Icma.az
close
up
RU
Bozdağın qoynunda bir şəhər vardır

Bozdağın qoynunda bir şəhər vardır

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Mingəçevir sənaye-tikinti memarlığı üzərində yüksəlib

Azərbaycanın urbanizasiya tarixinin müasir mərhələsi olduqca mürəkkəb və çoxşaxəli prosesdir. Bu prosesdə təsərrüfatın məkan təşkilinin, sənaye inkişafının və yeni şəhər mərkəzlərinin formalaşmasının əsas amillərindən biri kimi hidroenergetika infrastrukturunun inkişafı xüsusi yer tutur.

Bu baxımdan Mingəçevir şəhərinin tarixi xüsusi maraq doğurur. Çünki Mingəçevir irimiqyaslı hidrotexniki layihənin (Mingəçevir SES) təbii landşaftı (Kür çayının məcrasının dəyişdirilməsi) dəyişdirməklə yanaşı, əhalinin məskunlaşmasının yeni modelini formalaşdırmağa, bütöv bir regionun iqtisadi modernləşməsinin istiqamətlərini müəyyən etməyə və dövlətin sosial-mədəni inkişafına əhəmiyyətli təsir göstərməyə qadir olduğunu nümayiş etdirən nadir nümunələrdəndir.

Azərbaycanın mühüm sənaye və enerji mərkəzlərindən biri hesab olunan Mingəçevirin müasir şəhər kimi formalaşması isə bilavasitə, Cənubi Qafqazın ən böyük hidroenergetika kompleksinin – Mingəçevir Su Elektrik Stansiyasının (SES) tikintisi və Kür çayı üzərində Mingəçevir Su Anbarının yaradılması ilə bağlıdır.

Mingəçevir zəngin tarixi keçmişə malikdir. Arxeoloji tədqiqatlar burada antik dövrdən başlayaraq müxtəlif tarixi mərhələlərə aid yaşayış məskənlərinin mövcud olduğunu sübut edir. Tədqiqatçılar Mingəçevirə 4 min il yaş verirlər. Onların fikrincə, Mingəçevirin tarixi eneolit dövründən (b.e-ın III minilliyinə qədər) eramızın XVII əsrinə qədər bir dövrü əhatə edir.

Azərbaycanın tanınmış tarixçi-alimi, jurnalist-publisist Əlisəfa Məmmədov elmi mənbələrə istinad edərək Mingəçevir şəhərinin 4.500 ildən çox yaxşı olduğunu söyləyir. Saleh Qazıyev va Rəhim Vahidov subut edirlər ki, üzərində alban əlifbası olan ilk yazılı abidələr məhz Mingəçevirdən tapılmışdır. Hazırda bu kitabə Azərbaycan tarixi muzeyində saxlanılır.

Mingəçevirdə ilk geoloji axtarış işlərinə birinci başlayan geoloqlarından biri, layihə müəllifi, respublikamızda təcrübəli geoloji-kəşfiyyat mütəxəssisi kimi tanınan Boris Aleksandroviç Kantor xatirələrində yazırdı: “İlk dəfə Mingəçevir sözünü bizə mühazirə oxuyan məşhur professorların birindən eşitmişdim. 1924-1925-ci illər idi. Professor Vladimir İliç Leninin QOELRO planının ölkədə necə həyata keçirilməsi barədə danışırdı. Söhbət əsnasında o, Zaqafqaziyada elektrik enerjisinə çiddi ehtiyacdan danışdı. Bir-iki xırda su elektrik stansiyasının adını çəkdi. Sonra bildirdi ki, bu yaxınlarda Kür çayının üstündə, Mingəçevir deyilən yerdə nəhəng su elektrik stansiyasının tikintisinə başlanacaqdır”.

Layihə-tədqiqat işlərinə 1930-cu illərdə başlanılsa da, II Dünya müharibəsinin başlanması səbəbindən işlər dayandırdı. Yalnız müharibə başa çatdıqdan sonra dövlət strateji əhəmiyyət kəsb edən hidroqovşağın tikintisi məsələsinə yenidən qayıtdı. Azərbaycan SSR Xalq Komissarları Sovetinin və Azərbaycan K(b)P MK-nın 29 aprel 1941-ci il tarixli 1876 nömrəli qərarına əsasən «Mingəçevirtikinti»nin Mingəçevir hidroqovşağı üzrə axtarış, layihə və tikinti idarəsi yaradıldı. 1945-ci ilin iyul ayında isə SSRİ Xalq Komissarları Soveti Mingəçevir hidroqovşağının tikintisinin bərpası haqqında qərar qəbul etdi. Bundan sonra əmək ehtiyatları, mühəndis-texniki mütəxəssislər və tikinti təşkilatları geniş şəkildə işə cəlb olundu. Məhz bu dövr müasir Mingəçevirin sənaye şəhəri kimi formalaşmasının başlanğıc mərhələsi hesab edilə bilər.

Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə əlaqədar əhalinin sayının sürətlə artması tamhüquqlu şəhər yaşayış məntəqəsinin yaradılmasını zəruri edirdi. Bu baxımdan 1948-ci il noyabrın 11-də yaşayış məntəqəsinə rəsmi səviyyədə şəhər statusu verildi və “Mingəçevir” adlandırıldı.

Mingəçevir Su Elektrik Stansiyasının tikintisi müharibədən sonrakı dövrdə Cənubi Qafqaz ərazisində həyata keçirilən ən böyük mühəndis layihələrindən biri olmuşdur. 300 min kilovat gücündə Mingəçevir hidroqovşağının və hidroelektrik stansiyasının tikintisinin tam şəkildə 1952-ci ildə, 150 min kilovat gücündə birinci növbəsinin başa çatdırılması isə 1950-ci ildə nəzərdə tutulurdu. Lakin obyektiv səbəblərdən stansiya tam gücü ilə 1954-cü ildə işə salınmışdır. Böyük tikinti-quruculuq işlərinin ilk mərhələsinin başa çatması ilə əlaqədar 1954-cü il 4 fevral tarixində Mingəçevir şəhəri daha yüksək inzibati status almış və respublika tabeli şəhər kateqoriyasına keçirilmişdir. Həmin il Mingəçevir SES Cənubi Qafqazın ən böyük hidroelektrik qurğusuna çevrilərək Azərbaycanın enerji sisteminin uzunmüddətli inkişafının əsasını qoydu.

Mingəçevir Su Anbarının yaradılması da mühüm hadisə oldu. Su anbarının doldurulması prosesi 1953–1959-cu illəri əhatə etmişdir. Su səthinin sahəsi, təxminən, 605 kvadratkilometr çatmış, ümumi su həcmi isə 16 milyard kubmetrdən çox olmuşdur. Mingəçevir Su Anbarının yaradılması Kür çayının axınının uzunmüddətli tənzimlənməsinə, çayın aşağı axarında daşqın risklərinin əhəmiyyətli dərəcədə azaldılmasına, yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılmasına və əkinçiliyin inkişafına imkan vermişdir. Məhz Mingəçevir Su Anbarının hesabına Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının inkişafı təmin edilmiş, ölkənin geniş kənd təsərrüfatı əraziləri su ilə təmin olunmuşdur.

Burada şəhər mühitinin formalaşması hidrotexniki kompleksin yaradılması ilə paralel şəkildə baş vermişdir ki, bu da enerji infrastrukturu ilə şəhərsalma siyasəti arasında sıx əlaqənin yaranmasına səbəb olmuşdur. Yeni yaşayış massivlərinin, mühəndis-kommunikasiya şəbəkələrinin, müxtəlif sosial obyektlərin və nəqliyyat infrastrukturlarının yaranması birbaşa hidroqovşağın tikintisi və sonrakı istismarının tələbləri ilə bağlı idi.

Mingəçevir şəhərinin hidroenergetika infrastrukturunun sosial əhəmiyyəti minlərlə yeni iş yerinin yaradılmasında, yüksəkixtisaslı mütəxəssislərin cəlb edilməsində, mühəndis-texniki ziyalı təbəqəsinin və peşəkar fəhlə kadrlarının formalaşdırılmasında özünü göstərmişdir. XX əsrin ikinci yarısında bir neçə onillik ərzində Mingəçevir Azərbaycanın ən yüksək urbanizasiya səviyyəsinə malik şəhərlərindən biri olmuş, əhalinin sosial infrastrukturla təminatı baxımından seçilmişdir.

Bu gün Mingəçevirdə hidrotexniki kompleksin iqtisadi rolu daha da artmışdır. Elektrik enerjisinin istehsalı Azərbaycanın sənaye inkişafını sürətləndirmiş, ağır sənaye müəssisələrinin, kimya sənayesinin, tekstil sektorunun və aqrar-sənaye kompleksinin fəaliyyəti üçün əlverişli şərait yaratmışdır. Elektrik enerjisinin əlçatanlığı milli iqtisadiyyatın modernləşdirilməsinin və onun rəqabət qabiliyyətinin artırılmasının ən mühüm amillərindən birinə çevrilmişdir.

Yeni şəhərin formalaşması nəticəsində teatrlar, mədəniyyət evləri, kitabxanalar, muzeylər və təhsil müəssisələri yaradılmışdır. Mingəçevir təkcə ölkənin enerji paytaxtı deyil, həm də Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biri kimi özünü təsdiq etmişdir.

Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə enerji kompleksinin, sənayenin və şəhər infrastrukturunun inkişafına xüsusi diqqət yetirilmişdir. Şəhər infrastrukturunun təkmilləşdirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, istehsal potensialının gücləndirilməsi istiqamətində çoxsaylı sosial-iqtisadi proqramlar həyata keçirilmişdir.

Son illər şəhərdə enerji infrastrukturunun modernləşdirilməsi, nəqliyyat-logistika sisteminin yenidən qurulması, ictimai məkanların abadlaşdırılması, təhsil və səhiyyə müəssisələrinin yaradılması və yenilənməsi istiqamətində irişmiqyaslı layihələr həyata keçirilmişdir. Ölkə başçısının xüsusi diqqəti isə mövcud enerji kompleksinin müasirləşdirilməsinə, Mingəçevir Su Anbarının texniki və ekoloji təhlükəsizliyinin təmin edilməsinə və müasir şəhər mühitinin dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə inkişaf etdirilməsinə yönəldilmişdir.

Bu gün dinamik inkişaf edən Mingəçevir Azərbaycanın enerji sistemində strateji əhəmiyyətini qorumaqla yanaşı, innovasiya, təhsil, turizm və mədəniyyət sahələrində də mühüm inkişaf mərkəzinə çevrilməkdədir. Burada enerji infrastrukturu obyektləri, təhsil müəssisələri, idman kompleksləri, müasir yaşayış məhəllələri və ictimai məkanlar fəaliyyət göstərir.

Almaz ƏLİYEVA,
MDU-nun mühəndislik fakültəsinin dekanı, dosent

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 İyul 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri