Böyük Britaniyanın müxtəlif bölgələrində qütb işıqları müşahidə olunub
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
London, 2 sentyabr, AZƏRTAC
Böyük Britaniyada bu il payız mövsümündə ilk dəfə qütb işıqları (aurora borealis) səmada parıldayıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisə sentyabrın 1-də gecə saatlarında baş verib və ölkənin bir çox bölgəsindən, o cümlədən Şotlandiyanın şimalından, Uelsdən, Norfolk və Kentdən izlənilib.
Alimlər bunun Günəş aktivliyi nəticəsində Günəş səthində baş verən partlayış - koronal kütlə atılması nəticəsində yarandığını bildiriblər. Belə ki, Günəşdən ayrılan yüksək enerjili hissəciklərin Yer kürəsinin atmosferinə daxil olaraq oksigen və azotun təsirinə məruz qalması nəticəsində yaşıl, bənövşəyi və qırmızı rəngli işıqlar səmada əks olunub.
Böyük Britaniya Meteorologiya Xidmətinin Kosmik Hava Mərkəzi isə proqnozlaşdırır ki, Günəşdəki aktivlik çərşənbə axşamı gecəsinə qədər davam edə bilər, hətta G4 - güclü maqnit qasırğası səviyyəsinə yüksəlmə ehtimalı var.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 02 Sentyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















