Icma.az
close
up
RU
bp ilə MOK və Paralimpiya Komitəsi arasında yeni saziş FOTO

bp ilə MOK və Paralimpiya Komitəsi arasında yeni saziş FOTO

Icma.az bildirir, Idman.biz portalına istinadən.

bp Azərbaycan şirkəti ilə Milli Olimpiya Komitəsi (MOK) və Milli Paralimpiya Komitəsi (MPK) arasında mövcud tərəfdaşlığın müddətinin uzadılmasına dair rəsmi imzalanma mərasimi keçirilib.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, yeni sazişə əsasən, bp 2028-ci ilin sonunadək ölkənin Milli Olimpiya və Paralimpiya komandalarına dəstəyini davam etdirəcək.

bp ilə MOK və MPK arasında tərəfdaşlıq 2012-ci ilin yanvar ayında – “London-2012” Yay Olimpiya Oyunları ərəfəsində qurulub.

Tərəfdaşlıq bu illər ərzində bir neçə dəfə - 2013, 2016 və 2024-cü illərdə uzadılıb. 2028-ci ilə qədər uzadılan yeni saziş ölkədə idmanın inkişafına və idmançılara dəstəyin davam etdirilməsinə xidmət edəcək.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bp-nin Azərbaycan idmanına göstərdiyi uzunmüddətli və ardıcıl dəstəyin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, bu tərəfdaşlıq ölkənin idman həyatında önəmli rol oynamaqla yanaşı, Azərbaycan idmanının beynəlxalq arenada tanınmasına və mövqeyinin möhkəmlənməsinə də mühüm töhfə verir: "bp-nin Azərbaycandakı tarixi ilə Milli Olimpiya Komitəsinin tarixi üst-üstə düşür. 30 ilə yaxındır ki, Milli Olimpiya Komitəsi və bp Azərbaycan şirkəti paralel şəkildə böyük inkişaf yolu keçib. Bu illər ərzində Azərbaycan idmanında xüsusilə də Olimpiya Oyunlarında böyük uğurlar qazanılıb. Əgər bp-nin uğurları iqtisadi nəticələrlə ölçülürsə, MOK-un uğurları da Olimpiya Oyunlarında qazanılan medallarla ölçülür. bp Azərbaycan şirkəti ilə əməkdaşlığımız “London-2012” Yay Olimpiya Oyunlarından başlayıb. Həmin vaxtdan etibarən bp bütün Olimpiya Oyunlarında yanımızdadır və bizimlə əməkdaşlıq edir. Biz bu əməkdaşlıqdan məmnunluq duyuruq. İnanıram ki, bu əməkdaşlığı bundan sonra da davam etdirə bilərik. Hər üç tərəfə - Milli Olimpiya Komitəsinə, Milli Paralimpiya Komitəsinə və bp Azərbaycan şirkətinə minnətdarlığımı bildirirəm”.

Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev bildirib ki, bp-nin təşəbbüsü və dəstəyi paralimpiyaçıların hazırlıq imkanlarını genişləndirir və onların uğur qazanmasına töhfə verir: “bp Azərbaycan şirkəti hər zaman sosial və ictimai layihələrdə yaxından iştirak edir. İdmana olan bu dəstək sayəsində paralimpiyaçılarımız müxtəlif yarışlarda uğurlara imza atıblar. Birgə əməkdaşlığa və dəstəyə görə bp şirkətinə minnətdarlığımızı bildiririk”.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin sözlərinə görə, şirkət Azərbaycanda idmanın inkişafına uzunmüddətli dəstəyini davam etdirəcək: “bp Azərbaycan şirkəti artıq 30 ildən çoxdur ki, neft-qaz sənayesinə töhfəsini verir. Bundan əlavə şirkətimiz sosial layihələrdə də fəal iştirak edir. Biz idman sahəsinə də diqqət yetiririk. 2012-ci ildən başlayaraq, ölkənin olimpiya və paralimpiya komandalarına dəstək göstərir, idmançılar üçün imkanlar yaradır və Azərbaycanın beynəlxalq arenada uğurlarında payımızın olması üçün çalışırıq. Bu tərəfdaşlıq çərçivəsində çalışırıq ki, Azərbaycan idmanına da kiçik bir töhfəmiz olsun. İnanıram ki, həyata keçirilən fəaliyyətlər bundan sonra da davam etdiriləcək”.

Rəsmi çıxışlardan sonra bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və MPK-nın rəhbəri Hidayət Abdullayev ilə tərəfdaşlıq sazişi imzalayıb.

Qeyd edək ki, indiyədək bu tərəfdaşlıq çərçivəsində bp Azərbaycanın çoxsaylı iri beynəlxalq idman tədbirlərində, o cümlədən “London-2012”, “Bakı-2015” I Avropa Oyunları, “Rio-2016”, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, “Tokio-2020” və “Paris 2024” Oyunlarında iştirakını dəstəkləyib.

Yeni tərəfdaşlıq sazişi bp-nin Azərbaycanda idmanın inkişafına verdiyi töhfənin davamı olaraq, qarşıdakı illərdə Olimpiya və Paralimpiya komandalarının uğurlarına daha böyük dəstək olacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Aprel 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri