Icma.az
close
up
RU
“Brand Finance”: “Real” dünyanın ən bahalı futbol brendidir

“Brand Finance”: “Real” dünyanın ən bahalı futbol brendidir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 22 sentyabr, AZƏRTAC

İspaniyanın “Real” futbol klubu ardıcıl ikinci il dünyanın ən bahalı futbol brendləri siyahısında birinci yeri tutub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Brand Finance” konsaltinq şirkəti məlumat yayıb.

Ötən il ərzində Madrid klubunun brend dəyəri 14 faiz artaraq 1,92 milyard avroya çatıb.

“Bu, klubun öz yüksək standartlarına görə nisbətən zəif çıxışları nəzərə alınmaqla diqqətəlayiq artımdır. 2021-ci ildən bəri ilk dəfə komanda heç bir mühüm titul qazanmasa da, ardıcıl ikinci mövsüm rekord gəlir əldə edir”, – deyə hesabatda vurğulanır.

Reytinqin ikinci pilləsində İspaniyanın “kral klubu” “Real”ın əsas rəqibi “Barselona” qərarlaşıb. Komanda həm İspaniya çempionatını, həm də kubokunu qazanıb, nəticədə brend dəyəri 11 faiz artaraq 1,71 milyard avroya yüksəlib. Bu göstərici Barsa klubuna mövsümü titulsuz başa vuran və brend dəyəri 11 faiz azalaraq 1,44 milyard avroya enən İngiltərənin “Mançester Siti” klubunu qabaqlamağa imkan verib.

İlk beşlikdə həmçinin “Liverpul” və “Pari Sen-Jermen” yer alıb (hər ikisi – 1,4 milyard avro).

Onluğun son pillələrini isə Almaniyanın “Bavariya”sı və İngiltərənin dörd klubu – “Mançester Yunayted”, “Arsenal”, “Çelsi” və “Tottenhem” tutur.

Əlli ən yaxşı futbol klubunun brendləri arasında İngiltərə komandalarının payı 42 faiz təşkil edir. Ölkələr üzrə sıralamada ikinci yerdə 21,3 faiz göstərici ilə İspaniya, daha sonra Almaniya (15,7 faiz), İtaliya (8,8 faiz) və Fransa (7,7 faiz) qərarlaşıb.

Ümumilikdə, araşdırmaya daxil olan klubların brend dəyəri son bir ildə 5,5 faiz artaraq 21,9 milyard avroya çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri