Icma.az
close
up
RU
Brahim Zirə yə, Ayxan Abbasovla Mikels Sabah a... Şamaxı tarmar olacaq!

Brahim Zirə yə, Ayxan Abbasovla Mikels Sabah a... Şamaxı tarmar olacaq!

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

"Şamaxı" cari mövsümdə ciddi maliyyə çətinliklərinə baxmayaraq, premyer-liqadakı yerini qorudu. Ancaq Ayxan Abbasov amili və "doşab aldım, bal çıxdı" məsəlini xatırladan futbolçular sayəsində istəyinə çatan bölgə təmsilçisi indi başqa problemlərlə üzləşib.

"Football-plus.az"ın məlumatına görə, söhbət ağla gələn ilk problemdən - klubun maliyyə durumundan gedir. Artıq Brahim Konatenin karyerasına "Zirə"də davam edəcəyi bəllidi. Vasiliye Radenoviç də məhz maddi məsələdə klubla razılığa gələ bilməyib və düşərgəni tərk edib. Vasiliye Bakiç isə süni ot örtüyündə oynamaq istəmədiyini bildirərək yola düşüb. Düzdü, aparıcı legionerlərdən sayılan Leroy Mikels hələ düşərgədədi. Ancaq o, "Sabah", "Neftçi" və "Araz-Naxçıvan"dann gələn təkliflərdən birini qəbul etmək niyyətindədi.
Maraq üçün qeyd edək ki, Masazır təmsilçisi hədəfləri, maddi şərtləri və Leroyun qardaşı Coy-Lensin bu kollektivdə forma geyməsi kimi səbəblərə görə futbolçu uğrunda mübarizədə daha şanslı görünür.
"Şamaxı"nın üzərindəki qara buludlar bununla məhdudlaşmır. Daha doğrusu, "şirlər" Ayxan Abbasovla da yolları ayırmağa yaxındı. Bəli, bu yaxınlarda mütəxəssislə klub arasındakı müqavilənin müddəti daha bir il artırılıb. Bu o demək idi ki, baş məşqçi 2025/26 mövsümündə də komandada çalışacaq. Lakin indi bu yöndə əminlik yoxdu. AFFA-nın klublara ayırdığı 3 milyon manatın 2,5 milyonaa endirilməsi planları pozub. "Şamaxı" gecəsini gündüzünə qatıb sponsor axtarışını davam etdirsə də, nəticə hasil olmur. Cari mövsümdə "əlini daşın altına qoyan", böyük risk alaraq yeni formalaşdırılan kollektivi yetərincə məhdud büdcə ilə premyer-liqada saxlamaq vəzifəsini üzərinə götürən Ayxan Abbasov indi belə riskə getmək istəmir. Bu istiqamətdə əsas maneələr sırasında təkcə klubun maliyyə durumu yox, mütəxəssisin həm də U-21 millisinin baş məşqçisi olması durur. Yəni iki önəmli istiqamətdə vacib öhdəlikləri yerinə yetirməyə çalışmaq Ayxan bəy üçün asan iş deyil və mümkün uğursuzluq fonunda imici təhlükə altına düşəcək. Bundan başqa, mütəxəssisin güclü maliyyə imkanlarına malik olan "Sabah"dan təklif aldığı haqda bilgilər də var.
Qısası, "Şamaxı" çox böyük sınaqla üz-üzədi və sadalanan problemlər fonunda çətinliklərdən üzüağ çıxmaq imkansız görünür.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 May 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri