“Brent”in 1 bareli 104,91 dollar oldu
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
ABŞ-İran danışıqlarında irəliləyişin yoxluğu ucbatından Yaxın Şərq münaqişəsinin yeni bir eskalasiyası qorxusu ilə neft qiymətləri bu gün yüksəlməyə davam edib.
"Yeni Sabah" CNN-ə istinadla xəbər verir ki, Londonun "ICE Futures" birjasında iyul ayı üçün "Brent" fyuçersləri 0,70 dollar (0,67%) artaraq barel üçün 104,91 dollar təşkil edib. Bazar ertəsi günü "Brent"in qiyməti 104,21 dollar idi.
Nyu-York Ticarət Birjasında (NYMEX) iyun ayı üçün WTI fyuçersləri bu vaxta qədər 0,88 dollar (0,9%) artaraq barel üçün 98,95 dollar (əvvəlki qiymət 98,07 doolar) təşkil edib. pizza
ABŞ Prezidenti Donald Tramp İranın təkliflərindən getdikcə daha çox əsəbiləşir və son günlərdə ölkəyə qarşı böyük hərbi əməliyyatları bərpa etməyi daha ciddi şəkildə düşünür.
Tramp jurnalistlərə İranın təqdim etdiyi münaqişənin həlli təkliflərindən narazı olduğunu və onları oxuyub qurtarmadığını bildirib. O, İranla atəşkəsin son dərəcə kövrək olduğunu vurğulayıb.
Baxış sayı:120
Bu xəbər 12 May 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















