Icma.az
close
up
RU
Böyük geosiyasi oyun: PKK/YPG problemi nə Suriyanın iç məsələsi, nə də lokal bir təhlükədir

Böyük geosiyasi oyun: PKK/YPG problemi nə Suriyanın iç məsələsi, nə də lokal bir təhlükədir

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu hadisə həm də Türkiyənin təhlükəsizlik maraqlarına birbaşa toxunur


ABŞ-nin bölgədəki varlığının sorğu-sual edildiyi bir vaxtda bu tip hücumlar “biz hələ buradayıq” mesajıdır


Suriyada baş verən son hadisələr, bölgədəki geosiyasi gərginliyin yeni bir mərhələyə keçdiyini göstərir. Xüsusilə PKK/YPG kimi silahlı qruplaşmaların fəaliyyətləri, yalnız yerli təhlükəsizliyə deyil, həm də regional sabitliyə ciddi təhdid yaradır. Suriya xəbər agentliyi SANA-nın məlumatına görə, bu terror təşkilatının üzvləri Hələb şəhərinin Deyr Hafir bölgəsində yerləşən Humeyma və əl-Keyta kəndlərini kiçik çaplı raketlər və artilleriya qurğularından atəşə tutublar. Hücum nəticəsində mülki yaşayış məntəqələri hədəf alınıb. Cavab olaraq Suriya ordusu dərhal qarşılıq verərək terrorçuları susdurub və bölgədə əməliyyatlara başlayıb. Bu cür hücumlar göstərir ki, PKK/YPG problemi artıq nə yalnız Suriyanın daxili məsələsi, nə də sadəcə lokal təhlükə olaraq qiymətləndirilə bilər. Məsələ bütövlükdə regionun sabitliyinə qarşı yönəlmiş transsərhəd bir təhdid olaraq gündəmdə qalmaqda davam edir.


Politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında Suriyada baş verən bu hadisənin PKK/YPG-nin bölgədə nə sülh, nə də sabitlik amili olmadığını bir daha sübut etdiyini bildirib:


"Bu qruplar Suriyanın suverenliyinə və ərazi bütövlüyünə birbaşa təhdiddir. Hələb kimi strateji şəhərin yaxınlığında hücumlar həyata keçirmək isə açıq təxribat xarakteri daşıyır. Deyr Hafir bölgəsi həm logistika baxımından, həm də Suriya ordusunun nəzarət xəttinə yaxınlığına görə çox həssas bir nöqtədir. PKK/YPG-nin burada mülki yaşayış məntəqələrini hədəf alması, onların “mülki müdafiə” adı altında gizlətdikləri terror mahiyyətini tam üzə çıxarır. SANA-nın məlumatına görə, terrorçular kiçik çaplı raketlər və artilleriya qurğularından istifadə ediblər. Bu isə hücumun planlı və məqsədli olduğunu göstərir. Suriya ordusunun cavab atəşi və sonrakı əməliyyatları bölgədə yenidən balans yaratmaq məqsədi daşıyır. Amma bu, sadəcə lokal əməliyyat deyil. Burada böyük geosiyasi oyun var. Çünki PKK/YPG hələ də ABŞ-nin müəyyən dairələrinin himayəsində fəaliyyət göstərir. Onlara silah, təlim və kəşfiyyat dəstəyi verildiyi faktını heç kim inkar etmir. Bu hadisə həm də Türkiyənin təhlükəsizlik maraqlarına birbaşa toxunur. Ankara uzun müddətdir Suriyanın şimalında belə hadisələrin baş verəcəyini xəbərdarlıq edirdi. Türkiyə üçün PKK ilə YPG arasında fərq yoxdur, hər ikisi eyni terror strukturunun qollarıdır. Suriyanın bu bölgələrində gərginliyin artması həm də Astana prosesi çərçivəsində əldə olunmuş nisbi sabitliyə zərbə vurur".


Politoloq terror aktının zamanlamasının da təsadüfi olmadığını söyləyib:

"Regional qüvvə balansının dəyişdiyi, ABŞ-nin bölgədəki varlığının sorğu-sual edildiyi bir vaxtda bu tip hücumlar “biz hələ buradayıq” mesajıdır. Amma bu mesaj artıq keçmir. Çünki həm Suriya ordusu, həm də Rusiya və İran bu tip təxribatlara qarşı daha sərt mövqe tutmağa başlayıb. Ümumilikdə, Hələbdə baş verən bu hadisə göstərir ki, PKK/YPG problemi nə Suriyanın iç məsələsi, nə də lokal bir təhlükədir. Bu, bütövlükdə regionun sabitliyini hədəfə alan transsərhəd terror infrastrukturudur. Onun kökü kəsilməyincə, nə Suriyada sülh bərqərar olacaq, nə də bölgədə real təhlükəsizlikdən danışmaq mümkün olacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri