Icma.az
close
up
RU
Böyük Qayıdış dayanıqlı məskunlaşma və inkişafı hədəfləyir ŞƏRH EDİLDİ

Böyük Qayıdış dayanıqlı məskunlaşma və inkişafı hədəfləyir ŞƏRH EDİLDİ

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Böyük Qayıdış proqramı post-münaqişə dövründə dövlətin qarşısında duran ən mühüm strateji vəzifələrdən biridir. Bu təşəbbüs yalnız keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək məqsədi daşımır, eyni zamanda azad edilmiş ərazilərin sosial-iqtisadi baxımdan yenidən dirçəldilməsi, regionun uzunmüddətli və dayanıqlı inkişaf modelinin formalaşdırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir".Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.Onun sözlərinə görə, son dövrdə həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, müasir infrastrukturun – yolların, elektrik və su xətlərinin, yaşayış komplekslərinin, məktəb və tibb müəssisələrinin inşası Böyük Qayıdışın planlı və sistemli şəkildə həyata keçirildiyini göstərir: "Bu yanaşma ondan xəbər verir ki, köç prosesi yalnız fiziki qayıdış kimi deyil, həm də insanların təhlükəsiz, rahat və sosial təminatlı mühitdə yaşaması prinsipi üzərində qurulub. Köçün mərhələli şəkildə həyata keçirilməsi də siyasi və sosial baxımdan düzgün strategiya hesab olunur. Çünki dayanıqlı məskunlaşma üçün əsas şərtlərdən biri məşğulluq imkanlarının yaradılması, iqtisadi fəaliyyətin bərpası və yerli iqtisadiyyatın formalaşdırılmasıdır. Kənd təsərrüfatı, xidmət sektoru, turizm və kiçik sahibkarlığın inkişafı bölgəyə qayıdan əhalinin uzunmüddətli perspektivdə həmin ərazilərdə qalmasını stimullaşdıran əsas amillərdən biridir. Bununla yanaşı, Böyük Qayıdış prosesinin sosial-psixoloji tərəfi də xüsusi diqqət tələb edir. Uzun illər məcburi köçkün həyatı yaşamış insanların yeni mühitə adaptasiyası, icma münasibətlərinin bərpası və sosial inteqrasiya məsələləri bu siyasətin humanitar ölçüsünü təşkil edir. Dövlət tərəfindən sosial dəstək mexanizmlərinin tətbiqi bu baxımdan mühüm rol oynayır. Geosiyasi müstəvidə isə Böyük Qayıdış regionda uzunmüddətli sabitliyin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Ərazilərin bərpası və əhalinin geri qayıtması dövlət suverenliyinin möhkəmləndirilməsi ilə yanaşı, post-münaqişə reallıqlarının dayanıqlı idarə olunmasına xidmət edir. Bu proses həm də regionun iqtisadi potensialının reallaşdırılmasına və yeni nəqliyyat-logistika imkanlarının formalaşmasına şərait yaradır.Ümumilikdə, Böyük Qayıdış yalnız demoqrafik və sosial layihə deyil, eyni zamanda siyasi, iqtisadi və təhlükəsizlik komponentlərini özündə birləşdirən kompleks dövlət strategiyasıdır. Proqramın uğuru bərpa işlərinin keyfiyyətindən, iqtisadi imkanların genişləndirilməsindən və köçürülən əhalinin həmin ərazilərdə uzunmüddətli məskunlaşmasının təmin olunmasından birbaşa asılıdır".

Müəllif: Ziya Hikmətoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Fevral 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri