Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Статья не опубликована
Böyük islahatlara başlamalıyıq”Qüdrət Həsənquliyev

Böyük islahatlara başlamalıyıq”Qüdrət Həsənquliyev

Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, yenidən Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün Qərbdən maliyyələşən müəyyən qruplar canlanıb, hərəkətə keçib. Doğrudanmı onlar düşünürlər ki, qardaş Türkiyə və Rusiya ilə münasibətlərdə soyuqluq yarada bilərlər?

- Əgər sən böyük siyasətdəsənsə rəqiblərin, düşmənlərin çalışacaqlar ki, səninlə dostların, müttəfiqlərin arasında etimadsızlıq yaradıb səni təkləsinlər, zəiflətsinlər. Diqqət yetirsəniz, təkcə müttəfiqlərlə yox, Prezidentin sadiq tərəfdaşları, iqtidarın dayağı sayılacaq şəxslər arasında da intriqalar yaratmaq, onları Prezidentin gözündən salmaq üçün hansı oyunlardan çıxırlar. Bizim kiçik partiyamızın daxilində belə zaman-zaman bu cür cəhdlər edənlər varsa, görün düşmənlərimiz ölkə miqyasında nələr etmək istəyəcəklər. Biz Türkiyə ilə qardaş dövlətlərik, hansısa məsələlərə dair fikir ayrılıqları da ola bilər, bu çox normaldır. Amma prezidentlər arasındakı səmimi dostluq münasibətləri və eyni millət olmağımız bizi bir-birimizə elə tellərlə bağlayıb ki, heç kim bir daha bizi bir-birimizdən ayıra bilməz.

Rusiya ilə münasibətlərə də xələl gətirmək üçün gecə-gündüz “Azərbaycanı Rusiya yönəldir”, yaxud “Rusiya Azərbaycandan istifadə edir”,-deməklə xalqımızı qıcıqlandırmaq, onun keçmişdə ilişib qalmasını istəyirlər. Prezidentin 2022-ci ilin fevralında Rusiya ilə imzaladığı müttəfiqlik münasibətlərinə dair saziş, Rusiyaya münasibətdə yürütdüyü dostluq siyasəti Azərbaycanın milli maraqlarına və mənafelərinə cavab verdiyi üçün həmin siyasəti müdafiə edirik. Bu dostluq münasibətləri zəminində 44 günlük Vətən müharibəsində Rusiyanın neytrallığını təmin etdik. Rusiyanın vasitəçiliyi ilə Laçın və Kəlbəcər rayonlarını heç bir itki vermədən işğaldan azad etdik. Rusiya sülhməramlıları imkan vermədi ki, hansısa təxribatlar törədib Azərbaycanı etnik təmizləmədə, yaxud soyqırımda kimsə ittiham etsin. Bəli, bu gün belə ittihamlarla çıxış edənlər var, amma onların böhtançı olması da göz önündədir. Azərbaycan Qarabağ üzərində dövlət suverenliyini bərpa edəndən sonra sülhməramlılar da sazişdə nəzərdə tutulan vaxtdan tez çıxıb getdi. Amma rus sülhməramlıları burada olanda həmin təxribatçılar nələr demirdilər. Burada siz harda görürsünüz Rusiyanın bizdən istifadə etməsini? Bu həqiqətləri deyənləri isə dərhal başlayırlar “Rusiyanın adamıdır”,-deyib ləkələməyə, gözdən salmağa. Bundan başqa, Rusiya azərbaycanlı gənclər üçün əmək bazarıdır. Kənd təsərrüfatı məhsullarımızı orada satırıq, iki milyon azərbaycanlı Rusiyada məskunlaşıb, özlərinə ev-eşik qurub. Təbii ehtiyatlarla zəngin Rusiya Federasiyanın tərkibində 8 türk respublikası var. Biz qonşuyuq, bizi bir-birimizlə tarixi, mədəni, humanitar əlaqələr bağlayır. İndi sifarişlə işləyən hansısa siyasi riyakarların sözlərinə görə Rusiya ilə əlaqələri pozmalıyıqmı? Bəziləri Ukraynadakı müharibəyə görə Rusiya ilə münasibətlərimizi dəyişməli olduğumuzu deyir. Ermənistan 30 il torpaqlarımızın 20%-ni işğal altında saxlayanda bizdən çox böyük olan Ukrayna dövləti Azərbaycandan da dəfələrlə kiçik Ermənistanla münasibətlərini pozdumu? Hər zaman söylədilər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, münaqişə də danışıqlar yolu ilə həll olunmalıdır. Mən bir il öncə Moskvada MDB-yə üzv olan dövlətlərin parlamentlərində təmsil olunan partiyaların iştirakı ilə keçirilən konfransda Azərbaycan dövlətinin mövqeyindən çıxış edərək bildirdim ki, üzv dövlətlərin ərazi bütövlüyünə hörmət olunmalıdır və yalnız bu halda keçmiş sovet respublikalarının səmimi əməkdaşlığı və daha sıx inteqrasiyası mümükündür. Azərbaycan həmişə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib, Ukraynaya humanitar yardım etməkdə davam edir. Baxmayaraq ki, erməni vandalları tərəfindən yerlə yeksan edilmiş şəhər və kəndlərimizin bərpası üçün beynəlxalq birlik tərəfindən bizə kömək edilməlidir. Azərbaycan torpaqları işğal olunanda, bir milyon qaçqınla baş-başa qalanda da beynəlxalq birlik bizə yetərli miqyasda humanitar yardım etmədi. Ona görə nə qədər ki, Rusiya Azərbaycanın maraqlarına zidd addımlar atmayacaq, biz həmişə Rusiya ilə dost olmağa çalışmalıyıq.

- Qüdrət bəy, qarşıdan 2025-ci il gəlir. Gözləntiləriniz nədən ibarətdir?

- Çox istərdim ki, 2025-ci il böyük islahatlar ili olsun. Çünki ölkəmizin qarşısında iri maliyyə tutumlu ciddi layihələrin icrası dayanır. Bizə təhlükəsizliyimizi, əhalinin sosial müdafiəsini gücləndirmək üçün iqtisadiyyatımızı sürətlə böyütmək, büdcə gəlirlərini dəfələrlə artırmaq lazımdır. Buna isə ciddi islahatlar aparmadan nail olmaq mümkün deyil. Hökumətin Milli Məclisə təqdim etdiyi sənədlərdən də görünür ki, neft gəlirləri ilbəil azalacaq. Ölkəmizdə islahatların uğurla həyata keçirilməsi üçün böyük ictimai dəstəyə malik Prezident, sabitlik və bu işin öhdəsindən gələ biləcək komanda mövcuddur. Qalır bu işə nə vaxt başlayacağımız. Ciddi maliyyə sıxıntıları ilə üzləşməyimizi gözləmədən Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmalı, dövlət müəssisələri özəlləşdirilməli, böyük islahatlara başlamalıyıq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 23 Noyabr 2024 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see325

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see324

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see319

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see310

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see306

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see304

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see297

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see294

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see289

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see265

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see264

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see263

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see259

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see255

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see251

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see249

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see246

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri