Icma.az
close
up
RU
Böyüklər üçün uşaq kitabı

Böyüklər üçün uşaq kitabı

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” roman-pritçası haqqında

Əvvəli ötən sayımızda...

Beşinci planet əvvəlkilərdən də balacadır. Bura ancaq bir fənər, bir də fənərçi sığır. Evi, küçəsi, sakinləri olmayan bir planetdə fənər nəyə gərəkdir - uşaq anlamır. Qabaqlar fənərçinin dincəlməyə də vaxtı olurmuş, fənəri səhərlər söndürüb axşamlar yandırırmış, ancaq indi bu işi aramsız görür, çünki ondan bəri planetin hərəkət sürəti get-gedə artıb. İndi bu planet öz oxu ətrafında bir dəqiqəyə tam dövrə vurur, odur ki, fənərçinin nəfəs dərməyə macalı yoxdur.

Altıncı planet beşincidən on dəfə böyükdür. Burada qalın kitablar yazan qoca coğrafiyaşünas məskunlaşıb. O, Balaca şahzadənin timsalında yeni bir səyyahın gəlişinə sevinir. Qoca alim öz planetində çayların, dənizlərin, dağların, səhraların, şəhərlərin, kəndlərin olub-olmamağından xəbərsizdir. Uşaq bunun səbəbini soruşanda qoca deyir ki, o, səyyah deyil, coğrafiya alimidir, özü də çox vacib işlə məşğuldur, onun gəzməyə, görməyə vaxtı yoxdur. Alim gecə-gündüz kabinetində oturub səyyahların danışdıqlarını qeydə alır, sonra onları başqalarının dedikləriylə tutuşdurub doğruluğunu yoxlayır. Söhbətin sonunda qoca alim Balaca şahzadəyə Yer planetinə baş çəkməyi məsləhət bilir.

Göründüyü kimi, kiçik qəhrəmanın dolaşdığı planetlər cəhənnəmin qatlarına bənzəyir. Burada hər kəs öz cəhənnəminə vasil olunub, hamı təkadamlıq kamerasında Sizif əməyinə məhkum olunub.

Bu cəhənnəm epizodları, əlbəttə, həm də parodiyadır: birinci səhnə vaxtı keçmiş, çürümüş, ciddiliyini itirmiş monarxiya quruluşuna, aristokrat ədalarına, ikinci səhnə saxta kübar davranışlara, snob əxlaqına, üçüncü səhnə meşşan həyat tərzinə, dördüncü səhnə tamahkar, həris burjua əxlaqına, beşinci səhnə absurda varmış proletar əməyinə, altıncı səhnə həyatdan uzaq düşmüş kabinet alimlərinin yalançı elmi bəsirətinə ironiyadır.

***

Nəhayət, Yer planeti! Burada yüz on bir kral, yeddi min coğrafiyaşünas, doqquz yüz min işbaz, yeddi milyon yarım əyyaş, üç yüz on bir milyon şöhrət düşgünü - cəmi-cümlətanı iki milyarda yaxın yaşlı adam yaşayır. Yerin böyüklüyünü təsəvvür eləmək üçün bunu da demək lazımdır ki, elektrik enerjisi kəşf olunana qədər burada dörd yüz altmış iki min beş yüz on bir fənərçi xidmət göstərib. İnsanlar bu planetdə çox yer tutmurlar, əgər yerin iki milyard sakini mitinqdə olduğu kimi bir yerə yığılsa, eni-boyu iyirmi millik əraziyə sığışar.

Yerə enən Balaca şahzadəni ilk qarşılayan qızılı səhra ilanı olur. İlan ona öz qüdrətindən söz açır, deyir ki, onun toxunduğu hər kəs gəldiyi yerə qayıdır. Vaxtı çatanda o da ilanın kəramətindən yararlana bilər. Balaca şahzadə ulduzlu göyü seyrə dalıb fikirli-fikirli soruşur: “Bilmək istərdim, görən ulduzlar niyə belə işıq saçır? Yəqin ona görə ki, gec-tec hər kəs öz ulduzunu axtarıb tapa bilsin. Bax, mənim planetim düz başımın üstündədir, ancaq necə də məndən uzaqdır!”

Səhrada bir inli-cinli gözə dəymir. Qum dəryasını xeyli dolaşandan sonra uşaq üç ləçəkli balaca bir çiçəyə rast gəlir, ondan adamları soruşur. Səhra çiçəyi bir zaman yanından ötmüş karvanı xatırlayır: “Adamlar? Burada cəmi altı-yeddi adam var. Mən onları neçə il qabaq görmüşəm. Onların yeri-yurdu bilinmir. Adamların kökü yoxdur, külək onları hara gəldi aparır”.

***

Qumlu çöllərdən, qayalıqlardan, qarlı dağlardan keçən Balaca şahzadə, nəhayət, bir yola çıxır. Bütün yolların son ucu insana calanır.

Onun qarşısında bir qızılgül bağçası açılır. Balaca şahzadə çox pəjmürdə olur; indiyəcən elə bilirdi onun qızılgülü bütün kainatda təkdir. İndi budur, yalnız bir bağda beş min qızılgül! Uşaq özünü çəmənliyə yıxıb ağlayır.

Bu vaxt alma ağacının altında tülkü peyda olur. Tülkü deyir ki, həyatı çox darıxdırıcı keçir, o, toyuqları güdür, ovçular onu. Sonra onlar dostlaşırlar, müdrik tülkünün məsləhətiylə oğlan qızılgül bağçasına bir də, yenidən, daha dərindən nəzər yetirir, gördüyünün mahiyyətinə dalır (Hüsserlin fenomenoloji reduksiyasını xatırlayaq), anlayır ki, bu güllərin heç biri onun öz planetində bəslədiyi, nazını çəkdiyi qızılgül deyil. Onun dünyasında açmış qızılgül bu güllərin əsli, orijinalı, ideyasıdır. O gül əbədidir, bu güllər fani. Müəllif burada donjuanlıqla donkixotluğu, absurdizmlə idealizmi qarşı-qarşıya qoyur, dini-mistik təfəkkür daşıyıcısı kimi ikincinin tərəfini tutur.

Ayrılanda tülkü ona vəd verdiyi sirri açır: “Mənim sirrim çox sadədir: yalnız ürək sərrast görür, ən vacib olanı gözlə görə bilməzsən”. Hiss olunur ki, bu tülkünün ulu babaları müsəlman dərvişlərindən, xristian mistiklərindən yaxşıca dərs alıblar.

***

Mavi planetdə bir xeyli gəzib dolaşandan, adamları, heyvanları, bitkiləri sorğu-suala tutandan sonra Balaca şahzadə yenə səhraya, yaşa dolmuş surətinin yanına qayıdır. Pilot gərgin iş başındadır, təyyarənin motoruyla əlləşir. Susuzluq onu üzüb, bir az da keçsə, diri-diri yanmaq təhlükəsi var. Uşaq deyir ki, o da su istəyir. “Demək, sən də yanğı nə olduğunu bilirsən?” - təyyarəçi ondan soruşur. Balaca şahzadə ona çox sadə cavab verir: “Ürəyin də suya ehtiyacı var...”

Onlar qum üstünə çöküb xəyala dalırlar. “Ulduzlar çox gözəldir, - uşaq deyir, - haradasa oralarda bir çiçək bitib, gözə görünməsə də...” Təyyarəçi ay işığında dalğalı quma baxıb onun dediklərini təsdiqləyir. “Səhra da gözəldir, - Balaca şahzadə sözünə davam eləyir. - Bilirsənmi səhra niyə gözəldir? Çünki onun altında bulaqlar yatır...”

Beləcə, adi gözlə görünməyəni uşaq qəlbinin fəhmi, ruhun gözü aydın seçir. Tülkünün həqiqəti özünü doğruldur, təyyarəçi uşağın bələdçiliyi sayəsində səhrada su quyusu tapır. Balaca şahzadə quyunun ruhunu oyadır, su cilvələnib oxumağa başlayır. Ruha çilənən saf bulaq suyu yanğını söndürür.

Sonra Balaca şahzadə pilota deyir: “Sənin planetində adamlar bir bağçada beş min qızılgül becərirlər, amma yenə axtardıqlarını tapa bilmirlər... Ona görə ki, gözünüz kordur, ürəklə axtarmaq lazımdır”.

***

Artıq onun yerə enişinin bir ili tamam olmaq üzrədir. Bu, o deməkdir ki, vaxt-vədə yetişməkdədir, qayıtmaq zamanı gəlib.

Göy üzündə hər kəsin öz ulduzu, öz planeti, öz aləmi var. Yer üzü ruhların görüş yeridir, hamının ortaq dünyasıdır. Əcəli çatanda hər kəs torpaqdan aldığı borcu geri qaytarıb öz aləminə çəkilir. Ruha yalnız sevilənlər, sevgilər qalır, qalan hər şey zibil torbası kimi can quyusuna atılır. “O dünya” deyilən şey hər kəsin sevgisi boyda, sevdiyi qədərdir, qalanı bu dünyada qalır, daha doğrusu, heç qalmır da, puça çıxır, kirə çıxır, hisə çıxır.

Bir ilin tamamında Balaca şahzadə öz planetinə qayıtmaq üçün ilandan yardım istəyir. Yuxulu təyyarəçi uşağın uzaqlaşmağından duyuq düşmür, xəbər tutanda isə xeyli gec olur - zəhər artıq cismi ruhdan ayırmaqdadır. “Mənim bədənim çox ağırdır, - Balaca şahzadə deyir, - onu daşıyıb apara bilmərəm... Ancaq sən qəm eləmə, bu, köhnə dəridən çıxmaq, qabıq qoymaq kimidir...”

***

Əgər qədim zamanlarda yazılmış olsaydı, “Balaca şahzadə” əsəri dini ədəbiyyat siyahısına salınar, bəlkə də Bibliyada yer alardı. “Yalnız Ruhun toxunuşuyla torpaq dönüb İnsan olur” deyən müəllif öz bəlalı əsrində həmin o qədim müdriklərin, haqq aşiqi peyğəmbərlərin varisi, həqiqət divanələrinin tərcümanı kimi danışır.

Bu roman-pritçanı yazıb başa gətirəndən iki il keçmiş-keçməmiş iyirminci yüzilliyin ən işıqlı, ən imanlı qələm adamlarından biri, iki dünya savaşının xarabalıqları arasında haqqa inamını, peşəkar qatillərin belə əl-qolunu bağlayan nurlu təbəssümünü itirməyən Antuan de Sent-Ekzüperi neçə ildir qeyb aləminə baş vurmuş Balaca şahzadəsinin sorağıyla göylərə çəkildi. Özü də elə ustalıqla yox oldu, izini elə itirdi ki, fələyin elçilərinə tozunu da təhvil vermədi. Onun haqqında düşünəndə mənə elə gəlir doğma planetinə təyyarəsi, cismi qarışıq uçub. Hər nədirsə, dünya durduqca qırx dörd yaşında qalacaq, nə özü, nə təyyarəsi, nə də Balaca şahzadəsi qocalacaq.

Uşaqlıqdan bağban olmağı arzulamışdı. İndi yəqin Balaca şahzadənin özü kimi balaca planetində bağ əkir, bağça salır, qızılgüllər becərir. Ancaq yox, o planetdə bircə gül bəsləmək də bəs eləyər. O bircə gülün bu dünyada milyard-milyard nüsxəsi açır, milyard güldən o bir gülün qoxusu gəlir. Necə ki, Balaca şahzadənin də Yer planetində səkkiz milyard nüsxəsi var. Hələ neçə milyardı da Meterlinkin mavi sarayında növbə çəkir, doğulmağa bəhanə axtarır, öz toruna, taleyinə doğru yol gəlir...

F.Uğurlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Dekabr 2024 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see345

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert “90 illik irs”

24 May 2026 01:53see343

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see211

Azərbaycanlı diplomat İranda həlak oldu

23 May 2026 22:46see200

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see192

F1 komandaları 2027 mövsümündə bəzi yarışların qısaldılmasını dəstəkləyiblər

24 May 2026 03:20see187

Atmosferin yuxarı hissəsi niyə daim soyuq olur? Sirr açıldı

24 May 2026 06:52see186

Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib FOTO

23 May 2026 20:08see185

Zamiq Hüseynov: “Kaş, belə bir dünya ola...”

23 May 2026 14:57see183

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14see181

“YouTube Shorts”da süni intellektlə video redaktəsi dövrü başlayır

24 May 2026 05:58see178

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

23 May 2026 21:03see173

Bağırsaq sağlamlığını necə qorumaq olar...

23 May 2026 21:25see165

8 saatdan çox yatanlar vaxtından tez qocalır Alimlər təsdiqlədi

24 May 2026 07:00see165

Mikels Sabah ı Qarabağ a dəyişir? Premyer Liqanın bombardiri Qurban Qurbanovun yanına yollana bilər

23 May 2026 12:54see163

Milyon avroluq avtomobilləri oğurladılar

25 May 2026 01:58see162

Elvin Nəcəfzadə yeniyetmələr arasında Avropa çempionudur

23 May 2026 21:49see159

İranın blokadasında iştirak edən ABŞ hərbçilərinin sayı AÇIQLANDI

23 May 2026 19:53see156

May ayının sonuna qədər sərvət qazanacaq BÜRCLƏR

25 May 2026 00:04see155

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

24 May 2026 10:40see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri