BP nin AGT regionu üzrə xərcləri 30% artıb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin birinci yarısında bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı – 372 müəssisə) xərcləri 1 004,5 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 30% artım deməkdir.
Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (17 müəssisə üzrə) çərçivəsində 421,7 mln. dollar xərcləyib.
Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (67 şirkət üzrə) 251,4 mln. dollar xərcləyib. Bundan başqa, həmin dövrdə BP-nin 248 kiçik və orta müəssisə üzrə xərcləri 297,2 mln. dollar, 30 dövlət şirkəti üzrə xərcləri isə 34,2 mln. dollar təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 06 Avqust 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















