BP nin ötən il AGT regionu üzrə xərcləri 1,5 mlrd. dolları ötüb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Ötən il BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı – 396 müəssisə) xərcləri 1 516,2 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 2% azalma deməkdir.
Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 645,3 mln. dollar xərcləyib.
Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (88 şirkət üzrə) 349,9 mln. dollar xərcləyib. Bundan başqa, həmin dövrdə BP-nin 260 kiçik və orta müəssisə üzrə xərcləri 472,9 mln. dollar, 34 dövlət şirkəti üzrə xərcləri isə 48,1 mln. dollar təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 13 Fevral 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















