Icma.az
close
up
RU
BQXK jurnalistlər üçün brifinq keçirib

BQXK jurnalistlər üçün brifinq keçirib

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) fəaliyyəti barədə məlumat xarakterli brifinq təşkil olunub. SİA xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova qurumun ölkədəki fəaliyyəti, gördüyü işlər barədə məlumat verib.

İlahə Hüseynova BQXK-nin iş prinsipi barədə danışarkən bildirib ki, qurum təhlükəsizliyə təminat verilməyən münaqişəli əraziyə getmir, həmçinin görüşlər zamanı danışıqlar üçüncü şəxsə ötürülmür:

“Bizim bütün addımlarımız təhlükəsizlik baxımından razılaşdırılır. Hər iki tərəfə səfərlə bağlı məlumat verilir. Buna baxmayaraq, BQXK-nin iş zamanı oğurlanan, öldürülən əməkdaşı olub. Eyni zamanda, biz görüşdüyümüz şəxslərin saxlanıldığını məkan, onlarla olan danışıqları, üçüncü şəxsə ötürmür, həmçinin mətbuata açıqlamırıq. Həmin görüşlər konfidensial əsasla keçirilir. Biz onları ailələri ilə əlaqə yaratmağa vasitəçi oluruq”.

Daha sonra çıxış edən BQXK-nin beynəlxalq humanitar müdafiə proqramının koordinatoru Ahmad Zaroug jurnalistlərlə bu brifinqlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

O, həmçinin qeyd edib ki, BQXK ölkə ərazisində 1992-ci ildən fəaliyyət göstərir: “1992-ci ildən komitəyə daxil olan bütün müraciətlər qeydə alınır, onlara baxılır, həll olunması istiqamətində işlər görülür. Lakin itkin düşmüş şəxslərin taleyi istiqamətində araşdırma dövlətin işidir. Bizim belə bir səlahiyyətimiz yoxdur. Bu istiqamətdə gördüyümüz işlər dövlətə dəstək xarakterlidir”.

BQXK-nin məhkəmə ekspertizası üzrə mütəxəssisi Uyum Vehid çıxış edərkən ekspertiza işlərinin aparılması və bunun mediada düzgün işıqlandırılaması barədə məlumat verib: “Bəzən mediada qazıntılar zamanı aşkar olunan sümüklərin daha yaxından çəkilərək mediada dərc olunduğunun şahidi oluruq. Həmin tapıntılar üzərində şəxsin əşyaları olur. Təcrübədə elə hal olub ki, bu tip çəkilişdən sonra itkin düşən 6 şəxsin ailəsi tərəfindən bizə müraciət olub. Media bu hallarda diqqətli olmalı, detallara fikir verməlidir”.

Uyum Vehid bəzən qazıntı işləri apararkən qarşılaşdıqları çətinliklərdən söz açıb: “Biz bəzən yolsuzluqla qarşılaşırıq. Bu zaman bizə Fövqəladə Hallar Nazirliyi kömək edir. Bu maneənin qısa zamanda aradan qaldırılmasına nail oluruq. Həmçinin, bizim orada qalmağımız üçün bütün şərait yaradılır. Eyni zamanda, bizə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, ANAMA, Daxili İşlər Nazirliyi, AMEA arxeoloqları, Baş prokurorluq, Hərbi prokurorluq da kömək edir”.

Sonda jurnalistlərə BQXK-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Dekabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri