Icma.az
close
up
RU
Daha böyük müharibəyə hazırlıq?

Daha böyük müharibəyə hazırlıq?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vaşinqton İranla atəşkəs müddətini uzatmaq qərarına gəlib. 

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə son açıqlamasında bəyan edib ki, o, Pakistanın xahişini nəzərə alaraq, İranla bağlanan atəşkəsin müddətini qeyri-müəyyən vaxtadək uzadıb. 

Lakin Ağ Evin rəhbəri İrana qarşı tətbiq olunan dəniz blokadasının qüvvədə qalacağını vurğulayıb. "Buna görə də, mən hərbçilərimizə mühasirəni davam etdirməyi və digər bütün məsələlərdə hazır və qadir vəziyyətdə qalmağı tapşırmışam. 

Beləliklə, onların təklifi təqdim olunana və müzakirələr bu və ya digər şəkildə yekunlaşana qədər Atəşkəs müddətini uzadıram", – deyə Tramp bildirib. Trampın İranla atəşkəs müddətini uzatması bir çox dairələrdə maraq doğurub. 

Bunun bir çox səbəblərlə bağlı olduğu iddia olunur. Bu yaxınlarda CNN-nin məlumatında qeyd olunub ki, İranla müharibə fonunda ABŞ ordusunun əsas raket ehtiyatları ciddi şəkildə azalıb. 

Məlumata görə, təxminən 7 həftə ərzində ABŞ “PrSM” raketlərinin 45%-ni, THAAD sistemlərinin ən azı yarısını və “Patriot” raketlərinin təxminən 50%-ni, “Tomahawk” raketlərinin 30%-ə yaxını və bəzi digər qabaqcıl sistemlərin 20%-dən çoxu istifadə edib. 

"NSC News" isə Amerika kəşfiyyatına istinadən qeyd edib ki, İran hava qüvvələri imkanlarının və ixtisaslaşmış dəniz gəmilərinin yarıdan çoxunu qoruyub saxlayıb.

“İran təxminən 30-a yaxın döyüş gəmisini, 1500-ə yaxın kiçik katamaranları, 1000-ə yaxın pilotsuz su qayıqlarını, 800-ə yaxın sualtı sinxron hərəkət edə bilən gəmi əleyhinə torpedoları, habelə 30 sualtı qayığı qoruyub saxlayır. 

Bundan əlavə, Tehran 17 patrul gəmisinin idarəsini davam etdirir. Eyni zamanda, İranın 300-dən çox kiçik qayığı gəmi əleyhinə raket kompleksləri daşıyır. 

Bu imkanları hələ də İran üçün Hörmüzü bağlı saxlamağa və ABŞ gəmilərini təhdid etməyə imkan verir. Xüsusilə pilotsuz qayıqlar və torpedolar ABŞ gəmilərinə ciddi zərbə endirə bilər". 

“Wall Street Journal” isə bəyan edir ki, ABŞ Yaxın Şərqdə qüvvələrini artırır - Donald Trampın İranla atəşkəsin uzadılması barədə açıqlamasına baxmayaraq, ABŞ ordusu Yaxın Şərqə qoşun yerləşdirməyə davam edir, üçüncü təyyarədaşıyan gəmi və minlərlə elit Amerika əsgəri bölgəyə yaxınlaşır. 

ABŞ rəsmisinin sözlərinə görə, "USS George H.W. Bush" təyyarədaşıyan gəmisi üç esmineslə birlikdə Yaxın Şərqə gedir. Bu, üçüncü təyyarədaşıyan zərbə qrupunun və əlavə 5000 əsgərin bölgədə yerləşdirilməsinə imkan verəcək ki, bu da 2003-cü il İraq müharibəsindən bəri ABŞ dəniz gücünün ən böyük artımını göstərir. 

Ekspertlər hesab edirlər ki, qoşunların yerləşdirilməsi Trampa bu yaxınlarda təhdid etdiyi kimi körpülər və enerji obyektləri kimi mülki infrastrukturun davamlı bombalanması və ya ABŞ qoşunlarının İrana yerləşdirilməsi ilə bağlı hücum əməliyyatı vasitəsilə münaqişəni daha da qızışdırmaq imkanı verir.

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, Trampın İranla bağlı atəşkəs müddətini uzatması təkcə taktiki bir addım olaraq deyil, əslində daha dərin strateji hesablamaların nəticəsi kimi qiymətləndirilməlidir: 

“Bu addım tək bir səbəblə izah olunmur, əksinə, bir neçə paralel faktorun üst-üstə düşməsi nəticəsində formalaşır. Birinci və ən vacib məqam ondan ibarətdir ki, Vaşinqton regionda yeni eskalasiyanın nə dərəcədə geniş nəticələr doğura biləcəyini yaxşı dərk edir. 

Tramp da bilir və 40 günlük müharibədə də gördü ki, İranla istər birbaşa, istərsə də dolayısı ilə, yəni İsrail üzərindən hərbi toqquşma təkcə iki ölkə arasında məhdud qalmır, dərhal Yaxın Şərqin bütün təhlükəsizlik arxitekturasına təsir edir. 

Xüsusilə enerji daşımalarının keçdiyi strateji marşrutlar nəzərə alındıqda, hər hansı genişmiqyaslı qarşıdurma qlobal bazarlarda ciddi şok yaradır. 

Bu səbəbdən atəşkəsin uzadılması ilk növbədə eskalasiyanın idarə olunması vasitəsi kimi çıxış edir. Digər mühüm amil ondan ibarətdir ki, ABŞ daxilində və ümumilikdə qərarverici dairələrdə İranla müharibənin nəticələrinin məhdud ola biləcəyi barədə anlayış getdikcə güclənir. 

Müasir İran modeli klassik dövlətlərarası müharibə ilə asanlıqla məğlub edilə bilən struktur deyil. Əksinə, belə bir qarşıdurma uzunmüddətli, asimmetrik və proksi müharibələrə çevrilmə riski daşıyır. 

Bu isə nə hərbi qələbəni asanlaşdırır, nə də siyasi nəticəni təmin edir. Yəni hərbi əməliyyatlar yenidən başlasa belə, onun tez bir zamanda yekun həllə gətirib çıxarması sual altındadır.” R. Bayramov bu məsələdə iqtisadi və siyasi risklərin nəzərə alınmasının vacibliyini də vurğulayıb: 

“ABŞ üçün Yaxın Şərqdə geniş və uzunmüddətli müharibə yalnız hərbi məsələ deyil, həm də daxili iqtisadi sabitlik və qlobal enerji balansı məsələsidir. 

Neft qiymətlərində kəskin artım, tədarük zəncirlərinin pozulması və inflyasiya təzyiqləri Vaşinqton üçün də ciddi daxili siyasi problemlər yarada bilər. 

Xüsusilə də Tramp üçün olduqca vacib olan Konqresə aralıq seçkiləri ilində bu Tramp və respublikaçılar üçün arzuolunan hal deyil. Bu baxımdan, atəşkəsin uzadılması həm də iqtisadi və siyasi risklərin minimuma endirilməsi funksiyasını daşıyır.

”Ekspert, həmçinin əlavə edib ki, daha bir vacib element isə diplomatik manevr imkanlarıdır: 

“Atəşkəsin saxlanılması tərəflərə vaxt qazandırır və daha sərt şərtlərlə danışıqlara qayıtmaq üçün siyasi mövqe yaradır. Bu, həm ABŞ-nin təzyiq strategiyasının davamıdır, həm də İranla birbaşa toqquşmadan yayınaraq nəticə əldə etməyə yönəlmiş praktik yanaşmadır. 

Ümumilikdə, bu qərar onu göstərir ki, Vaşinqton hazırda idarə olunan gərginlik modelini seçib. Bu modeldə məqsəd münaqişəni tam həll etmək deyil, onun nəzarətdən çıxmasının qarşısını almaqdır. 

Odur ki, atəşkəsin uzadılması ABŞ-nin həm regional riskləri, həm iqtisadi təsirləri, həm də hərbi nəticəsizliyi nəzərə alaraq daha praqmatik və ehtiyatlı yanaşma seçdiyini göstərir.”

Yunis Abdullayev
"Cebheinfo.az"

Açar sözlər: Tramp Rəşad Bayramov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Aprel 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri