Braziliya Mileyin açıqlamalarından sonra Argentinadakı səfirini geri çağırdı
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Braziliya Xarici İşlər Nazirliyi Argentina Prezidenti Xavyer Mileyin Luiz İnasiu Lula da Silva barədə səsləndirdiyi təhqiramiz fikirlərdən sonra Buenos-Ayresdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Moderator.az xəbər verir ki, bu barədə "CNN Brasil" Braziliya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, Argentinadakı Braziliya səfiri Juliu Bitelli yaxın vaxtlarda ölkənin paytaxtına gələcək və xarici işlər naziri Mauro Vieyra ilə görüşəcək.
Səfirin Buenos-Ayresə nə vaxt qayıdacağı barədə isə məlumat verilməyib.
Qeyd olunur ki, iyulun 25-də Xavyer Miley San-Pauluda Liberal Partiyanın qurultayında çıxış edib. Qurultayda senator Flavio Bolsonaru oktyabrda keçiriləcək prezident seçkilərində partiyanın namizədi elan olunub.
Çıxışı zamanı Miley Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva ilə yanaşı, ölkənin Ali Federal Məhkəməsinin hakimi Aleşandri di Moraisi də təhqir edib.
Baxış sayı:140
Bu xəbər 26 İyul 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















