Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Kremli dayandıracaq nöqtə: Böyük planın SON DETALI

Kremli dayandıracaq nöqtə: Böyük planın SON DETALI

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlərdə Qərb mediasında Ukrayna ilə bağlı yayılan məlumatlar göstərir ki, savaşın dinamikası yalnız cəbhə xəttində deyil, kabinetlərdə, qapalı qapılar arxasında da dəyişir.

"Financial Times"-ın yazısı bu dəyişikliyin mühüm konturlarını üzə çıxarır. Nəşr Qərbdə yüksək rütbəli rəsmilərlə apardığı müsahibələrə əsaslanaraq yazır ki, Ukrayna rəsmiləri artıq Qərb liderləri ilə qapalı görüşlərdə atəşkəsə razı olduqlarını açıq şəkildə dilə gətirirlər. Əgər bir-iki il əvvəl bu cür fikirlər "məğlubiyyətçi yanaşma" kimi qəbul olunurdusa, indi artıq bu cür çıxışlar pragmatik və faydalı hesab olunur. Ən ciddi məqam isə budur ki, Rusiya üçün əsas hərbi məqsəd artıq Odessadır. Avropalı yüksək səviyyəli rəsmilərdən biri bunu açıq şəkildə dilə gətirib:

“Vladimir Putin Odessanı tarixi rus şəhəri hesab edir və onun ələ keçirilməsi Rusiya üçün prioritetdir”. 

Ukraynanın çökdürülməsi planı

Məlum olduğu kimi, Odessa Ukraynanın ən böyük liman şəhəridir və Qara dənizə çıxışı təmin edən əsas ticarət qapısıdır. Onun işğalı təkcə simvolik yox, həm də iqtisadi və geosiyasi baxımdan Ukraynanın çökdürülməsi deməkdir. Əvvəllər də "L’AntiDiplomatico" nəşri bu məsələyə toxunaraq qeyd etmişdi ki, Odessanın alınması “xüsusi hərbi əməliyyat”ın simvolik hədəflərindən biridir. Bu şəhərin ələ keçirilməsi Rusiyanın regiondakı təsirini xeyli gücləndirər və eyni zamanda Qərbə mesaj xarakteri daşıyar.

"Financial Times" yazır ki, həm Ukrayna, həm də Rusiya insan və texnika baxımından getdikcə zəifləyir. Lakin fərq ondadır ki, Rusiya indiki intensivliyi hələ bir il saxlaya bilər, Ukrayna üçün isə dönüş nöqtəsi qarşıdakı 6 ayda baş verə bilər, təbii ki, əgər yeni hərbi dəstək gəlməzsə. Bu reallıq fonunda Ukraynanın atəşkəsə marağı başadüşüləndir. Həm cəbhədəki vəziyyətin ağırlaşması, həm də daxilində əhval-ruhiyyənin zəifləməsi Kiyevi yeni ssenariləri nəzərdən keçirməyə vadar edir. Ən vacibi isə odur ki, artıq atəşkəs təşəbbüsləri daxildə də müzakirə olunacaq qədər “adi” hal alıb. Əksər Avropa rəsmiləri Moskvanın atəşkəsə razı olacağına inanmır. Putin üçün bu savaş hələ bitməyib, o, imperiya ambisiyalarını təkcə hərbi deyil, ideoloji səviyyədə də davam etdirmək istəyir.

"Dünyada iki hakim güc var: biri ABŞ, digəri Rusiya" – bu yanaşma hələ də Kreml elitlərində aktuallığını qoruyur.

Bu kontekstdə Odessa hədəfi həm imperiya romantizminin, həm də strateji planların məhsuludur. Rusiya burada təkcə bir şəhəri deyil, bir dövləti – Ukraynanı  "dəmir zərbə ilə" zəiflətmək istəyir. Ukrayna diplomatiyasında atəşkəs çağırışlarının artması və Rusiyanın hələlik buna reaksiyasız qalması göstərir ki, bölgə yeni, daha təhlükəli mərhələyə daxil olur. Odessaya ediləcək mümkün hücum həm regional, həm də qlobal miqyasda yeni təhlükə dalğası doğura bilər. Vəziyyətin bu qədər kəskinləşməsi fonunda Qərbin Ukraynaya yardımı nə qədər gecikərsə, savaş da o qədər təkbaşına və üzücü formada davam edəcək. Bu dəfə Kiyev küçələrində yox, Odessa sahillərində qəti nəticələr doğura biləcək sükut baş qaldıra bilər. 

Ortada ancaq müharibə var

Ukraynalı politoloq Aleksandr Oxrimenko "Cümhuriyət"-ə açıqlamasında bildirib ki, müharibə hazırda çıxılmaz dalana dirənib, amma diqqəti bir məqama yönəltmək lazımdır: 


“Ukrayna silah istehsalını çox ciddi şəkildə artırır. Əvvəllər Ukrayna tamamilə xaricdən gələn silah təchizatından asılı idisə, indi artıq silahların yarısı daxili istehsaldır. Üstəlik, Ukrayna hazırda Amerika və Avropa şirkətləri ilə uğurlu əməkdaşlıq edir və 5-7 il ərzində özünü tamamilə lazım olan silah istehsalı ilə təmin edə biləcək.

Xüsusilə də yeni nəsil silahlarla. Doğrudur, müharibə uzanır, çətindir, amma bu, o demək deyil ki, Ukrayna təslim olmağı və ya Kremlin tələblərinə güzəştə getməyi planlaşdırır. Əksinə, diqqət yetirin ki, Ukrayna Kremlə 30 günlük atəşkəs təklif edib. Kreml bu təklifi rədd edib. Öz növbəsində, Kreml Ukraynaya kapitulyasiya şərtləri irəli sürüb. Ukrayna isə bunu rədd edib. Bütün bəyanatlara baxmayaraq, hazırda Ukrayna ilə Rusiya arasında real danışıqlar aparılmır. Bugünkü vəziyyətdə ortada olan yalnız müharibədir".

Rusiya bataqlığa düşüb

 A. Oxrimenko qeyd edib ki, Rusiyanın Sumi vilayətində uğurlu bir hücum başlamaq ümidi vardı. Lakin bu hücum tam uğursuzluğa düçar oldu:

“Rusiya ordusunun itkiləri olduqca böyükdür, amma irəliləyiş demək olar ki, yoxdur. Nəticə etibarilə, bu yay Kremlin planlaşdırdığı əsas hücum uğursuzluğa uğradı. Kreml bunu çox gözəl anlayır. Bu da bir daha göstərir ki, Rusiya bu mərhələdə fəal hücum əməliyyatları aparmaq gücündə deyil. Bəli, müəyyən uğurlar var, amma bunlar strateji əhəmiyyət daşımır. Çox vaxt irəliləyiş adlandırılan ərazilər onsuz da uzun müddətdir döyüşlərin getdiyi “boz zonalardır””.

Əsas məsələ Trampı inandırmaqdır

Politoloq vurğulayıb ki, hazırda Ukraynanın əsas məqsədi danışıqlar və ya diplomatiya deyil:

“Əsas məqsəd müharibə və silah istehsalıdır. Çünki müharibəni aparmaq üçün mümkün qədər çox silah lazımdır. Bu günə vəziyyət onu göstərir ki, Ukrayna ilk növbədə Trampa ölkəyə yardımın vacibliyini başa salmağa çalışır. Yəni daha çox maliyyə və silah dəstəyi lazımdır. Tramp hələ də düşünür, qərarsızdır. İndi Ukrayna diplomatlarının əsas vəzifəsi onu fikrindən döndərmək və silah yardımı ilə bağlı dəstəyə razı salmaqdır. Ümid hələ də var. Tramp tərəddüddə olsa da, Ukrayna bu arada Avropa ilə əməkdaşlığı daha da gücləndirib. Hazırda Avropadan silah tədarükü dəfələrlə artıb.

Üstəlik, çox effektiv mexanizmlər işə düşüb, məsələn, Norveç, Danimarka kimi ölkələr öz büdcələri hesabına ABŞ-dən silah alır və bu silahları Ukraynaya pulsuz ötürürlər. Bu, Ukrayna üçün olduqca vacib və dəyərli dəstəkdir. Ukrayna bu müharibəni hansısa güzəştlərlə bitirmək fikrində deyil. Məqsəd Rusiyanı zəiflətmək, onu məğlub duruma salmaq və yalnız bundan sonra müharibəni yekunlaşdırmaqdır. Müharibə uzanır. Bir neçə ay əvvəl bəzi dairələrdə “tezliklə hər şey bitəcək” eyforiyası vardı. Amma indi artıq bu sözləri heç kim xatırlamır. Hər kəs aydın şəkildə anlayır ki, müharibə davam edir və hələ uzun müddət davam edəcək. Bu səbəbdən Ukrayna silah istehsalını sürətlə artırır. Xüsusilə pilotsuz uçuş aparatları sahəsində mühüm nəticələr əldə edilib. Məsələn, ən son məlumatlara görə, Ukrayna istehsalı olan bir dron Rusiyanın İjevsk şəhərindəki hərbi müəssisəni məhv edib.

Bu şəhər Ukrayna sərhədindən 1300 kilometr uzaqdadır. Yəni dron bu məsafəni qət edib, hədəfə dəqiq dəyib və orada yanğın baş verib. Ukrayna hazırda uzun məsafələrə uça bilən və güclü zərbələr endirməyə qadir yeni nəsil dronların istehsalını da genişləndirir. Beləliklə, bu mərhələdə müharibəni bitirmək planı yoxdur. Əksinə, daha çox dron, daha çox silah istehsal etmək əsas hədəfdir".

Ruslar suda üzməkdən belə qorxurlar 
Ekspert hesab edir ki, Rusiyanın Odesanı ələ keçirmək istəməsi ilə bağlı səslənən fikirlər tamamilə cəfəngiyatdır:

“Rusiya bunu 2022-ci ildə bacarmadı, halbuki o vaxt imkanları indikindən qat-qat çox idi. O dövrdə Rusiya donanması demək olar ki, Qara dənizdə tam nəzarətə malik idi. İndi isə vəziyyət tam dəyişib: Rusiya Qara dəniz donanmasını gizlətməyə məcburdur, gəmiçilikdən belə çəkinir. Hazırda Qara dəniz faktiki olaraq Ukrayna dronlarının nəzarətindədir. Xüsusilə Ukraynanın dəniz dronları elə təhlükəli silaha çevrilib ki, ruslar suda üzməkdən belə qorxurlar. Bu səbəbdən bu mövzuda yayılan bəyanatlar, jurnalist yazıları sadəcə cəfəngiyat və uydurmalardır. Reallıq budur ki, Rusiyanın Sumi vilayəti istiqamətində başlatdığı hücum belə tamamilə uğursuzluqla nəticələnib. Onların cəmi bir neçə kəndi ələ keçirməsi müharibə sayıla bilməz, bu, sadəcə lokal hərəkətlərdir, heç bir ciddi strateji əhəmiyyət daşımır. Amma Ukraynaya daha çox silah lazımdır ki, Rusiya faşistlərini Ukrayna ərazisindən tamamilə çıxaraq.

Görünən budur ki, yaxın müddətdə Ukraynanın əsas hədəfi silah istehsalını artırmaq olacaq. Paralel olaraq, düşmənin tükəndirilməsi strategiyası davam etdiriləcək. Çünki Rusiyanın itkiləri həqiqətən də ağırdır. Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, bu günə qədər itkilər 1,5 milyon nəfərdir. Ukrayna bu rəqəmi 1 milyon olaraq göstərir. Maraqlıdır ki, ruslar bu sayın içərisinə itkin düşənləri də daxil edirlər. Bugünkü reallıq ondan ibarətdir ki, nə müharibəni bitirmək, nə də Kremlə hansısa güzəştə getmək üçün əsaslı səbəb var. Əksinə, əgər güzəştə gedəsi tərəf varsa, bu yalnız Kremlin özü ola bilər. Ukrayna isə mübarizəni davam etdirməyə hazırdır". 

Səbinə Uğur
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 İyul 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri