Icma.az
close
up
RU
Böyük Qayıdış: ardıcıl və uğurla həyata keçirilən milli proqram

Böyük Qayıdış: ardıcıl və uğurla həyata keçirilən milli proqram

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu günlərdə Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınıb. Köçürülən ailələr indiyədək ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar. İlk mərhələdə Xocalı rayonunun Xanyurdu kəndinə 33 ailə - 122 nəfər, Təzəbinə kəndinə isə 28 ailə, 125 nəfər köçürülüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Millət vəkili Anar İsgəndərovun sözlərinə görə, Xocalı rayonunun Xan yurdu və Təzəbinə kəndlərinə ilk köçün həyata keçirilməsi Azərbaycan dövlətçiliyi, xalqımızın milli iradəsi və Böyük Qayıdış strategiyası baxımından olduqca mühüm və simvolik əhəmiyyət daşıyır. Bu gün biz yalnız bir köç prosesindən danışmırıq - bu, bütöv bir xalqın 30 illik həsrətinə son qoyması, tarixi ədalətin, ərazi bütövlüyünün və milli ləyaqətin bərpasıdır. Onun sözlərinə görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma işləri nəticəsində Xocalının kəndləri müasir infrastruktur, təhlükəsizlik və sosial təminat baxımından ən yüksək standartlara uyğun şəkildə yenidən qurulub. Bugünkü reallıq onu göstərir ki, Böyük Qayıdış sadəcə şüar deyil, sistemli və strateji əsaslara söykənən, mərhələli şəkildə həyata keçirilən milli proqramdır: "Xocalının özəlliyi həm də ondadır ki, bu rayon 1992-ci ildə insanlıq tarixinə qanlı Xocalı faciəsi ilə yazılmışdı. Xocalı təkcə bir coğrafi məkan deyil, həm də milli yaddaşımızın, şəhidlərimizin xatirəsinin yaşadığı bir rəmzdir. Bu gün isə həmin Xocalıya həyat qayıdır. Bu, şəhidlərimizin ruhuna ehtiram, sağ qalanlara isə haqq etdikləri qürur və təhlükəsizlik hissinin bəxş olunmasıdır. Xan yurdu və Təzəbinə kəndlərinə ilk sakinlərin köçürülməsi, regionda sabitliyin və sosial həyatın yenidən qurulması baxımından strateji bir addımdır. Bu köç təkcə keçmişə dönüş deyil, həm də gələcəyə doğru inamlı bir addımdır. Azərbaycanın Qarabağ siyasəti artıq beynəlxalq miqyasda öz legitimliyini sübut etmiş, işğal sonrası dövrdə sülh və quruculuqla bağlı nümunəvi model təqdim etmişdir. Bu gün bizim qarşısında dayandığımız vəzifə sadəcə torpaqlara fiziki qayıdış deyil, bu torpaqlarda dayanıqlı inkişaf, vətəndaş rifahı və humanitar stabilliyin təminidir. Dövlətimiz tərəfindən Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən layihələr - yeni məktəblərin, tibb ocaqlarının, yolların, enerji və su təchizatının qurulması - bütün dünyaya göstərir ki, Azərbaycan öz vətəndaşının təhlükəsiz və layiqli həyatını təmin etməyə qadirdir. Bu tarixi prosesin bir hissəsi olmaq, xalqın etimadını daşıyan millət vəkili kimi bu dönüşün şahidi olmaq mənim üçün qürurvericidir. Qarabağ Azərbaycandır - bu sözlər artıq təkcə siyasi bəyanat deyil, reallığa çevrilmiş, icra olunmuş milli hədəfdir. Xocalının dirçəlməsi, Xan yurdu və Təzəbinə kimi kəndlərə həyatın qayıtması ilə Böyük Qayıdış davam edir və bu dönüş hər bir azərbaycanlının qəlbində və ruhunda əbədi yaşayacaq".

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Vətən müharibəsinə qədər Azərbaycan dövləti Böyük Qayıdış adlı çox ciddi və strateji bir proqram hazırlamışdı. Bu proqramda torpaqlarımızın işğaldan azad olunmasından sonra atılacaq addımlar, həyata keçiriləcək tədbirlər, bərpa və yenidənqurma işləri dəqiq şəkildə planlaşdırılmışdı. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən dərhal sonra həmin proqram əsasında praktiki tədbirlər həyata keçirilməyə başlandı. Böyük Qayıdış Azərbaycan dövlətinin, xüsusilə də Prezident İlham Əliyevin uzaqgörənliyini, strateji planlama qabiliyyətini və milli məsuliyyətini bir daha nümayiş etdirdi: "Hazırlanan plan sadəcə siyasi və texniki sənəd deyil, həm də xalqın illərlə gözlədiyi qayıdış arzusunun reallaşması üçün real yol xəritəsi idi. Həmin proqram çərçivəsində resursların düzgün hesablanması, mərhələli şəkildə infrastrukturun qurulması və təhlükəsizliyin təmin edilməsi nəzərdə tutulmuşdu. Nəticədə, qısa bir zaman ərzində ilk olaraq Zəngilanın Ağalı kəndinə, daha sonra isə digər yaşayış məntəqələrinə mərhələli şəkildə əhalinin qayıdışı başladı. Görünən odur ki, əvvəlcə təhlükəsizlik məsələləri həll olunub, minalardan təmizləmə işləri aparılıb, daha sonra isə yollar, enerji xətləri, su və kommunikasiya infrastrukturu bərpa olunub. Bu proses paralel şəkildə aparılaraq, müasir standartlara cavab verən yaşayış evləri inşa edilib və qayıdan vətəndaşların məşğulluq məsələsi də dövlət tərəfindən həll olunub. Bir sözlə, vaxtilə işğal altında olan, viran qoyulan torpaqlarda bu gün həyat yenidən canlanır, insan nəfəsi, uşaq səsi, işıq və ümid qayıdır. Bu, Prezidentin rəhbərliyi ilə Azərbaycan dövlətinin xalqı qarşısında gördüyü tarixi və möhtəşəm işlərdən biridir. Bu həm də Azərbaycan xalqının qətiyyətinin, milli birliyinin və zəfər iradəsinin rəmzidir. Bu hadisələr ölkəmizin müasir tarixində yeni, şərəfli bir səhifə kimi əbədi olaraq yadda qalacaq. Bu gün artıq yüzlərlə vətəndaşımız öz doğma yurdlarına qayıdır. Biz o yerlərdə yenidən toyların çalındığını, körpələrin dünyaya gəldiyini, həyatın əvvəlki ritmini bərpa etdiyini və hətta digər bölgələrdə yaşayan soydaşlarımızın da həmin ərazilərə köçmək, orada yaşamaq arzusunda olduqlarını görəcəyik. Artıq Xocalı rayonunun daha iki kəndinə köçürülmə prosesi başlayıb. Əvvəlcədən hazırlanan və təsdiqlənən siyahılar əsasında ailələr öz doğma torpaqlarına dönür, orada məskunlaşırlar. Bu proses sadəcə fiziki bir köç deyil, həm də mənəvi qayıdış, köklərə bağlanma, torpaqla ruhun birləşməsidir. Bu gün dünya ictimaiyyəti Azərbaycanın öz torpağına sahib çıxmasının, vətəndaşının rifahı üçün ardıcıl və məqsədyönlü siyasət yürütməsinin canlı şahididir. Yaradılan şərait bir daha göstərir ki, Azərbaycan dövləti təkcə azadlıq uğrunda deyil, həm də quruculuq və inkişaf yolunda da nə qədər güclü, məqsədli və xalqına bağlıdır. Ən önəmlisi isə odur ki, bütün bu işlər dövlətin tam maliyyə dəstəyi ilə həyata keçirilir - vətəndaş yalnızca evinə qayıdır, öz torpağında xoşbəxt və təhlükəsiz yaşamaq üçün hazır şəraitlə təmin olunur. Bu, sadəcə bir proqramın uğuru deyil - bu, milli birliyin, dövlət-xalq həmrəyliyinin, zəfərdən bərpaya, dağıntıdan inkişafa gedən yolun parlaq nümunəsidir".

Xocalı rayonu Təzəbinə kəndinə köçürülən sakin Sadiq Nurməmmədov deyib ki, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtması şəhidlərin qanı bahasına başa gəlib. S.Nurməmmədov qeyd edib ki, çox qürurlu və sevincli bir hisslər yaşayır: "Bu sevincli anları bizə yaşadan, başda Ali Baş Komandan olmaqla hər bir kəsə dərin təşəkkürümüzü ifadə edir, bu yolda canından keçən şəhidlərimizi hörmətlə anırıq. Mən bir Xocalı sakini kimi, şəhid analarının əllərindən öpürəm. Şəhidlərimizin ruhundan halallıq istəyirəm. Çünki onların qanı bahasına biz bu torpaqlarda yaşayırıq. Bu günlərimizi və gələcəyimizi onlara borcluyuq".

Xocalı rayonu Xanyurdu kənd sakini Ziya Cabbarov bildirib ki, şəhidlərin qanı dəyən torpaqlarımız ora köçən sakinlərin əməyi nəticəsində çiçəklənəcək: "Bu sevincli günləri bizə yaşatdıqlarına görə şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Heç zaman ümidimizi itirməmişdik. İnanırdıq ki, bu gün gələcək. Biz xoşbəxt nəsilik ki, bu anları yaşamağın şahidi oluruq. Biz bu gün Xanyurduna dönürük. Biz şəhid qanı dəyən o torpaqlarımızı böyük hörmət duyaraq çiçəkləndirəcəyik".

Kənd sakini Sitarə Abbasova arzu edib ki, Xocalıda 1992-ci ildə yaşananlar bir daha olmasın: "Kəndimizdən altı nəfərlə çıxmışdıq, indi isə altı ailə ilə geri döndük. Gedəndə necə çətinliklə, acı göz yaşıyla getdik. Bir addım irəlidə bizi nə gözlədiyindən xəbərsiz evimizdən çıxdıq. Sağ çıxma şansımız demək olar ki, yox idi. Çox xoşbəxtik ki, artıq hər şey geridə qaldı. Şükür ki, bu gün öz doğma yurdumuza dönməyin də sevinc göz yaşlarını Allah bizə nəsib elədi. Gələcək övladlarımız bir daha bizim yaşadıqlarımızı yaşamasınlar".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://525.az
archiveBu xəbər 23 İyul 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri