Böyük Vətən müharibəsinin ən qocaman veteranlarından biri dünyasını dəyişib
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tacikistanda Böyük Vətən müharibəsi veteranı, Hisar şəhərində yaşayan Rəşid Kərim 114 yaşında vəfat edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.
Rəşid Kərim 1912-ci ildə anadan olub. 1942-ci ildə cəbhəyə çağırılana qədər 1935-ci ildən məktəb müəllimi işləyib.
Müharibə illərində Kərim Stalinqrad döyüşündə iştirak edib, 1-ci Ukrayna Cəbhəsinin 204-cü artilleriya alayında xidmət edib, Praqa və Berlinə qədər döyüşüb.
Müharibədən sonra Rəşid Kərim Tacikistana qayıdıb, burada müəllimlik fəaliyyətini davam etdirib, sonra kolxoza rəhbərlik edib. Onun hərbi və əmək şücaətləri orden və medallarla təltif edilib.
Qeyd edək ki, hazırda Tacikistanda 13 Böyük Vətən müharibəsi iştirakçısı yaşayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 25 Avqust 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















