“Haas”ın sabiq rəhbəri Hemiltonun “Ferrari”dəki çətinliklərini izah edib
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Formul - 1”in “Haas” komandasının sabiq rəhbəri Günter Ştayner yeddiqat Dünya Çempionu Luis Hemiltonun “Ferrari”də qarşılaşdığı çətinliklər barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Ştayner bu barədə "The Red Flags Podcast"a açıqlamasında deyib.
O bildirib ki, Hemiltonun problemləri avtomobilin əyləc sisteminə uyğunlaşmaqla bağlı ola bilər: “Bəlkə Luis sadəcə "Ferrari" bolidinin əyləclərinə öyrəşməyib. O, əvvəllər başqa əyləc sistemi ilə işləyirdi, indikinə isə uyğunlaşa bilmir. Əgər əyləclərin necə işlədiyini tam anlamırsansa, bu, tamamilə məntiqlidir. Əgər əyləclərə əmin deyilsənsə, sərhəd boyunca hücum edə bilməzsən, çünki nə gözləyəcəyini bilmirsən. Bu, pilotun özünəinamına ciddi təsir edə bilər. Bəlkə Luis başqa hisslərə alışıb və indi buna uyğunlaşa bilmir. Necə deyərlər, leopar yaşlansa da, ləkələrini dəyişməz".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 13 Oktyabr 2025 00:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















