Icma.az
close
up
RU
“Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının təqdimatı olub

“Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının təqdimatı olub

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının təqdimat mərasimi keçirilib.

Akademiyadan bildirilib ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitabın müəllifi Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetinin Ədəbiyyat fakültəsi və Türk dili və ədəbiyyatı bölməsinin rəhbəri professor Əli Qafqasyalıdır. Kitab AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli “Nazim Hikmət sənətinin hikməti” adlı “Ön söz”ü ilə başlayır. Kitaba, həmçinin Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım “Ön söz” yazıb.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademiyada türkologiyanın inkişaf etdiyini, Türk dünyası ilə bağlı önəmli tədqiqatlar aparıldığını, AMEA-nın bir sıra elmi müəssisələrində bu istiqamətdə yeni şöbələrin yaradıldığını, eləcə də Türk dünyasının elmi qurumları ilə əlaqələrin daha da genişləndirildiyini vurğulayıb.

AMEA rəhbəri XX əsr dünya ədəbiyyatının böyük simalarından olan Nazim Hikmətin zəngin irsindən bəhs edərək, şairin həyat və yaradıcılıq yolunun Azərbaycanla bağlı məqamlarına diqqət yetirib. Bildirib ki, şairin ikinci Vətəni saydığı Azərbaycanda 1928-ci ildə ilk kitabı – “Günəşi içənlərin türküsü” nəşr olunub. Şairə həsr olunmuş ilk məqaləni də Bakıda dövrün görkəmli tənqidçisi Əli Nazim yazıb. Məqalə “Günəşi içirik... günəşlənirik” adlanırdı.

Akademik İsa Həbibbəyli Nazim Hikmətin bir çox şeirlərinin dünya ədəbiyyatı nümunələri arasında bənzərsiz olduğunu vurğulayıb: “Nazim Hikmət təkcə türk xalqına deyil, bütün Şərq xalqlarının poeziyasına təsir göstərmiş, şeirdə yeni yollar açmış novator sənətkardır. O, romantik ruhlu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verib”.

AMEA prezidenti bildirib ki, Azərbaycanda Nazim Hikmət haqqında kitablar, monoqrafiyalar, dissertasiyalar yazılıb. Akademik “Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının Türkiyə-Azərbaycanın müştərək işi kimi mühüm əhəmiyyət kəsb etdiyini bildirib, nəşrin Türkiyədə də yayılmasının vacibliyini vurğulayıb.

Sonra nəşrin müəllifi Türkiyənin Ərzincan Binali Yıldırım Universitetinin Ədəbiyyat fakültəsi və Türk dili və ədəbiyyatı şöbəsinin rəhbəri professor Əli Qafqasyalı kitabın məziyyətlərindən danışıb. Professor Azərbaycan-Türkiyə birliyi və qardaşlığının əbədi və sarsılmaz olduğunu söyləyib, Türk dünyasının ortaq ədəbiyyatının hazırlandığını diqqətə çatdırıb.

Tədbirdə Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetinin Sosial Elmlər İnstitutunun direktoru Necdet Tozlu, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayev, Milli Məclisin deputatı, filologiya elmlər doktoru Elnarə Akimova, Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri professor Gülər Abdullabəyova çıxış ediblər. Çıxışlarda Nazim Hikmətin Azərbaycan, Türkiyə və dünya ədəbiyyatı tarixində hər zaman xatırlandığı və onun söz dünyasının nəhənglərindən biri olduğu vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Dekabr 2024 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see170

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see159

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see153

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see146

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see137

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see129

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see127

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see123

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see121

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see121

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see119

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see119

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see118

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see117

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see117

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see117

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri