Icma.az
close
up
RU
BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ

BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Professor Nizami Məmmədov Tağısoyun dördcildlik “Qazax ədəbiyyatı tarixi” monoqrafiyası üzərində düşüncələr

Hər bir xalqın gerçək tarixi təkcə onun sərhədlərinin cızıldığı coğrafi xəritələrdə, soyuq daş kitabələrdə və ya salnaməçilərin quru xronikalarında deyil, ən əvvəl o xalqın yaratdığı söz sənətinin yaddaşında yaşayır. Eyni kökdən boy atan, eyni dil ailəsinə və ortaq mifoloji təfəkkürə mənsub olan xalqların bir-birini dərindən tanıması, ruhən yaxınlaşması isə məhz ədəbiyyatın açdığı mənəvi qapılardan keçir. Çağdaş Azərbaycan ədəbiyyatşünaslıq elmində bu qapıları böyük fədakarlıqla açan alimlərimizin ön sırasında filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Nizami Məmmədov Tağısoy dayanır.

Tarix bəzən xalqların taleyinə qəribə sınaqlar yazır. Eyni ocaqdan köz götürüb fərqli coğrafiyalara səpələnən qardaşlar əsrlər keçdikcə bir-birinin nəfəsini qədim dastanların, ağız ədəbiyyatının və ulu ozanların nəğmələrində axtarırlar. Asan Kayğının müdrik kəlamları ilə Dədə Qorqudun öyüdləri, Buxar jıraunun üsyankar səsi ilə aşıq poeziyamızın ruhu əslində eyni mənəvi qaynaqdan su içir. Lakin bu ortaq qaynağın elmi xəritəsini çəkmək, qazax ədəbiyyatını qədim mifoloji təsəvvürlərdən müasir roman düşüncəsinə qədər vahid bir sistem halında tədqiq etmək humanitar elmimizdə uzun illər öz həllini gözləyən boşluq idi.

Professor Nizami Məmmədov Tağısoyun qırx illik gərgin, ardıcıl və sistemli elmi axtarışlarının məntiqi yekunu kimi ərsəyə gələn, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə işıq üzü görən dördcildlik “Qazax ədəbiyyatı tarixi” monoqrafiyası bu boşluğu doldurmaqla yanaşı, türkoloji düşüncə tariximizdə yeni bir səhifə açdı. 2026-cı ilin oktyabrında XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində ictimaiyyətə təqdim olunan bu fundamental nəşr həm də Azərbaycan və qazax xalqları arasında əsrlər boyu formalaşmış mənəvi körpülərin elmi təsdiqi oldu

 Nizami Tağısoyun tədqiqatçı  kimi fərqi ondadır ki, ədəbiyyatşünas alim qazax söz sənətinə sadəcə xronoloji ardıcıllıqla baxmır, onu fəlsəfi kökləri, etnoqrafik qatları və bədii təkamül qanunauyğunluqları ilə birlikdə araşdırır. Dördcildlik nəşr böyük çöl mədəniyyətinin ruhunu yaşadan şifahi xalq yaradıcılığından çağdaş ədəbi prosesə qədərki zəngin bir dövrü əhatə edir. Tədqiqat işində qədim dövr və epik yaddaş müqayisəli şəkildə ətraflı araşdırılır. Tədqiqatın ilk mərhələsində qazax folklorunun janr sistemi, akın və jırau poeziyası, Asan Kayğı, Kaztuğan və Buxar jırau kimi qüdrətli söz ustadlarının irsi, eləcə də ortaq türk abidəsi olan “Qorqud” nəğmələri və qəhrəmanlıq dastanları oğuz-qıpçaq ədəbi-mədəni əlaqələri müstəvisində təhlil olunur. Müəllif maarifçilik ənənələrini klassik oyanış süzgəcindən keçirərək  qazax yazılı ədəbiyyatının təşəkkülü, XIX əsr maarifçilik hərəkatı və Abay Kunanbayev, Çokan Vəlixanov, İbray Altınsarin kimi böyük mütəfəkkirlərin yaradıcılığını ümumtürk kontekstində dəyərləndirir.

Professor N. Məmmədov  Abayın Nizami və Füzuli irsindən bəhrələnmə məqamlarını müqayisəli təhlil müstəvisində incəliklə üzə çıxarır. Tədqiqat işində  Cədidçilik hərəkatı, “Alaş” ziyalılarının (Əhməd Baytursunov, Mağjan Jumabayev) taleyi, repressiya dövrünün ağrıları və Muxtar Auezov, Abdicəmil Nurpeisov, Oljas Süleymenov kimi nəhəng simaların epik və poetik irsi dərin nəzəri süzgəcdən keçirilir, müasir qazax nəsri və poeziyasının yeni estetik meyilləri, eyni zamanda Azərbaycan-qazax ədəbi əlaqələrinin tarixi dinamikası sistemləşdirilir.
Kitabı vərəqlədikcə qədim jırauların dombra tellərindən süzülən hikmətli nəğmələrdən müasir roman düşüncəsinə doğru maraqlı bir səyahətə çıxırsan. Abay Kunanbayevin müdrikliyi, Muxtar Auezovun epik nəfəsi, Oljas Süleymenovun üsyankar ruhu və Abdicəmil Nurpeisovun dərin psixologizmi alimin qələmində ümumtürk mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi canlanır.

Qeyd edək ki, monoqrafiya nəşr olunan kimi həm Azərbaycanda, həm də türk dünyasında alimlərin diqqətini cəlb edərək böyük əks-səda doğurub. Əsərin elmi çəkisini və ümumtürk mədəniyyəti üçün daşıdığı dəyəri dövrümüzün görkəmli elm xadimləri  yüksək qiymətləndirirlər. Kitaba yazdığı ön sözdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bu tədqiqatı “Ədəbiyyat tarixçiliyi sahəsində müsbət təcrübə” adlandıraraq yazır: “Türk dünyasını təmsil edən xalqların ədəbiyyat tarixlərinə həsr edilmiş sistemli və ümumiləşdirilmiş kitabların hazırlanıb ayrı-ayrı türk dillərində nəşr edilməsinə ciddi ehtiyac vardır. Nizami Məmmədov Tağısoyun ‘Qazax ədəbiyyatı tarixi’ kitabı qardaş ölkənin ədəbiyyat tarixinin tam halda araşdırılıb sistemli şəkildə təqdim olunmasının Azərbaycan nümunəsidir. Bu, müstəqillik dövründə Azərbaycanda qardaş qazax xalqının çoxəsrlik ədəbiyyat tarixinin öyrənilib elmi şəkildə təqdim edilməsi sahəsində ilk təcrübədir. Əsər qardaş xalqın ədəbiyyatının inkişaf yolu və əsas yaradıcıları haqqında tam və ümumiləşdirilmiş elmi təsəvvür yarada bilir.”

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova da əsərin təqdimatında bu dördcildliyin müəllifin 40 illik gərgin elmi əməyinin bəhrəsi olduğunu və ortaq türk irsinin qorunması baxımından müstəsna əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Tanınmış türkoloq, akademik Nizami Cəfərov və digər alimlərimizin çıxışlarında da bu nəşr müqayisəli ədəbiyyatşünaslıq elminin mühüm nailiyyəti kimi dəyərləndirilib.

Süni intellekt əsrində müasir humanitar elmin qarşısında duran ən ümdə vəzifə mətnin sadəcə zahiri qatını deyil, onun genetik yaddaşını, etno-psixoloji kökünü və zamanlararası dialoq imkanlarını üzə çıxarmaq, milli yaddaş kodunu sonrakı nəsillərə ötürməkdir. Professor Nizami Tağısoy son illərdəki tədqiqatlarında da bu elmi prinsipə sadiq qalır. Alimin 2025–2026-cı illərdə dərc etdirdiyi məqalələr onun qazax ədəbiyyatı və türkoloji inteqrasiya mövzusunu daha dərin nəzəri qatlarda davam etdirdiyini göstərir.

Belə ki, tədqiqatçının 2026-cı ildə işıq üzü görən “Oljas Süleymenovun poetik sistemində səs təkrirləri” adlı araşdırmasında da böyük qazax şairinin misralarındakı fono-semantik düzümün təsadüfi musiqi effekti olmadığı, əksinə, qədim türk qam-şaman təfəkküründən gələn fəlsəfi yük daşıdığı elmi faktlarla sübuta yetirilir. “Səhəndin ‘Dədəmin kitabı’ dastan-mənzuməsi Amantay Şərifin tərcüməsində” məqaləsində isə Bulud Qaraçorlu Səhəndin ölməz əsərinin qazax dilinə çevrilməsi prosesi, orijinalın milli ruhunun və dastan təhkiyəsinin metatekstdə necə qorunub saxlanılması nəzəri müstəvidə təhlil edilir. “Birinci Türkoloji Qurultay: türk xalqları tarixinin şərəf səhifəsi” araşdırması isə müasir elmi-mədəni birliyimizin tarixi köklərinə işıq salır.

Nizami Tağısoyun qazax ədəbiyyatı tarixinə yanaşmasının təməlində mətnə  xalqın etno-psixoloji yaddaşı və bədii təfəkkür təkamülü kimi baxmaq prinsipi dayanır. Alim qazax və Azərbaycan ədəbiyyatlarının köklərini vahid türk mənəvi məkanında birləşdirərək, şifahi xalq yaradıcılığının yazılı ədəbiyyata keçid mexanizmlərini ustalıqla üzə çıxarır.

Professor Nizami Məmmədov Tağısoyun dördcildlik “Qazax ədəbiyyatı tarixi” monoqrafiyası sübut edir ki, böyük ədəbiyyatşünaslıq yalnız mətnləri təsnif etmək deyil, həm də qardaş xalqların ruhunu bir-birinə doğmalaşdıran mənəvi körpülər salmaq sənətidir. Böyük çölün əsrlərdən süzülüb gələn söz salnaməsi bu gün Azərbaycan oxucusunun və elm adamının stolüstü kitabına çevrilməklə, ortaq türk yaddaşının əbədiyaşarlığına xidmət edir. Kitabın Birinci Türkoloji Qurultayın repressiya qurbanlarına həsr edilməsi onun bədii-mənəvi dəyərini artırır, gələcək nəsillər üçün yaddaş körpüsünə çevirir.

Xatırladaq ki, “Qazax ədəbiyyatı tarixi” monoqrafiyası ali məktəblərin filologiya fakültələri, türkoloqlar, ədəbiyyatşünaslar və ümumilikdə türk dünyasının mədəni irsi ilə maraqlanan geniş oxucu kütləsi üçün əvəzsiz elmi bələdçidir. Qırx illik zəhmətin yekunu olan bu əsər sübut edir ki, elmə sədaqət və milli-mənəvi dəyərlərə bağlılıq birləşdikdə zamanın sınağından üzüağ çıxan ölməz elmi-bədii söz  abidələri yaranır.

Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru, dosent.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Noyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri