Icma.az
close
up
RU
Boyun osteoxondrozunun təbii müalicəsi

Boyun osteoxondrozunun təbii müalicəsi

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elm və texnikanın sürətlə inkişafı, insanların tənbəlləşməsi, kompüter qarşısında saatlarla hərəkətsiz zaman keçirməsi bir sıra xəstəliklərin, xüsusən də boyun osteoxondrozunun artmasına səbəb olur.

Həkim-fitoterapevt Fizuli Hüseynov boyun osteoxondrozu barədə AZƏRTAC-a müsahibəsində deyib: "Baş-beyin orqanizmi idarə edən orqan olduğuna görə osteoxondroz nəticəsində onun qan dövranının zəifləməsi bütün bədənin işini pozur. Osteoxondroz nə qədər ağırlaşırsa, beyin qan dövranının pozulması əlamətləri-başgicəllənmə, ağrı, keyimə kimi hallar da o qədər çoxalır. Bəzən başgicəllənmə o dərəcəyə çatır ki, xəstə yolu düz gedə bilmir, başağrısı gün boyu davam edir. Boyun osteoxondrozunun daha da ağırlaşması nəticəsində bütün bədəndə, əsasən də ayaq və qollarda hissiyyatsızlıq və keyimə halları meydana çıxır".

Həkim bildirib ki, boyun osteoxondrozu ağır xəstəlikdir və müalicəyə çətin tabe olur. Dərman preparatları və bitkilərlə aparılan müxtəlif müalicələr yalnız müvəqqəti nəticə verir. Xəstəlik zamanı fəqərə arasındakı qığırdaqlar tamamilə dağılır, fəqərələrin sümük səthləri bir-birinə toxunaraq zədələnir və bütün fəsadlar da bundan sonra başlayır.

F.Hüseynov xəstəliyin müalicə yolları barədə danışarkən bunları məsləhət görüb: "Boyun osteoxondrozunu aradan qaldırmaq üçün bir neçə təbii üsuldan istifadə olunur. Bu üsullardan qanalmanı və zəli qoymanı misal çəkmək olar. Zəli qoymazdan əvvəl qanın ümumi analizinə və qan laxtalanmasına diqqət yetirmək vacibdir. Bununla yanaşı təbii-müalicəvi otlardan da istifadə etmək olar. Misal üçün, eyni miqdarda öksəotu və sofora bitkiləri qarışdırılır. Bu qarışımdan hər gün iki xörək qaşığı üç stəkan su tutan termosda dəmlənir. Hazır məhlul iki ay müddətində gündə üç dəfə olmaqla yeməkdən əvvəl bir stəkan qəbul edilir.

Müalicə proseduru hər dörd aydan bir təkrar edilir. Boyun osteoxondrozunun daha bir səmərəli müalicəsi isə təzə andız köklərini ətçəkən maşından keçirilərək boyuna qoyulub bağlanılmasıdır. Andız kökünü iki gündən bir cəmi on dəfə qoymaq daha səmərəlidir".

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 05:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri