Icma.az
close
up
RU
Böyük müharibəyə hazırlıq: Savaş harada olacaq?

Böyük müharibəyə hazırlıq: Savaş harada olacaq?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“The Wall Street Journal”-ın mənbələrinə istinadən yaydığı məlumata görə, Almaniya hökuməti son iki il yarım ərzində Rusiya ilə mümkün hərbi toqquşma ssenarisinə hazırlıq məqsədilə son dərəcə məxfi 1200 səhifəlik hərbi plan hazırlayıb.

Sənəd NATO daxilində koordinasiyaya əsaslanır və genişmiqyaslı qoşun köçürülməsi əməliyyatının bütün mərhələlərini özündə birləşdirir.

Mənbələrin sözlərinə görə, plan Rusiyanın hipotetik hücumu və ya kəskin eskalasiya ssenarisi zamanı şərq istiqamətinə -potensial cəbhə xəttinə qədər 800 minədək NATO hərbçisinin göndərilməsini nəzərdə tutur. Bu qoşunların tərkibinə Almaniyanın öz ordusu, ABŞ qüvvələri və digər alyans ölkələrinin kontingentləri daxildir. 

Sənəddə logistika məsələləri xüsusi detalla təsvir olunub. “The Wall Street Journal” yazır ki, plan qoşunların şərqə doğru daşınacağı körpüləri, limanları, avtomobil magistrallarını və çay marşrutlarını addım-addım göstərir.

Məqalədə qeyd olunur ki, Almaniya bu hazırlığı NATO-nun ümumi müdafiə strategiyasının bir hissəsi kimi aparır və plan “ən pis ssenari” üçün nəzərdə tutulub.

Qeyd edək ki, son günlər ABŞ Prezidenti Donald Trampın Ukraynadakı müharibənin həlli ilə bağlı təklif etdiyi sülh planı Rusiya ilə NATO üzvü olan Avropa dövlətləri arasında hərbi qarşıdurmanı yaxınlaşdıra bilər. Çünki sözügedən təkliflər paketi daha çox Rusiyanın maraqlarına cavab verir və Ukraynanı təslimçi sülhə vadar etmək məqsədi daşıyır. 

Rusiya tərəfi Trampın sülh planına dair ABŞ-dən rəsmi açıqlama almadıqlarını iddia etsə də, Prezident Trampın xüsusi nümayəndəsi Stiv Uitkofun yayılan qalmaqallı səs yazısı qapalı danışıqlarda Moskva ilə gizli razılaşmaların əldə olunmasından xəbər verir. Yəni Uitkofun səs yazısı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və Kiril Dimitriyevlə apardığı telefon danışıqlarında ABŞ-nin rəsmi Moskvanın təqdim etdiyi sülh planını qəbul etməyə hazır olduğunu göstərir. Ancaq ABŞ-nin Qərb müttəfiqləri Ukraynanın kapitulyasiyaya vadar edilməsini Avropanın təhlükəsizliyi üçün ciddi təhdid hesab edirlər. Əgər Ukrayna bölünməli olsa və ya ABŞ tərəfindən Moskvanın geosiyasi təsir zonası kimi tanınarsa, Rusiya “soyuq müharibə” dövründə Şərqi və Mərkəzi Avropadakı ölkələrə qarşı müharibəyə başlaya bilər. 

İkinci Dünya müharibəsindən sonra tətbiq edilən məhdudiyyətlər səbəbindən hərbi potensialı xeyli zəifləyən Almaniya  isə Berlin divarının yenidən inşa olunmasını və ölkənin iki hissəyə parçalanmasını istəmir. Ukrayna Rusiya ilə müharibədə məğlub olacağı və ya təslimçi sülhü qəbul edəcəyi halda Avropa özünü Rusiya təhlükəsindən müdafiə etmək məcburiyyətində qalacaq. Tramp administrasiyası bu qarşıdurmada Avropaya görə Rusiya ilə müharibə etmək istəmir. 

Ona görə də  hazırda hibrid şəkildə baş verən və hipotetik nəzərdən keçirilən bu müharibənin Rusiya ilə NATO, yoxsa Rusiya ilə Avropa arasında baş verəcəyi məlum deyil. Əgər ABŞ NATO-dakı müttəfiq öhdəliklərindən imtina edərsə,  Rusiya-Avropa müharibəsinin baş verməsi  NATO-nun parçalanması deməkdir. Bu səbəbdən, son vaxtlar Avropa ölkələri, o cümlədən Almaniya sürətlə silahlanmaya və hərbi təlimlərə üstünlük verir. 

Qeyd edək ki, Almaniya Bundestaqı Büdcə Komitəsinin qərarına əsasən, bu ölkənin 2026-cı il üçün müdafiə xərcləri təxminən 108 milyard avro təşkil edəcək.  Bu rəqəm 2025-ci illə müqayisədə 25,6 faiz yüksəkdir və "soyuq müharibə"nin bitməsindən bəri ən yüksək göstərici olacaq. Həmin vəsaitin 11,5 milyard avrosu Ukraynaya hərbi yardım üçün ayrılacaq. 

Bu da Almaniyanın perspektivdə müdafiə sənayesini, hava hücumundan müdafiə sistemini, raket və dron texnologiyasını inkişaf etdirmək planlarından xəbər verir. Hətta Fridrix Merts hökuməti yaranmış vəziyyətdən istifadə edərək İkinci Dünya müharibəsindən sonra qoyulan silah kvotasını aradan qaldırmaq istəyir. 

Ümumiyyətlə, avropalı mütəxəssislər Rusiya ilə müharibəyə 2027-ci ildən etibarən hazırlığı baş çatdırmağı vacib hesab edirlər. Şimal dənizi, Polşa ərazisi, Suvalki dəhlizi Rusiya ilə ilkin və potensial hərbi toqquşma zonaları hesab edilir. Almaniya ABŞ-dən “F-35” qırıcı təyyarələri və “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınması istiqamətində yeni sifarişlər verə bilər. Bundan başqa, “Leopard 2A8” tanklarının, uzaqmənzilli qanadlı “Taurus” raketlərinin, “IRIS-T” zenit-raket komplekslərinin istehsalı genişləndirilə bilər. 

Almaniyanın federal Kansleri, müdafiə naziri və kəşfiyyat rəhbəri Rusiyanın 2029-cu ilə qədər Avropaya hücum edəcəyini və müharibənin başlayacağını açıq şəkildə bəyan edirlər. Ona görə də Almaniya ictimai rəyində müharibəyə hazırlıq ritorikasının artdığı müşahidə edilir. Bu baxımdan, ölkə əhalisi Almaniyanın hərbi xərcləri artırmasına zəruri addım kimi baxır. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Açar sözlər: NATO Rusiya

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri