Çin bunu da etdi Video
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Çinin Kommersiya Aviasiyası Korporasiyası (COMAC) ölkənin ilk tamölçülü, 100 faiz elektriklə işləyən kommersiya sərnişin təyyarəsi “CE-25A”nın ilk ekipajlı sınaq uçuşunu uğurla həyata keçirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 10 tonluq hava gəmisi Şandun əyalətində səmaya qalxıb.
2023-cü ildə konsept kimi təqdim olunan “CE-25A” aviasiya yanacağından istifadə etmədən, tamamilə elektrik enerjisi ilə çalışır. 19 sərnişin yerlik hava gəmisi bir enerji dolumu ilə 400 kilometr məsafə qət edə bilir.
Təyyarə ənənəvi pərlər əvəzinə qanadların daxilinə yerləşdirilmiş 10 ədəd xüsusi kanallı ventilyatorla təchiz olunub. Bundan başqa, model həm pilot tərəfindən, həm də tam avtonom (pilotsuz) rejimdə idarə edilə bilir.
Baxış sayı:52
Bu xəbər 15 Noyabr 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















