Icma.az
close
up
RU
Bozdağın qoynunda bir qoruq vardır...

Bozdağın qoynunda bir qoruq vardır...

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türyançay bu gözəlliyə layla çalır

Hörmətli oxucu! Azərbaycan təbiəti ilə tanışlıq məqsədi ilə sizə təqdim etdiyimiz növbəti yazı Bozdağın qoynunda yerləşən Türyançay Dövlət Təbiət Qoruğu barədədir. Hələ Bozdağın adını eşitməzdən əvvəl Xalq şairi Səməd Vurğunun bu misraları yaddaşımda həkk olunmuşdur:

Bozdağın qoynunda bir dəniz vardır,
Çinarlar sahildə qatar-qatardır.

Bəllidir ki, bu misraların yer aldığı “Muğan” poemasında şair böyük bir şövqlə qurucu insan əlinin möcüzəsi olan Mingəçevir dənizindən və onu araya-ərsəyə gətirən əmək bahadırlarından yüksək poetik dillə söz açır. Biz isə Boğdağın qoynunda ana Kürün üzərində qurulmuş bu dəryaçayın özündən deyil, ətrafındakı arid meşə zolağının flora və faunasını qorumaq məqsədilə 1958-ci ildə yaradılmış Türyançay Dövlət Təbiət Qoruğundan bəhs edəcəyik.

Qoruq yaradılanda onun ərazisi əvvəlcə 12,3 hektar olmuşdur. 2003-cü ildə Nazirlər Kabinetinin 3 yanvar tarixli qərarı ilə ərazisi iki dəfə genişləndirilmiş və sahəsi 22,5 hektara çatdırılmıdır. Qoruq Ağdaş, Oğuz, Yevlax və Qəbələ rayonlarının ərazisində yerləşir.

Bir halda ki, qoruq adını Türyançaydan götürüb, Kürün sol qolu olan bu çay barədə də söz açmağa dəyər. Bəllidir ki, ilin bütün fəsillərində bolsulu Türyançay Baş Qafqaz silsiləsinin cənub yamacından axaraq, süni kanal vasitəsilə Kürə tökülür. Qəbələ, Ucar, Ağdaş və Zərdab rayonlarının ərazisindən axır. Türyançayın uzunluğu 180 kilometr, hövzəsinin sahəsi 1840 kvadrat kilometrdir. Başlanğıcını Azərbaycanın ən uca zirvəsinin qərar tutduğu Bazardüzü dağının (3680 metr) cənub-qərb yamaclarından alır.

İndi isə qoruqla bağlı söhbətimizə qayıdaq. Qeyd etmək lazımdır ki, burada qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-qəhvəyi, qonur, allüvial (sel və daşqınlardan sonra yaranan lilli çöküntülər) çəmən-meşə torpaqları inkişaf etmiş, bendlend sahələr yayılmışdır. Bendlend alçaq dağlıq ərazidə kəskin və mürəkkəb parçalanmış relyef anlamında işlənir. Əkinçilik üçün yararsız hesab olunur.

Arid iqlim şəraitində ərazinin bitki örtüyü zəif inkişaf etmişdir. Quru subtropik iqlim Türyançay qoruğunun sahəsi üçün səciyyəvidir. Ərazidə qışı quraq keçən mülayim-isti yarımsəhra və bozqır iqlim tipləri hakimdir. Yayı isti, qışı isə mülayim-isti keçir. Orta illik temperatur müsbət 14 dərəcədir. İl ərzində yağıntının miqdarı 500 millimetrə, yağıntılı günlərin sayı isə 90 günə çatır.

Qoruğun özünəməxsus florası var. Burada ağac və kol bitkilərindən ən çox ardıc və saqqızağacı, qismən də gürcü palıdı, gürcü ağcaqayını, qaratikan, Şərq doqquzdonu, gilas, nar, murdarça, sarağan, efedra və s. yayılmışdır.

Qoruğun ərazisində çöl donuzu, qonur ayı, adi porsuq, daşlıq dələsi, adi tülkü, boz dovşan, adi çaqqal, Avropa vaşaqı və s. məməli vəhşi və çöl heyvanları məskən salmışlar. Qoruğun ərazisi heyvanların ən əlverişli qışlaq yeridir.

Burada sürünənlərdən müxtəlif ilanlara və kərtənkələlərə rast gəlinir. İlanlardan gürzə daha çoxdur. Türyançayın sularında Xəzər tısbağasına tez-tez rast gəlinir. Quşlardan adi çil kəklik, adi qurqur, ağbaş kərkəs, leşyeyən ağkərkəs, qara kərkəs, adi zığ-zığ, payız bülbülü, dağ vələmirquşu, uzunquyruq arıquşu və s. məskunlaşmışdır. Qoruqda Azərbaycan Respublikasının “Qırmızı kitabı”na adları daxil edilmiş şahin qızılquş, bərqud, çöl qartalı qorunur.

Əvvəllər Türyançay qoruğunun Eldar şamı, Sultanbud saqqızağacı meşəliyi, Şirvan yarımsəhra bitkiləri sahəsi kimi 3 filialı var idi. 300 hektarlıq sahəsi olan Eldar Şamı filialı Respublika hökumətinin 21 noyabr 1967-ci il tarixli qərarı ilə Göygöl Dövlət Təbiət Qoruğuna verilmişdir. Sonra ərazi genişləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli sərəncamı ilə 1686 hektar ərazidə Eldar Şamı Dövlət Təbiət Qoruğu yaradılmışdır.

M.HACIXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:268
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Fevral 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see328

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see307

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see288

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see282

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see253

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see249

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see238

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see232

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see201

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see197

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see196

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see192

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see190

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see188

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see187

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see178

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see175

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri