Icma.az
close
up
RU
Böyük potensial və əməkdaşlıq

Böyük potensial və əməkdaşlıq

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycan–Kamboca münasibətlərində qarşıdakı dövr üçün ən böyük potensial məhz iqtisadi əməkdaşlıqla bağlıdır. Ticarət və investisiya əməkdaşlığının praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması bu istiqamətdə konkret mexanizmin formalaşdırılması baxımından mühüm addımdır. Eyni zamanda, Azərbaycan və Kamboca şirkətlərinin iştirakı ilə keçirilən biznes forumlarının əsas məqsədlərindən biri qarşılıqlı imkanların, investisiya prioritetlərinin və əməkdaşlıq istiqamətlərinin daha yaxşı öyrənilməsidir. Sənaye sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm və təhsil əməkdaşlığının genişləndirilməsi də iki ölkənin iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün perspektivli istiqamətlərdir.

Azərbaycanın son illərdə formalaşdırdığı innovativ dövlət idarəçiliyi təcrübəsi də ikitərəfli əməkdaşlığın yeni istiqamətlərindən biridir. Xüsusilə “ASAN xidmət” modeli Kambocanın maraq göstərdiyi sahələrdən biridir. “ASAN xidmət” sisteminin səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində yüksək müsbət qiymətləndirmə qazanmış model kimi digər ölkələrdə də maraq doğurması Azərbaycanın institusional təcrübəsinin beynəlxalq səviyyədə paylaşılması baxımından əhəmiyyətlidir.
Azərbaycan–Kamboca münasibətlərinin mühüm istiqamətlərindən biri də parlamentlərarası əməkdaşlıqdır. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsi siyasi dialoqun inkişafına əlavə imkan yaradır. Kambocanın dəstəyi ilə Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında (AİPA) müşahidəçi statusu əldə edib. Bu, Azərbaycanın Cənub-Şərqi Asiyaya və bütövlükdə Asiya məkanına artan marağının göstəricilərindən biridir. Bu əməkdaşlıq Azərbaycanın Asiya ölkələri ilə əlaqələrini yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də regional və parlament diplomatiyası müstəvisində genişləndirməsinə imkan verir.
İki ölkə arasında əməkdaşlığın xüsusi istiqamətlərindən biri mina təhlükəsi ilə mübarizədir. Həm Azərbaycan, həm də Kamboca mina probleminin ağır nəticələrindən əziyyət çəkmiş ölkələrdir. Buna görə də təcrübə və bilik mübadiləsi, mütəxəssislərin hazırlanması və praktiki təlimlərin keçirilməsi bu sahədə mühüm əməkdaşlıq imkanları yaradır.
Azərbaycan və Kambocanı yaxınlaşdıran digər mühüm məqam sülh və təhlükəsizliyə yanaşmadır. Hər iki ölkə sülhü və təhlükəsizliyi davamlı inkişafın əsas şərtlərindən biri hesab edir. Bu yanaşmanın təməlində beynəlxalq hüquq, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət dayanır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri, “Böyük Qayıdış” proqramının icrası ölkənin postmünaqişə inkişaf gündəliyinin əsas istiqamətlərindəndir. Artıq həmin ərazilərdə insanların yaşaması və çalışması bu prosesin praktik nəticələrinin formalaşdığını göstərir. Bu təcrübə də Azərbaycanla Kamboca arasında qarşılıqlı maraq doğuran mövzulardan biri ola bilər.
Azərbaycan–Kamboca münasibətləri bu gün yeni mərhələyə qədəm qoyur. Mövcud siyasi dialoq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək münasibətlərin möhkəm təməlini formalaşdırır. Qarşıdakı mərhələdə isə əsas məsələ bu siyasi əlaqələri ticarətə, investisiyaya, təhsilə, turizmə, nəqliyyata, rəqəmsal transformasiyaya və humanitar əməkdaşlığa çevirməkdir.
Əslində, Azərbaycan və Kamboca arasında məsafə böyük olsa da, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, münasibətlərin inkişafı üçün imkanlar çoxdur. İndi əsas vəzifə bu imkanları konkret layihələrə və nəticələrə çevirməkdir.
Azərbaycan–Kamboca münasibətlərinin gələcəyi yalnız diplomatik əlaqələrin inkişafında deyil, iki ölkənin xalqlarını və iqtisadiyyatlarını daha sıx birləşdirən real əməkdaşlıq körpülərinin qurulmasındadır.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see882

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see321

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see313

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see306

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see293

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see269

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see256

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see223

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see220

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see203

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see203

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see200

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see199

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see199

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see198

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see193

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see186

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see184

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri