Icma.az
close
up
RU
Brilliant ermənilərin mahnısını oğurlamasından danışdı OLAY sözlər

Brilliant ermənilərin mahnısını oğurlamasından danışdı OLAY sözlər

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Konsert mənim üçün tamaşaçı ilə bir toxunuşdur, təmasdır, aldığım və ötürə bildiyim enerjidir. İndi sosial şəbəkə, yəni “YouTube”, “Instagram”, “TikTok” dövrüdür. Misal üçün, klip çəkdirib, sonra da adını çəkdiyim platformalarda yayımlamaq olar. Yəni bu görüşlər tamaşaçı ilə onsuz da var. Düşünürəm ki, sosial şəbəkələr ən yaxşı vasitədir. Amma canlı konsert və canlı toxunuşun mənim üçün özəl mənası var”.

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova konsert məşqindən əvvəl media nümayəndələri ilə görüşündə deyib.

Jurnalistlərin suallarını cavablandıran sənətçi 8 Mart – Beynəlxalq Qadınlar Günündə Bakı Konqres Mərkəzində verəcəyi konsertlə bağlı bu fikirləri səsləndirib:

“Çox istəyirəm ki, gənc nəsil mənim 20-30 il əvvəl ifa etdiyim mahnıları yeni oranjemanda tanısın. Səhnəyə çıxdığım gündən - yəni 1988-ci ildə ilk konsertim olanda “Qubanın ağ alması”, “Getmə, getmə, gözəl yar”, “Aman ovçu” mahnılarını oxumuşam. Bu mahnıları məndən 50 il əvvəl də oxuyan sənətkarlarımız var idi. Onlar bu mahnıları öz tərzlərində ifa etmişdilər – xalq tərzində. Mən isə bu nəğmələri estrada üslubunda tamaşaçılara çatdırdım.

İndi də oxuduğum mahnıları istəyirəm yeni oranjemanda ifa edim. İstəyirəm ki, Cavanşir Quliyev, Faiq Sücəddinov, Eldar Mansurov, Nailə Mirməmmədli, Xanım İsmayılqızı kimi bəstəkarların bəstələdiyi və tərəfimdən oxunan həmin mahnıları gənc nəslin nümayəndələri də tanısınlar”.

Brilliant Dadaşova illər əvvəl mərhum Xalq artisti Mirzə Babayevin də iştirak etdiyi Moskva konserti ilə bağlı xoş xatirələrini bölüşüb:

“Mərhum Xalq artisti Mirzə Babayev illər əvvəl Moskvanın “Ostankino” zalında verdiyim konsertə gəlib çıxmışdı. Hətta o vaxt o dedi ki, qızım, gərək mənim də adımı yazardın afişaya. Cavab verdim ki, ağlıma gəlməzdi ki, afişada başqa birinin adı ola bilər. Çünki yalnız öz adımla tamaşaçı ilə görüşə öyrəşmişəm. Həmin konsert çox gözəl keçmişdi. Hətta onu da səhnəyə çıxartmışdım və biz birgə duetimizi oxumuşduq”.

Xalq artisti bildirib ki, o zaman Mirzə Babayevlə birgə ABŞ-yə konsert verməyə gedib:

“Sadəcə Moskvada deyil. Belə ki, Vaşinqtondakı konsertə Mirzə Babayevlə birgə getmişdik. O zaman mən mədəniyyət nazirini məcbur etmişdim ki, Mirzə Babayevi o konsertə salsın. Onlar söylədilər ki, Mirzə Babayev yaşlı insandır və bu səbəbdən Amerikaya gedib çıxa bilməz. Cavab olaraq söylədi ki, bu məsuliyyəti mən öz üzərimə götürürəm. Onun yanında özüm olacağam. Beləliklə, biz Amerikaya getdik və orada konsert proqramı ilə çıxış etdik. Mirzə Babayev orada səhnəyə çıxanda tamaşaçılar tərəfindən gur alqış və coşğu ilə qarşılanmışdı”.

“Yenidən Moskvada konsert verməyi düşünürsünüzmü?” sualına müğənni belə cavab verib:

“Həmin konsertdən sonra mən Moskvada daha bir neçə dəfə konsert proqramı ilə çıxış etmişəm. Sonuncu konsertim “Crocus City Hall”da olub. Təbii ki, daha əvvəlki konsertlərim Mirzə Babayevlə olduğu üçün daha çox yaddaşıma həkk olunub”.

Brilliant Dadaşova ermənilərin onun mahnısını oğurlamasına da münasibət bildirib:

“Musiqi azaddır. Bütün dünya mahnılarımızı öyrənsin, amma müəllifi, hansı xalqa məxsus olduğunu qeyd etsinlər. Onları da qınamaq olmur, bəlkə də qeyd edə bilmirlər. biz rahatıq, qalib gəlmişik. Qalib xalqıq. Biz barışmaq da istəyərik, çünki torpaqlarımızı aldıq. Ərazi bütövlüyümüzü bərpa etdik. Anlayışlı xalqıq. Biz hər şeyin yaxşı olmasını istəyirik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 Mart 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri