Icma.az
close
up
RU
BÖYÜK SİYASƏTİN BÖYÜK FƏSADLARI... Qəvami Sadıqbəyli yazır

BÖYÜK SİYASƏTİN BÖYÜK FƏSADLARI... Qəvami Sadıqbəyli yazır

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

3 il əvvəl, 24  fevral  2022-ci il  tarixində Rusiya  müstəqil Ukraynaya  qarşı təcavüzkar  müharibəyə başladı.Əslində Rusiyanın Ukraynaya qarşı  müharibəsi  2014-ci ildən başlamışdı. Lakin Moskva bunu inkar edir; müharibə aparanların guya  yerli  ukraynalıların  rejimə  qarşı  özünümüdafiə dəstələrinin  etirazı kimi  qələmə verirdi.
Rusiyanın bu siyasəti  biz  azərbaycanlılara  çox  yaxşı  məlumdur. Rusiya  Azərbaycana  qarşı müharibəyə çoxdan - 1804 -cü ildən  Gəncəni işğal  edəndən  başlayıb. İmperialist  rusiya  siyasətçiləri 1828 -ci ildən  "Türkmənşay" müqaviləsindən  sonra  İran  və  Türkiyə  ərazisində  yaşayan  erməniləri Azərbaycanın  münbüt  torpaqlarına: Naxçıvan , İrəvan və Qarabağ  bölğəsinə  köçürdülər.
Bundan sonra  ermənilər  vasitəsiylə  azərbaycanlılara  qarşı divan  tutmağa  başladılar. Qarabağ ermənilərinin  "özünümüdafiə"  qüvvələrinin Azərbaycan  türklərinə  qarşı  1828- ci ildən başlayan təcavüzü 20  sentyabr 2023-cü  ilə  qədər  davam etdi.

2020 - ci  ildə  siyasi  mövqeyindən  asılı  olmayaraq [ iqtidar , müxalifət , Milli Ordu , DİN , DTX ,  KİV, QHT və  s.] birləşdi  və 27  sentyabr  2020 -ci ildə  düşmənlərə qarşı  Böyük Vətən  savaşına qalxdı.
Bu  savaş  2023- ilin sentyabrın  20-də Azərbaycan  xalqının və  dövlətinin tam qələbəsi ilə  nəticələndi.
Lakin  Rusiyanın  şovinist , imperiapərəst  siyasətçiləri  Azərbaycanın  bu  möhtəşəm  QƏLƏBƏSİNİ  hələ də  həzm  edə  bilmirlər. Hər  fürsətdə  dövlətimizə  və  xalqımıza  qarşı  çirkin hərəkətlərini  davam etdirirlər.
25  dekabr 2024-il tarixində  Azərbaycan  dövlətinə  məxsus  mülki  təyyəramizi  vurdular. Onlarla  dinc insanımızı  öldürdülər. Baş  vermiş  hadisəyə  görə  üzr istəyib , zərərçəkən  insanlarımızın  ailələrinə təzminat  ödəmək  əvəzinə ;  min  bir  bəhanə ilə  bizi  borclu  çıxartmağa  çalışırlar.
Belə  ki: 
- Kremlə  bağlı  erməni - rus    siyasətçilər  və  KİV-nin  nümayəndələri  azərbaycana  qarşı  qarayaxma  kompaniyası  aparırlar.
- Rəsmi  Moskva  miqrantlara  qarşı  "qanunlar" qəbul  edir ;  dinc  insanlarl , o  cümlədən  azərbaycsnlıları  təqib  edir , onların  həyatını  cəhənnəmə  çevirirlər.
İnsan haqlarını  kobud  surətdə  pozduğuna görə heç bir dövlət Rusiyaya qarşı ciddi addımlar atmır.
Əksinə , Donald  Tramp  kimi  siyasətini  ticari  maraqlar  üzərində  quran  ABŞ  prezidenti  Rusiyanın xeyrinə  olan  bəyanatlar verir:
1. Donald  Tramp  Ukraynanı borclu  çıxarır; 
2. Kanadaya , Qrelandiyaya  göz  dikməklə  əslində  Rusiyanın  başqa  dövlətlərə  qarşı  təcavüzünə  haqq qazandırır.

3. Belə  vəziyyətdə Ukraynanı  müdafiə  etmək  istəyən  Avropa  dövlətlərini çətin  duruma  salır.
4. Yaxın Şərqdə 70  min dinc  fələstinli  öldürülür. Qalanları  isə  öz  yurdlarından - Qəzzadan  zorla  köçürülmə  təhlükısi  ilə  üzləşir. 
Bütün  bu  reallıqlar  göstərir  ki , BÖYÜK  SİYASƏTİN  BÖYÜK  FƏSADLARI  QAÇILMAZDIR.
Hesab edirik ki, öz xalqını  normal və dinc  şəraitdə  yaşatmaq  istəyən dövlət rəhbərləri  siyasi  addım atmazdan  əvvəl   dəfələrlə  düşünməlidir :
- Ölkə  daxilində   dərin kök salmış Rusiya casus şəbəkəsini  ləğv etmək  üçün  davamlı tədbirlər  görməli; 
- Qərb ölkələrinə  və  Rusiyaya  etibar  etməməli;
- TDT və  dost  ölkələrlə  ələqələri  və  təmasları  gücləndirməli ;
- Siyasi  mövqeyindən [ iqtidar , müxalifət ] asılı  olmayadaq, Ölkə  daxilində  və  xaricdə fəaliyyət  göstərən  soydaşlarımızı ortaq  məxrəcə  gətirməyə  çalışmalı;
- Yalnız  öz  xalqına  güvənməlidir .
Əlbəttə, ilk  baxışda  bunları    söyləmək asandır. Real  həyat  daha  çətin , mürəkkəb  və  sürpizlərlə doludur.
Bünunla belə, dünyamızda  qütbləşən  ayrı - ayrı  böyük  güclərin  savaşında   dövlətimizi  qorumaq istəyiriksə, təcili olaraq  xalqımızı qane edən islahatlara  getməliyik.

Qəvami  SADIQBƏYLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Fevral 2025 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri