Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Böyük İqtisadi Qayıdış: Özəl Sektor Qarabağa gedirmi?

Böyük İqtisadi Qayıdış: Özəl Sektor Qarabağa gedirmi?

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

44 günlük müharibədən sonra, birmənalı şəkildə, dövlətin prioritetində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramının başlanması, orada bərpa işlərinin həyata keçirilməsi və insanların köçürülməsi əsas strategiyalardan biri sayılırdı.
İqtisadçı-ekspert Elmir Səfərli AzVision.az -a müsahibəsində Böyük Qayıdış Proqramı çərçivəsində Azərbaycan hökumətinin 3 əsas mərhələyə fokuslnadığını bildirib.

Birincisi, infarstrukturun cari vəziyyətinin dəyərləndirilməsi və yenidən qurulması. Çünki infrastruktur olmayan yerdə heç bir layihəni, heç bir işi həyata keçirmək mümkün deyil. Orada həm müharibənin gedişi zamanı, həm öncədən infrastruktura vurulan zərərləri aradan qaldırmaq, sıradan çıxmış işıq və qaz xətlərinin, habelə yolların bərpası ciddi vaxt aparacaq layihələr idi. Dövlətin düşündüyü ilk hədəf infrastruktur layihələrinin yenidən bərpası oldu: yolların yenidən çəkilməsi, işıq, su və qaz xətlərinin bərpası. Bütün bunların hamısını yenidən planlı şəkildə, gələcəyə fokuslnamış və gələcəkdə problem yaratmaycaq səviyyədə həyata keçirmək lazım idi.
Birinci mərhələ bitdikdən sonra keçilən ikinci mərhələ orada insanların yaşaması üçün evlərin, müəyyən məişət obyektlərinin, məktəblərin, xəstəxanaların, poliklinikaların, bağçaların, sosial iaşə obyektlərinin tikintisini nəzərdə tuturdu. Bununla parallel olaraq, orada istehsalın və biznesin qurulması, iqtisadiyyatın dayanıqlılığının formalaşdırılması istiqamətində işlər aparılırdı.
İndi artıq üçüncü mərhələyə gəlib çıxmışıq ki, burada əsas məsələ insanların ora köçürülməsidir. Bu mərhələdə də dövlət artıq bir çox rayonların kəndlərinə və şəhərlərinə köçləri başladıb. Dövlətin bu qədər işi öz öhdəsinə götürüb birdəfəlik həll etməsi çətin prosesdir, çünki böyük büdcələr, maliyyə vəsaitləri lazımdır. Həm də vaxt baxımından sürətli hərəkət üçün dövlət qurumları ilə yanaşı, müxtəlif müəssisələrin, xüsusən də xarici müəssisələrin cəlb olunması ilə bu layihələrin həyata keçirilməsində dövlət maraqlı idi. Bu layihələr özəl-dövlət müştərək müəssisələr vasitəsilə həyata keçirilir.
Məsələn, bir çox kəndlərin tikintisinin bərpası və yolların çəkilişi bir sıra xarici şirkətlərə həvalə olunmuşdu. Burada yerli qurumların da müəyyən əməyi və nəzarəti, funksionallığı, büdcədən ayrılmış maliyyə hesabına fəaliyyəti mövcud idi. Amma, təbii ki, burada parallel iş getməsəydi bu çox çətin məsələ ola bilərdi.
- Qeyd etdiniz k, Böyük Qayıdış Proqramının həyata keçirilməsi üçün həm xeyli vaxt, həm də böyük miqdarda vəsait lazımdır. Bu baxımdan, Azərbaycanın özəl sektorunun həmin layihələrdə iştirakı hansı səviyyədədir və bu iştirakı siz qənaətbəxş sayırsınızmı?
- Burada iki istiqamət önəmlidir. Birincisi, təbii ki, dövlətin fəaliyyət üçün tenderlər vasitəsilə özəl şirkətlərə verdiyi layihələrdir. Büdcə və maliyyələşdirmə dövlət tərəfindən ayrılır, tenderlər vasitəsilə tikinti, inşaat, xidmət və müxtəlif sahələr üzrə bu layihələr özəl şirkətlərə təqdim olunur. Həmin şirkətlər isə xüsusi qiymətləndirmələr aparır. Layihəsi və ciddiyyəti, habelə əvvəlki reveransı uyğun gələn şirkətlər tenderləri udaraq burada fəaliyyətlə məşğul ola bilirlər.
İkinci istiqamət isə, öz istəyi ilə həmin ərazilərdə biznesini qurmağa çalışan şirkətlərdir. Məsələn bir çox mağazalar şəbəkəsləri və banklar orada öz filiallarını açıblar. Hətta bir çox şirkətlərin müraciəti əsasında dövlət xüsusi sənədləşdirmə işləri apardı, İqtisadiyyat nazirliyi orada müxtəlif biznes fəaliyyəti ilə məşğul olan şirkətlərdən xüsusi sorğular qəbul etdi. Bu sorğular nəticəsində məlum oldu ki, hansı sahələr daha önməlidir və daha prioritetdir. Prioritetlik səviyyəsinə görə şirkətləri cəlb edərək onların həmin əraizlərdə fəaliyyətinə icazə ilə yanaşı, hətta bununla bağlı xüsusi dəstək verdilər.
Burada istehsal sahələrinin qurulmasına xüsusi olaraq özəl biznesin dəvəti edilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, insanların işlə təminatı, həm də ora köçdükdən sonra onların daimi yaşaması və qazanc səviyyəsinin, satınalma gücünün formalaşması üçün orada istehsalın və xidmət sahələrinin qurulması çox vacibdir.
Məsələn, elə orta, kiçik və ya mikro sahibkarlıq şirkətləri var ki, orada istehsal sahələrini qururlar və özləri ilə bərabər ən azı 20-30 və ya 50 nəfəri işlə təmin edirlər. Bu artıq ora qayıdan və orada yaşayan vətəndaşımızın işlə təminatı deməkdir ki, bu da əslində dövlətə bir dəstəkdir.
Bəzən insanlar düşünürlər ki, orada dövlət qurumlarının nümayəndəlikləri açılacaq və onlar hər şeyi təmin edəcəklər. Amma hər şeyi dövlətdən gözləmək düzgün deyil. Biznesin özünün də təşəbbüsləri olmalıdır: müxtəlif istehsal sahələri, kıənd təsərrüfatı sektoru. Həmin ərazilərə səfər etsək görərik ki, hər rayonun özünün iqliminə uyğun şəkildə artıq yetəri qədər əkinçilik, maldarlıq sahələrində fəaliyyət başlayıb.
Yeri gəlmişkən, həmin əraizlərdə artıq təhsillə bağlı şirkətlər də fəaliyyət göstərirlər. Burada tikinti və müxtəlif sahələrlə bağlı şirkətlər öz bizneslərini qurublar. Hətta mənim tanıdığım Laçından olan bir sahibkar Bakıdakı biznesini ləğv edərək öz istehsalını aparıb Laçında qurub və təxminən 40-50 adamı işlə təmin edib. Təbii ki, bunda dövlət də maraqlıdır, çünki iqtisadiyyatın təməli biznesdir. Biznes nə qədər ciddi qurulsa iqtisadiyyat daha güclü olacaq və həyat axını, döngüsü bir o qədər sürətlə baş verə bilər.
Eyni zamanda, fərqli xarici sirkətlər də var ki, öz hesablarına Qarabağa sərmayə yatırmağa çalışırlar. Məsələn, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti 200 milyondan çox vəsaiti Qarabağda enerji, xüsusən də yaşıl, bərpa olunan enerjinin istehsalına yönəldib. Bundan başqa, İtaliya şirkətləri öz sərmayələri hesabına Qarabağda müəyyən layihələr artıq həyata keçiririlər. Bütün bunlar əslində Qarabağın bərpası, orada həyatın yenidən formalaşması və xüsusən də bu prosesin sürətlə getməsi üçün həm böyük fundamental təkandır, həm də insanların orada yaşaması üçün səbəb və şərait yaradır.
Ümumiyyətlə, müharibələrdən sonra bərpa prosesində hələ də belə ərazilərdə sabitliyin qorunması üçün dövlət güvəni və sığortası lazımdır. Başqa cür, heç bir iş adamı müharibədən yeni çıxmış əraziyə sərmayə yatırmaz. Amma Azərbaycan dövlətinin verdiyi sığorta və güvənc, yaratdığı təhlükəsizlik artıq bu gün imkan verir ki, sahibkarlar işğaldan azad olunmuş ərazilərimizə öz sərmayələrini yatrısınlar və bu prosesləri daha geniş miqyasda həyata keçirsinlər.
- Bizim sahibkarların Böyük Qayıdış Proqramında iştirakı müstəvisində vəziyyət idealdırmı? Yoxsa dövlətin özəl sektordan, özəl söktorun isə dövətdən hansısa gözləntiləri var? Yəni burada harmoniya artıq yaradılıb, yoxsa hələ nələrə isə ehtiyac var?
- Hazırda bunun yüksək səviyyədə təmin olunduğunu deyə bilmərik. Təbii ki, dövlət siyasəti və strategiyaları mövcuddur. Bu proseslərin mərhələli şəkildə getməsində dövlət özü maraqlıdır və buna özü də nəzarət edir. Müharibə fiziki baxımdan bitib və son 5 ildə Zəngəzur Dəhlizi və sülh müqaviləsi istiqamətində xeyli işlər gedib, antiterror əməliyyatı həyata keçirilib.

Lakin revanşist qüvvələrin pozuculuq maraqlarına qarşı tam təhlükəsziliyin və sabitliyin təmin edilməsi prosesləri hələ də dövlətin nəzarəti altındadır. Bəlkə də sahibkarlar düşünürlər ki, niyə dövlət mənim gedib orada iş qurmağıma icazə vermir. Düşünürəm ki, bunda maraqlı olan dövlətin özü sözügedən məslələri mərhələli şəkildə bunların hamısını həyata keçirəcək.
Burada müsbət məqamlardan biri də odur ki, dövlət orada fəaliyytə göstərən şirkətlərə vergi güzəştləri tətbiq edir. İstehsal məqsədilə gətirilən xüsusi avadanlıqlara gömrük rüsumu qoyulmur. Orada işləyənlərin məşğulluğunun təmin olunması məqsədilə özəl şirkətlərin işçilərinin əmək haqlarının müəyyən hissəsi dövlət tərəfindən qarşılanır. Hökumətn irəli sürdüyü müəyyən belə paketlər biznesə dəstək olur.
Amma biznes layihələrinin çoxunda insanların orada evlə təmin olunması problemi var. Məsələn, bu gün Bakıdan hansısa mütəxəssisi aparıb Qarabağda yerləşdirib işlə və evlə təmin etmək istənilən səviyyədə deyil. Digər tərəfdən orada istifadə edə biləcəyimiz mütəxəssis qıtlığı var. Bunların təminatı üçün biz artıq xaricə müraciət etməli oluruq. Habelə dövlət-biznes əməkdaşlığında informasiya müstəvisində də müəyyən çatışmazlıqlar ola bilər. Belə ki, sahibkar qoyduğu sərmayəni qısa müddətdə çıxarmağa çalışır, amma dövlətin həyata keçirdiyi öz siyasəti var. Dövlət mərhələli şəkildə addımlar atır ki, bu da vaxt ala bilər, amma sahibkar yatırdığı vəsaitin tez gəlir verməsini istəyir. Belə gəlirin olmaması sahibkar üçün ciddi maneə yarada və o, həmin biznes-layihələrdən qaça bilər.
Bu gün bir çox insanlar Qarabağın müxtəlif ərazilərində bizneslərini qururlar və onun ayaqda qalması üçün öz vəsaitlərini yatırırlar. Düşünürəm ki, bu məsələdə dövlət sahibkarın qorunmasında daha maraqlı olmalıdır. Doğrudur, bu gün yetərli qədər güzəşt verilir, amma onların sayını çoxaltmaq olar. Məsələn, müəyyən obyektləri kirayə haqqı almadan, maliyyə qarşılığı olmadan sahibkarların istifadəsinə vermək olar. Vergilərdə tətbiq edilən faizlər, işçilərin orada qalması üçün mexanizmlər formalaşdırılmalıdır. Ora gedən işçilərin ailələrinin və uşaqlarının yaşayışı və tədrisi üçün də şərait yaradılmalıdır. Bu məqamlar dövlət və biznesin müştərək fəaliyyəti çərçivəsində həyata keçirilməsə sözügedən proses çox çətin olar.

- Sadaladığınız məqamların çoxu obyektiv amillərdir, yoxsa burada subyektiv səbəblər də var? Bəlkə aidiyyəti dövlət qurumların bir qədər çevik olmaması amili də var, yoxsa vaxt özü hər şeyi yoluna qoyacaq?

- Hansısa dövlət qurumunun regional nümayəndəliyinin yaradılması, orada fəaliyyətin bərpası və təmin olunması vaxt aparan prosesdir. Əslində, bir tərəfdən dövləti qınamaq olmaz. Çünki bu proseslər bir neçə günə baş verə bilməz. Amma, digər tərəfdən, sahibkarı da qınamaq mümükn deyil. Əgər biz deyiriksə, sahibkar gedib ora sərmayə yatırsın, sahibkarın da öz istəkləri var və onlar da dövlət qurumları tərəfindən təmin edilməlidir.
Bütün bunların müştərək şəkildə həyata keçirilməsində əslində hər iki tərəf maraqlı olmalıdır. Biz hətta bir sahibkar kimi yox, vətəndaş olaraq bu prosesin güclənməsi üçün dövləti dəstəkləməliyik, dövlət və dövlət qurumları isə, öz növbəsində, vətəndaşı və sahibkarı düşünürək bu işlərin sürətlənməsində maraqlı olmalıdır. Bu iki məqam ortaq maraq çərçivəsində irəli sürüləcəksə, təbii ki, həmin proseslər davamlı gedəcək.
Dövlət qurumlarının bilərəkdən əngəl yarada biləcəyini düşünmürəm. Amma onların çevikliyinə təsir göstərə bilən amillərə nəzər salmaq lazımdır.
Gəlin yalnız bizim üçün yox, dünya üçün mühüm olan Zəngəzur layihəsinə baxaq. Demək olar ki, biz artıq öz tərəfimizdə işləri bitirmişik, qalıb Ermənistan tərəfi. Beş ildə həmin layihə üçün həm böyük vəsait, həm də ciddi qüvvə sərf edilib.
Kəndlərin sökülməsi və yenidən bərpası, ətraf ərazilərin minalardan təmizlənməsi və abadlaşdırılması, beynəlxalq səviyyədə nəqliiyat yolu kimi infrastrukturun inşası cox ciddi məsələlərdir. Amma elə kəndlər var ki, hələ də minalardan təmizlənmədiyi üçün onlarda infrastruktur layihələri həyata keçirilməyib. Bunlar ciddi problemlərdir. Belə görünür ki, insanların həmin kəndlərə köçürülməsində uzadılmalar olacaq.
Məncə, bu məsələdə bir qədər də hamımız düşünürük ki, dövlət evi tikib versin və mən də gedim orada yaşayım. Amma bir vətəndaş kimi biz özümüz də cəhd göstərməliyik, bu işə qarışmalıyıq. Vətəndaş olaraq bu işlərə dəstək verməliyik. Məncə, bu istiqamətdə birgə dövlət layihələrində vətəndaşların fikirlərindən, ideyalarından, əməyindən, zəhmətindən, hətta kiçik məbləğdə olsa belə maliyyəsindən istifadə edilsə, bu prosesi qısa müddətə yekunlaşdıra bilərik.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://azvision.az
archiveBu xəbər 10 Dekabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri