Icma.az
close
up
RU
Böyük planın pərdəarxası: Avropa belə bölüşdürüləcək

Böyük planın pərdəarxası: Avropa belə bölüşdürüləcək

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Dünya siyasətinin pərdəarxasında müzakirə olunan məsələlərdən biri də Ukrayna müharibəsindən sonra hansı proseslərin baş verəcəyidir. İddialar var ki, Rusiya və ABŞ Ukraynanı böldükdən sonra Avropaya yönələcəklər.

Bildirilir ki, Avropa İttifaqı ölkələri məhz bu səbəbdən Ukraynanı müdafiə etməkdən vaz keçmir.

Bu iddialar reallaşa bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Elmir Səftərovun sözlərinə görə, Donlad Trampın Ukrayna-Rusiya savaşı ilə bağlı sülh təklifinin ilkin görüntüsü deməyə əsas verir ki, ABŞ avropalı müttəfiqlərini kənara çəkib, danışıqlar prosesinə nəzarəti əlinə almaqla, ilk növbədə, öz maraqlarını da təmin etməli və Kiyevin Rusiyaya güzəştə getməli olduğunu düşünür:

“Bu da ABŞ-ın Kiyevə yardım məsələsinə yanaşmasını yenidən formalaşdırdığının göstəricisdir.

ABŞ Kreml ilə sövdələşmə edərək, Volodimir Zelenskini işğaldakı Ukrayna əraziləri üzərində Rusiyanın suverenliyini tanımağa məcbur etməyi də düşünür. Lakin faydalı qazıntı yataqlarının ABŞ-ın nəzarətinə keçməsi Trampı fərqli variantlardan istifadə etməyə sövq edə bilər.

Bu gedişatı anlayan Ukrayna isə ABŞ-la münasibətləri əvvəlki səviyyəyə çatdıraraq, Amerikanın kəsilməz dəstəyini bərpa etmək üçün səy göstərir. Bundan əlavə, Ukrayna 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmağın nə qədər qeyri-real olmasına baxmayaraq, bu istiqamətdə ABŞ-ın da siyasi-hərbi dəstəyini arxasına alaraq Rusiyaya qarşı diplomatik təzyiqləri günümdə saxlamaq niyyətindədir. Amma bu, indiki vaxtda çox uzaq və böyük ambisiyadır və bu gedişat danışıqlar prosesini donduraraq, müharibənin müddətini uzada bilər. Real mənzərə isə ABŞ-ın Ukraynanı Rusiyaya itirdiyi əraziləri qəbullanmağa çağıracağı yönündə cərəyan edir”.

Siyasi şərhçinin fikrincə, Avropanın istəyi Rusiyanın mümkün qədər çox Ukraynanın ələ keçirilən ərazilərindən çıxması yönündədir:

Elmir Səftərov

“Atəşkəs əldə edildikdən sonra isə cəbhə xətti boyunca demilitarizasiya olunmuş bufer zonasına nəzarət edəcək hərbçiləri oraya yerləşdirməkdir. Bu təklifə bütün Avropa ölkələri isti yanaşmasa da, bəzi qüvvələr bunun üçün zəmin hazırlayır. Eyni zamanda, Avropa öz təhlükəsizliyi naminə onilliklərin ən ciddi böhranını yaşayan transatlantik alyansını xilas etməyə çalışır və ABŞ-ın ənənəvi yanaşmasının bərpası üçün yol axtarır. Çünki Avropa İttifaqında, Avropanın və bilavasitə Ukraynanın gələcəyi ilə bağlı danışıqlarda Aİ-dən və Ukraynadan tamamilə yan keçəcəyi ilə bağlı narahatlıqlar artır. Əgər belə davam edərsə, bu məsələdə Avropa İttifaqı siyasi söz sahibliyini itirəcək. Bu da Avropa liderlərinin reputasiyalarının yerlə bir olması anlamına gəlir.

Maraqlı məqamlardan biri də odur ki, son onilliklərdə ABŞ və Avropadakı müttəfiqləri arasında bu qədər ziddiyyət yaranmayıb.

ABŞ-ın bu münaqişəyə neytral yanaşma görüntüsü yaratması Rusiyanın maraqlarına cavab verir. ABŞ bu cür davranmaqla Rusiya-Ukrayna müharibəsindən ən qazanclı tərəf kimi çıxmaq niyyətindədir. Belə ki, əvvəlcə Ukraynaya verdiyi bütün “yardımları” Ukraynanın əmtəə və resurs iqtisadiyyatının əksəriyyətinə tam nəzarəti etməklə və daha artığı ilə kompensasiya edəcək. Beləcə, bütün tərəflərin nələrsə itirməsi fonunda yeganə qalib tərəf ABŞ olacaq. Bu mənada isə Rusiya ilə də anlaşma olduqca zəruridir. Çünki ABŞ faydalı yataqlara nəzarəti əldə etdikdən sonra şirkətlər Ukraynada əməliyyatlara başlamalıdır. Əgər Rusiya ilə kəskin münasibət davam edərsə və savaş bitməzsə, bu, Vladimir Putini yenidən hücum etməyə vadar edə bilər. ABŞ-ın Rusiyaya qarşı ənənəvi yanaşmadan imtina etməsinin əsas səbəblərindən biri də bəzi mineral hövzələrin Ukraynanın şərqində cəbhə xəttinə yaxın və ya Rusiyanın işğal etdiyi ərazilərdə yerləşməsidir. Təbii ki, böyük sanksiyalarla, insan itkisi və xərclərlə əldə edilən torpaqları geri qaytarmaq Moskvanın maraqlarına uyğun deyil. Ona görə də bütün təzyiqlərə rəğmən, Rusiya cüzi güzəştlərə getməklə, irəlilədiyi ərazilərdə qalmağa çalışacaq.

Ukrayna isə bu razılaşma ilə ABŞ-ın böyük yardım paketinə və davamlı dəstəyinə ümid edir ki, Zelenski bununla Trampın imzalanmış müqaviləni müdafiə edəcəyini düşünür”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Fevral 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri