Brandl Hemiltonun “Ferrari”də güclü çıxışının səbəbini açıqlayıb
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
İtaliyanın “Ferrari” komandasının pilotu Lyuis Hemiltonun 2026-cı il “Formula-1” mövsümündəki uğurlu çıxışının səbəbi açıqlanıb.
İdman.Biz xəbər verir ki, keçmiş “Formula-1” pilotu və “Sky Sports F1” şərhçisi Martin Brandl yeni nəsil bolidlərin yeddiqat dünya çempionunun sürücülük üslubuna daha uyğun olduğunu bildirib.
Brandl əvvəlki nəsil maşınların britaniyalıya çətinlik yaratdığını vurğulayıb:
“Lyuis bu bolidləri çox bəyənir. Yer effektinə əsaslanan əvvəlki nəsil maşınlar ona uyğun deyildi. Bütün amillər birləşdikdə qartopu effekti yaranır. Sürücü daha xoşbəxt olur, komandanın əhvalı yüksəlir, bolid trasla daha yaxşı təmas yaradır və şinlər əvvəlki kimi tez aşınmır. “Ferrari”də gördüyümüz də məhz budur”.
Hemilton mövsümün ilk hissəsində Barselona-Kataloniya Qran-prisini qazanaraq “Ferrari”nin heyətində ilk əsas yarış qələbəsini əldə edib.
Britaniyalı pilot 169 xalla şəxsi hesabda ikinci pillədə qərarlaşıb. O, lider Kimi Antonellidən 50 xal geri qalır.
Qeyd edək ki, Hemilton bundan əvvəlki Macarıstan Qran-prisində beşinci yeri tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 05 Avqust 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















