Icma.az
close
up
RU
Böyük Qayıdış: uğurla həyata keçirilən nəhəng layihələr

Böyük Qayıdış: uğurla həyata keçirilən nəhəng layihələr

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, Cəbrayıl şəhərinə növbəti köç prosesi gerçəkləşdi. 42 ailə olmaqla, 205 nəfər sözügedən şəhərə köçürüldü. Köçürülən ailələrin Cəbrayıl şəhərində Prezidentin göstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, Böyük Qayıdışın əsas komponentlərindən olan dayanıqlı məskunlaşmanın təmin edilməsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsilalanlar da daxil olmaqla, həmin ərazilərdə hazırda 40 minə yaxın insan yaşayır və fəaliyyət göstərir.

Millət vəkili Azər Badamov deyir ki, işğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında 2022-2026-cı illərdə görüləcək işlərin miqyası müəyyənləşib və 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkünün öz doğma yurdlarına qaytarılması nəzərdə tutulub. Torpaqlarımızı işğaldan azad etdiyimiz son bir neçə ildə bu ərazilərin yenidən qurulması və bərpası ilə bağlı böyük layihələr icra olunur. 180 min hektardan çox ərazilər minalardan təmizlənib, iki Beynəlxalq Hava Limanı istifadəyə verilib, üçüncü hava limanının tikintisi sürətlə davam etdirilməkdədir. Avtomobil və dəmir yolları şəbəkəsinin yenidən qurulması prosesi sürətlə davam etdirilməkdədir. Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən 2024-cü ilin sonuna qədər işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələri bərpa edilərək, yenidən qurularaq 10 mindən çox keçmiş məcburi köçkün öz doğma yurdlarına qaytarılıb.

2026-cı ilin sonuna qədər Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında 100-dən çox yaşayış məntəqəsinin yenidən qurulması və bərpası başa çatacaqdır: "Təbii ki, keçmiş məcburi köçkünlərin qayıtdığı hər bir yaşayış məntəqəsi hər bir infrastrukturla təmin edilir və 30 il əziyyətli köçkün həyatı yaşamış insanların firavan həyatlarına davam etdirilməsinə şərait yaradılır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında işlə təmin olunması və məşğulluq mövzularının həll olunması da qarşıda dayanan məsələlərdəndir. Bu baxımdan Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası", Zəngilanda "Dost Aqropark" və s. müəsissələrin fəaliyyətə başlaması həm məşğulluq məsələlərin həll olunmasına, həm də işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının ölkə iqtisadiyyatına reinteqrasiya olunmasına yol açır. Bu gün işğaldan azad olunmuş ərazilər sanki bir tikinti meydançasına çevrilib. Başa çatan hər bir infrstruktur və digər layihələr ermənilərin 30 ildə viran qoyub darmadağın etdiyi ərazilərin cənnətə çevrilməsinə yol açır. Məsələn, Cənubi Qafqazın Xirosiması adlandırılan Ağdam şəhəri xarabalıqlar üzərində yenidən qurulur. Prezidentin tapşırığı ilə Ağdamda 100 minlik müasir yeni bir şəhər salınır. Dövlət başçımızın Ağdama səfəri çərçivəsində açılışı edilmiş, təməllərini qoyulan və tikintisi davam etdirlən layihələr müasir bir Ağdam şəhərinin meydana gəlməsinin göstəricisidir. O cümlədən Xocalının Ballıca kəndi sakinlərinin öz doğma yurdlarına qayıdışın sevincini yaşamaları və dövlət başçımızın onlarla səmimi görüşü hər bir azərbaycanlıya qürur yaşadır. Bütün bu işləri dövlətimizin öz gücü ilə icra olunması Prezident İlham Əliyevin apardığı uğurlu və uzaqgörən siyasətin göstəricisidir".

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, dövlətimiz hər zaman torpaqlarımızı işğaldan azad edəcəyini və həmin ərazilərdə həyatın qayıdacağını birmənalı şəkildə elan edirdi: "Hələ çox illər əvvəl torpaqlarımız işğalda olanda Böyük Qayıdış planı hazırlanmışdır. Harada nə kimi işlərin görüləcəyi, insanların ata ocağına qayıtması üçün konkret planlar qurulmuşdur. Düzdür, torpaqlar işğaldan azad edildikdən sonra işğalın nəticələrinin gözlədiyimizdən qat-qat ağır olduğunu gördük. Bütün yaşayış fondu dağıdılmış, təbiətə zərər vurulmuşdu. Torpaqlarımız minalanmışdı. Lakin buna baxmayaraq, qısa zamanda çox böyük qlobal işlər görüldü. Torpaqlarımız minalardan təmizləndi. Hər şey bərpa edilməyə başladı, 700 kilometrdən çox yollar çəkildi. 70 kilometrə qədər tunel qazılır. Nəinki sadəcə bərpa, ağıllı kənd və şəhər prinsipi ilə müasir yaşayış komplekslərinin salınması, təhsil, səhiyyənin yüksək səviyyədə qurulması üçün böyük işlər görüldü. Bunun nəticəsidir ki, 10-dan çox yaşayış məntəqəsində xüsusilə də Şuşada və Xocalıda yaşayış təmin edildi. İnsanların mənzillə yanaşı, eyni zamanda işlə təminatı da çox ciddi sürətdə diqqətdə saxlandı. Mənzillər insanlara dövlət hesabına pulsuz verildi. Onların təhlükəsizliyi qorunur və öz torpaqlarına bağlılığının real həyatda təsdiqlənməsi üçün böyük işlər görüldü. Bütün bu məsələlər cənab Prezidentin diqqətindədir. Onun tez-tez işğaldan azad olunan ərazilərimizə səfər etməsi bunun parlaq göstəricisidir. Bu günlərdə Prezidentin Ağdam şəhərində görülən işlərlə tanışlığı göstərdi ki, çox böyük layihə həyata keçirilir. Elə bu il təkcə Ağdam şəhərinə 10 min insan qayıdacaq. Gələn il isə 20 min insanın qayıdacağı gözlənilir. Perspektivdə isə Ağdam gələcəkdə əhali sayına görə ölkənin dördüncü şəhərinə çevriləcək və 100 mindən çox insan orada yaşayacaq. Bütün bunlar Azərbaycan dövlətinin imkanları hesabına həyata keçirilir".

Millət vəkili Nigar Məmmədova bildirir ki, işğaldan azad edilən ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biri kimi müəyyən olunub. Otuz ilə yaxın işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramı uğurla icra olunur. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Ağdam, Əsgəran, Xankəndi və Xocalıya səfəri zamanı gördüyümüz mənzərə bunu bir daha təsdiqlədi. Prezident İlham Əliyev bu ərazilərdə yeni infrastruktur layihələrinin təməlini qoydu. Eyni zamanda, dövlətimizin başçısı Xocalıda Ballıca kəndində sakinlərlə görüşdü və bir daha bəyan etdi ki, "Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur". Prezidentin yerli əhali ilə səmimi görüşü, sakinlərin qonağı olması xüsusi əhvali-ruhiyyə yaratmaqla yanaşı, həm də keçmiş məcburi köçkünlərə mənəvi dəstəkdir.

Millət vəkili qeyd edib ki, bütün keçmiş məcburi köçkün soydaşlarımız işğalın, müharibənin ağır nəticələrindən əziyyət çəkib. Amma dəhşətli soyqırımına məruz qalan Xocalı sakinlərinin əziyyətini dövlətimizin başçısı xüsusi vurğulayaraq dedi: "Bütün azad edilmiş ərazilərimiz kimi, Xocalını azad etmək də hər zaman gündəlikdə duran məsələ olub". 2023-cü il antiterror tədbirlərindən sonra azad olunan Xocalıda bu gün sürətli bərpa-quruculuq işləri aparılır. İşğaldan sonra artıq bərpa olunan 10-cu yaşayış məntəqəsi kimi Ballıca kəndinə də yeni həyat qayıdıb. Burada 460 keçmiş köçkün yerləşib, 137 ev bərpa edilib və əlavə təqribən 60-a yaxın ev də bərpa olunacaq: "Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşamaları üçün dövlətimiz tərəfindən genişmiqyaslı tədbirlər görülür. Dövlətimizin başçısının da bəyan etdiyi kimi, təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə 40 minə yaxın insan yaşayır və fəaliyyət göstərir. 2025-ci ilin sonuna qədər daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qayıdacaq, beləliklə 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaq".

N.Məmmədova vurğulayıb ki, irimiqyaslı infrastruktur layihələri azad olunan əraziləri regionun ən inkişaf etmiş bölgəsinə çevirməkdədir. Azad olunan ərazilərə qayıdan insanların məşğulluğunun təmin edilməsi də əsas prioritetlərdən biridir. Yaşayış kompleksləri ilə yanaşı, istifadəyə verilən və yeni inşa olunan sosial obyektlər həm də yeni iş yerləridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Xankəndiyə səfəri zamanı burada fəaliyyət göstərən və mütləq əksəriyyəti qadınlardan ibarət olmaqla 200-dən çox işçinin çalışdığı tikiş fabriki ilə tanış oldu. Yeri gəlmişkən, Xankəndidə, eyni zamanda, mütəmadi olaraq peşə hazırlığı kursları da təşkil edilir. Kursları uğurla başa vuran şəxslər isə fabrikdə işlə təmin olunur. Ümumilikdə isə burada 800 iş yerinin yaradılması nəzərdə tutulur: "Bir sözlə, burada həyata keçirilən bütün tədbirlər öz doğma yurduna qayıdan soydaşlarımızın layiqli həyat şəraitini təmin etməkdədir. Uğurla həyata keçirilən Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. İllər boyu vətən həsrəti ilə yaşayan soydaşlarımızın, onların övladlarının öz doğma yurduna dönməsi, burada həyata davam etməsi, qurub-yaratması əvəzedilməz hissdir".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Mart 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see261

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see228

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see189

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see180

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see168

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see161

Bəşər Əsəd Moskva küçələrində VİDEO

21 İyul 2025 21:57see160

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see159

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see145

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see141

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see140

Saul Niqes Trabzonspor a keçmək imtina etdi Özündən küssün

21 İyul 2025 20:07see138

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see138

Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin

21 İyul 2025 19:48see136

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see136

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see134

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see132

Sergey Markov Azərbaycana görə Rusiyada təhdid olundu

21 İyul 2025 22:03see121

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see120

Yeni soyutma texnologiyası: Sərinkeş və kondisionerlərə artıq ehtiyac yoxdur

22 İyul 2025 02:25see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri