması üçün 300 milyon funt sterlinq ayrılıb.
“Wingman” dronu konsepsiyasının hazırlanmasına 2022-ci ildə başlanılıb. Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq cihazın 2027-ci ildə istifadəyə veriləcəyini bildirib.
“Brontanax”ın daxili silah bölməsi Kral Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən bütün silahlarla uyğun gəlir. Təqdim edilən dronun Amerika şirkəti “Williams” tərəfindən istehsal olunan mühərriklə təchiz olunduğu bildirilib. Lakin gələcəkdə istehsalçı “Rolls-Royce Orpheus” elektrik stansiyasını inteqrasiya etməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 23 İyul 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















