Icma.az
close
up
RU
Böyük müharibəyə hazırlıq Xa­qa­ni Cəfərli yazır

Böyük müharibəyə hazırlıq Xa­qa­ni Cəfərli yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xaqani CƏFƏRLİ

Donald Trampın 24 saat ərzində Ukraynada müharibəyə son qoyacağı və bölgəyə sülh gətirəcəyi vədi gerçəkləşmədi. Artıq son açıqlamalarından anlaşılır ki, Ağ ev sahibinin sülhlə bağlı nikbinliyi hər ötən gün azalır. Bu isə əsassız deyil. Sülhün əldə olunması üçün müharibə tərəflərində güzəştcil bir əhval-ruhiyyə yoxdur. Əksinə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlaması göstərir ki, Kreml sülh istəmir. Lavrov bildirib ki, müharibənin hazırkı təmas xətti boyunca dondurulması qeyri-mümkündür. Çünki Kreml hələ də Rusiyanın özünün sərhədlərinə daxil etdiyi Zaporojyi, Luqansk, Donetsk və Herson vilayətlərinin hamısına nəzarət etmir. Qeyd edək ki, hazırda Luqanskın təxminən 98,6, Donetskin 62,6, Zaporojyinin 71,9, Hersonun vilayətinin isə 69,3 faizi Rusiya qoşunlarının nəzarətindədir. Kreml üç illik müharibənin nəticəsində işğal edə bilmədiyi ərazilərin də Rusiyaya verilməsini tələb edir. Rusiyanın digər tələbi Ukraynanın Konstitusiyasında ciddi dəyişiklik edilməsidir. Ukrayna Rusiyanın tələblərini qətiyyətlə rədd edir və işğal altındakı torpaqlarını azad edəcəyini bəyan edir. Ən son rəy sorğusuna görə, Ukrayna xalqının 80 faizi işğal altındakı torpaqlar azad olunana qədər mübarizənin davam etdirilməsini istəyir.

Münaqişənin sülh yolu ilə həllinə çalışan Tramp isə bildirib ki, sülhün əldə olunması üçün Rusiya güzəştə getməli və işğal etdiyi torpaqların bir hissəsini Ukraynaya qaytarmalıdır. Ukraynanın avropalı müttəfiqlərinin mövqeyi isə belədir ki, sülh yalnız üç prinsip əsasında mümkündür. Finlandiya prezidenti Alexander Stubb bəyan edib ki, Ukraynada sülh müstəqilliyin qorunması, NATO və ya Avropa İttifaqına daxil olmaq hüququnun saxlanılması, eləcə də ərazi bütövlüyünün təmin edilməsi şərti ilə mümkündür.

Göründüyü kimi, tərəflərin mövqeləri güzəştlər yolu ilə sülh əldə olunmasına imkan vermir. Bu halda isə müharibənin davam edəcəyi, hətta daha sərt xarakter alacağı etimalı artır. Avropanın böyük dövlətlərinin son qərarları göstərir ki, Trampın Ukraynada sülhə nail olacağına bağlanan ümidlər ölməkdədir. Avropanın aparıcı ölkələrinin liderlərinin açıqlamaları və qərarları göstərir ki, "köhnə qitə"də daha böyük müharibəyə hazırlaşmağın doğru olduğu qənəati möhkəmlənir.  

Avropa Komissiyasının sədri Ursula fon der Leyen raketlərin, pilotsuz uçuş aparatlarının və hava hücumundan müdafiə sistemlərinin istehsalı da daxil olmaqla, əsas silah proqramlarının həyata keçirilməsini təmin etmək üçün yeni maliyyələşdirmə üsulu təklif edib. Fon der Leyen hərbi xərcləri çoxaltmaq və bankları hərbi layihələr üçün kreditləşməni artırmağa təşviq etmək üçün büdcə qaydalarını yumşaltmağı təklif edir. Qeyd edək ki, Avropa İttifaqının maliyyə qaydalarına görə ölkələrin büdcə kəsirləri Ümum Daxili Məhsulun 3 faizindən artıq ola bilməz. Lakin fövqəladə hallar zamanı istisna hallar ola bilər.

Almaniyada son parlament seçkilərinin qalibi olan Xristian Birlik İttifaqının (CDU/CSU) lideri Fridrix Merz hərbi məqsədlər üçün əlavə 200 milyard avro xərcləmək niyyətindədir. Almaniyanın hərbi-sənaye kompleksinin aparıcı şirkəti olan "Rheinmetall" iki mülki zavodun təyinatını dəyişərək silah istehsalı müəssisəsinə çevirməyi planlaşdırır. Bundan başqa, "Rheinmetall" Litvada 155 mm çaplı mərmi istehsal edən zavodun tikintisinə hazırlıq görür. Ukraynada iki silah zavodu inşa edən "Rheinmetall" daha iki zavod inşa etmək niyyətindədir. Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri Almaniyanın ən böyük hərbi şirkəti "Rheinmetall"ın səhmlərinin qiyməti on dəfə artıb. 23 fevral 2022-ci ildə şirkətin bir səhmi 96.8 avro idisə, bu il fevralın 26-da 968 avroya qədər bahalaşıb. "Rheinmetall"la yanaşı, "Renk" və "Hensoldt" şirkətlərinin də səhmləri bahalaşır. Məsələn, "Renk" və "Hensoldt" şirkətlərinin səhmlərinin qiyməti bu ilin əvvəlindən 40-60 faiz artıb. Rusiyanın Ukraynaya hücumundan əvvəl Hensoldt ildə üç ədəd radar istehsal edirdisə, hazırda ildə 15 ədəd istehsal edir və istehsalı 20-25-ə çatdırmaq prosesindədir. Bütövlükdə Avropanın hərbi sənaye sektoruna aid bütün şirkətlərin səhmləri bahalaşır.

Norveç 2025-ci ildə Ukraynaya enerji və sənayenin inkişafı da daxil olmaqla 3.5 milyard avro yardım göstərmək niyyətindədir. Bu barədə Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə Norveçin Baş naziri Yonas Qahr Stör bildirib. Bundan başqa, Norveç Ukraynaya dəstəyi artırmaq üçün Danimarka ilə birlikdə əməkdaşlığı gücləndirəcək. Hərbi xərclərini 70 faiz artırmağı planlaşdıran Danimarka müdafiə xərclərini 7 milyard avroya çatdırmağı planlaşdırır.

Donald Trampın Rusiyaya yönəlik siyasəti Avropanı yeni reallıqla üz-üzə qoyub və "köhnə qitə"də anlayırlar ki, ABŞ-nin hərbi dəstəyinə arxalana bilməzlər. Buna görə Almaniya, Böyük Britaniya başda olmaqla Avropanın əksər dövlətləri hərbi xərclərini artırmağı hədəfləyirlər. Polşa hərbi qüdrətini artırmaq üçün 40 milyard dollar xərcləməyi planlaşdırır. Avropanın siyasi liderləri isə NATO-nu əvəz edəcək müdafiə ittifaqı yaratmalı olacaqlarını da istisna etmirlər. Belə bir fikirlə Almaniyanın yeni kansleri olacaq Fridrix Merz çıxış edib. Merz qeyd edib ki, dəyişikliklər hətta Şimali Atlantika Alyansının iyuna planlaşdırılan sammitindən əvvəl də baş verə bilər. Merz əlavə edib ki, Almaniyada hökumətin formalaşmasından sonra onun "mütləq prioriteti" Avropanı mümkün qədər tez gücləndirmək olacaq. Bunun üçün Merz Fransa və Britaniya liderləri ilə danışıqlar aparmağı planlaşdırır. Bütövlükdə Avropa İttifaqı müdafiə xərclərini artırmaq və 700 milyard avroya çatdıra bilər.

Uzun müddət müdafiə xərclərinin artırılmasına qarşı çıxan avropalı liderlər indi hərbi-sənaye kompleksinə sərmayə qoyuluşunun artması iqtisadi inkişaf sürətin artıra bilər. Bir sıra liderlər hətta Avropa iqtisadiyyatını gözləyən durğunluğun qarşısnı məhz hərbi sənayeyə sərmayələrin artırılması ilə nail oluna biləcəyini iddia edirlər. Buna görə də hərbi xərclərin artırılması təhlükəsizliklə yanaşı, iqtisadi cəhətdən də cəlbedici görünməyə başlayıb. Bu il Avropanın neft və qaz idxalatı xərclərinin 45 milyard avro azalacağı gözlənilir. Ümumilikdə isə 2030-cu ilə qədər Avropanın neft və qaz idxalatı xərclərindən qənaətin 130 milyard avroya yüksələcəyi gözlənilir. Qənaət edilən pullar hərbi sənayenin maliyyələşdirilməsi üçün əlavə mənbə ola bilər. Müdafiə  xərclərinin artırılmasında qərarlı olan avropalı liderlər hərbi sənayeni maliyyələşdirmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankına bənzər yeni bir bankın və ya fondun qurulmasını da istisna etmirlər. Belə görünür ki, daha böyük müharibəyə hazırlıq başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Mart 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri